Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

MN rəsmisi Azərbaycan Ordusunun keçirdiyi təlimlərdən danışıb

© Photo : REPORTMüdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov  - Sputnik Azərbaycan, 1920, 29.12.2021
Abunə olmaq
Anar Eyvazov: Ölkə daxilində 27, ölkə xaricində 178 beynəlxalq kursda şəxsi heyətin iştirakı təmin edilib.
BAKI, 29 dekabr — Sputnik. "Bu il Azərbaycan Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələri və Əlahiddə Ümumqoşun Ordusunun qüvvələrinin cəlb edilməsi ilə yeni texnologiyadan istifadə edərək onların tədqiqi ilə komanda-qərargah taktiki, taktiki xüsusi və simulyasiya təlimi keçirilib".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov cari ildə ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzə ilə çıxışında deyib.
"Bundan başqa, hərbi qulluqçularımız Rusiya, Qazaxıstan və İranda keçirilən beynəlxalq səviyyəli yarışlarda, eləcə də Türkiyə, Pakistan, Gürcüstan və ölkəmizdə keçirilən müxtəlif təyinatlı beynəlxalq tədbirlərdə iştirak ediblər. Ölkə daxilində 27, ölkə xaricində 178 beynəlxalq kursda şəxsi heyətin iştirakı təmin edilib", - deyə Anar Eyvazov qeyd edib.
Xəbər lenti
0