https://sputnik.az/20211229/ranin-azerbaycana-qarsi-movqeyinin-deyismesinin-esl-sebebleri---nce-meqamlar-437714439.html
İran Azərbaycana qarşı mövqeyini niyə dəyişib? Əsas səbəblər
İran Azərbaycana qarşı mövqeyini niyə dəyişib? Əsas səbəblər
Sputnik Azərbaycan
İran tərəfi gördü ki, Azərbaycanla artıq təzyiq dili ilə danışmaq mümkün deyil. Artıq onun qarşısında başqa bir Azərbaycan var. 29.12.2021, Sputnik Azərbaycan
2021-12-29T15:32+0400
2021-12-29T15:32+0400
2021-12-29T15:34+0400
iran
siyasət
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42371/93/423719368_0:199:2929:1846_1920x0_80_0_0_d2b24333aabea3fa9fa1cee76ec29c53.jpg
BAKI, 29 dekabr — Sputnik. Azərbaycan-İran münasibətlərində yenidən gərginliklər ola bilər. Biz İranın ətrafında olan hadisələrin necə cərəyan edəcəyini bilmirik. Sputnik Azərbaycan xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan-İran münasibətlərini dəyərləndirərkən bildirib.Fərid Şəfiyev qeyd edib ki, xüsusi ilə İranın nüvə proqramı ilə bağlı danışıqlarda müsbət dinamika görünmür: "Qlobal geosiyasi problemlər təbii ki, bizim regiona da öz təsirini göstərə bilər. Azərbaycan-İran münasibətlərində baş verənləri biz necə dəyərləndirə bilərik? Problem nədən başladı? İrana məxsus yük maşınları əvvəllər də Azərbaycanın ərazisinə icazəsiz gəlirdi. Bu, həmişə baş verirdi. Biz Azərbaycan torpaqlarının işğal altında olan vaxtından bu problemi bilirdik. Sadəcə Azərbaycan Vətən müharibəsindən, öz torpaqlarını işğaldan azad etdikdən sonra müvafiq addım atdı".Onun sözlərinə görə, İran tərəfi düşündü ki, rəsmi Bakı məsələ ilə bağlı şifahi etiraz edəcək, nota verəcək və məsələ bağlanacaq: "Azərbaycan məsələ ilə bağlı konkret addımlar atdıqdan (Sərhəd-Nəzarət Buraxılış Məntəqəsi yaratdıqdan sonra – red.) sonra İran tərəfi öz ritorikasını çox mənfi formada dəyişdi, sərtləşdirdi. Hətta Azərbaycan 30 il olduğu müstəqil dövrdə İran tərəfindən belə ritorika müşahidə etməmişdi.Sadəcə İran tərəfi gördü ki, hər hansı bir digər regional qüvvədən dəstək ala bilmədi. Fikrimcə, burada ən əsas məqam İran XİN rəhbəri Hüseyn Əmir Abdullahianın Rusiya paytaxtı Moskvaya səfəri oldu. O, Rusiya tərəfindən bu məsələdə dəstək almaq istəyirdi, lakin bu dəstəyi ala bilmədi. Həm də İran tərəfi gördü ki, Azərbaycanla artıq təzyiq dili ilə danışmaq mümkün deyil. Artıq onun qarşısında başqa bir Azərbaycan var".Azərbaycan daxilində anti-İran reaksiyalarını gördülərFərid Şəfiyev qeyd edib ki, İran rəsmiləri Azərbaycanın daxilində kəskin anti-İran reaksiyalarını gördülər: "Bu faktorları nəzərə aldıqdan sonra İran tərəfi özü təşəbbüs göstərərək Azərbaycanla əlaqələri normallaşdırdı. Məhz buna görə İranın xarici işlər naziri Bakıya səfər etdi. İranla qonşuluq çərçivəsində dostluq əlaqələrini inkişaf etdirmək, iqtisadi təhlükəsizlik və s. məsələlər də Azərbaycanın marağındadır. Lakin mən yenə qeyd edirəm ki, Azərbaycan-İran münasibətlərində fundamental problemlər var. Biz bunları həmişə bilməli, xatırlamalıyıq. İranda fars millətçi qüvvələri var ki, onların da Azərbaycana baxışı bəllidir. Ona görə də təhlükəsizlik baxımdan ölkə daxilində öz tədbirlərimizi görməliyik və görmədəyik. Yenə deyirəm, Azərbaycan –İran münasibətlərində müəyyən müsbət addımlar atmışıq və niyə də bunu davam etdirməyək?"
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42371/93/423719368_0:0:2731:2048_1920x0_80_0_0_bbc85cdfe5d761a23d9f7b2bf6dea27a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran niyə azərbaycana qarşı mövqeyini dəyişmək zorunda qalıb
iran niyə azərbaycana qarşı mövqeyini dəyişmək zorunda qalıb
İran Azərbaycana qarşı mövqeyini niyə dəyişib? Əsas səbəblər
15:32 29.12.2021 (Yenilənib: 15:34 29.12.2021) İran tərəfi gördü ki, Azərbaycanla artıq təzyiq dili ilə danışmaq mümkün deyil. Artıq onun qarşısında başqa bir Azərbaycan var.
BAKI, 29 dekabr — Sputnik. Azərbaycan-İran münasibətlərində yenidən gərginliklər ola bilər. Biz İranın ətrafında olan hadisələrin necə cərəyan edəcəyini bilmirik. Sputnik Azərbaycan xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan-İran münasibətlərini dəyərləndirərkən bildirib.
Fərid Şəfiyev qeyd edib ki, xüsusi ilə İranın nüvə proqramı ilə bağlı danışıqlarda müsbət dinamika görünmür:
"Qlobal geosiyasi problemlər təbii ki, bizim regiona da öz təsirini göstərə bilər. Azərbaycan-İran münasibətlərində baş verənləri biz necə dəyərləndirə bilərik? Problem nədən başladı? İrana məxsus yük maşınları əvvəllər də Azərbaycanın ərazisinə icazəsiz gəlirdi. Bu, həmişə baş verirdi. Biz Azərbaycan torpaqlarının işğal altında olan vaxtından bu problemi bilirdik. Sadəcə Azərbaycan Vətən müharibəsindən, öz torpaqlarını işğaldan azad etdikdən sonra müvafiq addım atdı".
Onun sözlərinə görə, İran tərəfi düşündü ki, rəsmi Bakı məsələ ilə bağlı şifahi etiraz edəcək, nota verəcək və məsələ bağlanacaq: "Azərbaycan məsələ ilə bağlı konkret addımlar atdıqdan (Sərhəd-Nəzarət Buraxılış Məntəqəsi yaratdıqdan sonra – red.) sonra İran tərəfi öz ritorikasını çox mənfi formada dəyişdi, sərtləşdirdi. Hətta Azərbaycan 30 il olduğu müstəqil dövrdə İran tərəfindən belə ritorika müşahidə etməmişdi.
Sadəcə İran tərəfi gördü ki, hər hansı bir digər regional qüvvədən dəstək ala bilmədi. Fikrimcə, burada ən əsas məqam İran XİN rəhbəri Hüseyn Əmir Abdullahianın Rusiya paytaxtı Moskvaya səfəri oldu. O, Rusiya tərəfindən bu məsələdə dəstək almaq istəyirdi, lakin bu dəstəyi ala bilmədi. Həm də İran tərəfi gördü ki, Azərbaycanla artıq təzyiq dili ilə danışmaq mümkün deyil. Artıq onun qarşısında başqa bir Azərbaycan var".
Azərbaycan daxilində anti-İran reaksiyalarını gördülər
Fərid Şəfiyev qeyd edib ki, İran rəsmiləri Azərbaycanın daxilində kəskin anti-İran reaksiyalarını gördülər: "Bu faktorları nəzərə aldıqdan sonra İran tərəfi özü təşəbbüs göstərərək Azərbaycanla əlaqələri normallaşdırdı. Məhz buna görə İranın xarici işlər naziri Bakıya səfər etdi. İranla qonşuluq çərçivəsində dostluq əlaqələrini inkişaf etdirmək, iqtisadi təhlükəsizlik və s. məsələlər də Azərbaycanın marağındadır.
Lakin mən yenə qeyd edirəm ki, Azərbaycan-İran münasibətlərində fundamental problemlər var. Biz bunları həmişə bilməli, xatırlamalıyıq. İranda fars millətçi qüvvələri var ki, onların da Azərbaycana baxışı bəllidir. Ona görə də təhlükəsizlik baxımdan ölkə daxilində öz tədbirlərimizi görməliyik və görmədəyik. Yenə deyirəm, Azərbaycan –İran münasibətlərində müəyyən müsbət addımlar atmışıq və niyə də bunu davam etdirməyək?"