SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Dövlət başçısı bir sıra qanunlara dəyişikləri təsdiqləyib

İlham Əliyev   - Sputnik Azərbaycan, 1920, 29.12.2021
Abunə olmaq
"Əmək pensiyaları haqqında", "Dövlət rüsumu haqqında", "Nağdsız hesablaşmalar haqqında" və digər qanunlarda dəyişikliklər təsdiq edilib.
BAKI, 29 dekabr — Sputnik. Prezident İlham Əliyev bir sıra qanunlara dəyişikləri təsdiqləyib.
Əmək pensiyasının minimum məbləği təsdiqlənib
Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı "Əmək pensiyaları haqqında" qanuna dəyişikliyi təsdiqləyib.
Qeyd edək ki, əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 20 faiz artaraq 240 manat məbləğində müəyyən olunur. 2021-ci il üçün əmək pensiyasının minimum məbləği 200 manat idi.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, bu, minimal pensiya alan vətəndaşlarımızın sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edəcək.
"Dövlət rüsumu haqqında" qanunda dəyişikliklər
Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" qanunda dəyişiklər edilməsi barədə qanunu təsdiq edib.
Dəyişikliyə görə, Azərbaycanda şəxsi istifadə üçün xaricdən ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun dərəcələri və ödənilməsinin xüsusiyyətləri müəyyənləşir.
Dəyişikliyə əsasən, bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda - 30 manat;
Bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda - 50 manat;
Bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda - 60 manat;
Bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda - 70 manat;
Bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda - 100 manat;
Bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda - 150 manat dövlət rüsumu tutulacaq.
Digər dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin qeydiyyatına və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələr əsasında həmin nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına görə bir sıra dövlət rüsumları dəyişir, bir sıra dövlət rüsumları isə Nazirlər Kabinetinin qərarı ilə deyil, qanunla müəyyənləşəcək.
Minik avtomobilinin mühərrikinin həcmi 2000 kubsantimetrədək olduqda - mühərrikinin həcminin hər kubsantimetrinə görə 0,05 manat;
3000 kubsantimetrədək olduqda - 100 manat + mühərrikinin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrinə 0,1 manat;
4000 kubsantimetrədək olduqda - 200 manat + mühərrikinin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,2 manat dövlət rüsumu tutulacaq.
Bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.
"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunda dəyişik
Prezident İlham Əliyev "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunda dəyişiklər edilməsi barədə qanunu təsdiq edib.
Dəyişikliyə görə, qanuna yeni maddə əlavə edilir. Həmin əlavəyə görə, kommersiya qurumları və publik hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alındıqda və ya təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyi dövlət qeydiyyatına alındığı gün qeydiyyat sənədləri (dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış, nizamnamə və ya nizamnaməyə dəyişiklik) hüquqi şəxsin elektron kabinetinə göndərilir.
Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
"İcra haqqında" qanunda dəyişiklik
İlham Əliyev "İcra haqqında" qanunda dəyişiklər edilməsi barədə qanunu təsdiq edib.
Dəyişikliyə görə, qanunun 53.2-ci maddəsi yeni redaksiyada verilir:
Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır.
Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakının hərrac yolu ilə satılması vergi orqanının sifarişi əsasında Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə həyata keçirilir.
Dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin (vergi borcuna görə siyahıya alınmış daşınar əmlaka münasibətdə vergi orqanının) müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
"Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunda dəyişikllik
İlham Əliyev "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunda dəyişiklər edilməsi barədə qanunu təsdiq edib. Dəyişikliklə qanunda "vəkil qurumu" anlayışı dəqiqləşdirilir.
Dəyişikliklə vəkil qurumu vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan vəkil (vəkillər) tərəfindən yaradılmış, bu qurumda fəaliyyət göstərən vəkillə hüquqi yardım göstərilən şəxs arasında müqavilə münasibətilərini əlaqələndirən hüquqi şəxsdir.
"Nağdsız hesablaşmalar haqqında" qanunda dəyişikliklər
Dövlət başçısı "Nağdsız hesablaşmalar haqqında" qanunda dəyişiklər edilməsi barədə qanunu təsdiq edib.
Dəyişikliyə əsasən, nağdsız həyata keçirilməsi nəzərdə tutulan ödəmələr aşağıdakılardır:
- Pərakəndə satış qaydasında təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində 4 000 manatdan artıq olan ödənişlər;
- Tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq olan ödənişlər;
- İxtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər;
- "Lotereyalar haqqında" və "Bədən tərbiyəsi və idman haqqında" qanunları ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği 3000 manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları).
Qeyd edilməlidir ki, təklif olunan dəyişikliyin əsas məqsədi "kölgə iqtisadiyyatı" ilə mübarizə, ölkə ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsinə nail olmaq, habelə istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirməkdir. Nağdsız hesablaşmaların iqtisadi dövriyyədə xüsusi çəkisinin artması biznes əməliyyatlarının şəffaflaşmasını və dövlət gəlirlərinin artmasını şərtləndirir ki, bu da nəticə etibarilə büdcənin maliyyə imkanlarını artırır, sosial sektorun maliyyələşdirilməsi ilə bağlı əlavə mənbələr yaradır.
Dəyişikliyə görə, tikinti, tikinti quraşdırma və istehsal sahələrinin qurulması ilə bağlı tender qalibi olan qeyri-rezident hüquqi və ya fiziki şəxslərlə malların (işlərin və xidmətlərin) satınalınması müqaviləsi həmin şəxslərin Vergi Məcəlləsinə uyğun olaraq uçota alınmış daimi nümayəndəlikləri və daimi nümayəndəlik yaratmayan bölmələri olduğu halda bağlanılır.
Vergi Məcəlləsinə dəyişikliklər
Prezident İlham Əliyev "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunu təsdiq edib.
Qanunvericiliyə edilmiş dəyişikliklər sahibkarlıq fəaliyyətinin təşviqi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, uçot, vergitutma və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, vergi təşviqləri və s. istiqamətləri əhatə edir.
Xəbər lenti
0