https://sputnik.az/20211229/lotu-qulinin-adami-azerbaycanli-kriminal-avtoritet-qetle-yetirildi---foto-437708260.html
Lotu Qulinin adamı, azərbaycanlı kriminal avtoritet qətlə yetirildi - FOTO
Lotu Qulinin adamı, azərbaycanlı kriminal avtoritet qətlə yetirildi - FOTO
Sputnik Azərbaycan
Azərbaycanlı kriminal avtoritet Nazir Əliyev Ukraynanın Odessa şəhərində qətlə yetirilib. İnsident Odessada “Arena” adlı bilyard klubunda baş verib. 29.12.2021, Sputnik Azərbaycan
2021-12-29T12:20+0400
2021-12-29T12:20+0400
2021-12-29T12:20+0400
qətl
hadisə
odessa
kriminal
lotu quli
qumar
"lotu quli"
kriminal avtoritet
odessa vilayəti
https://cdnn1.img.sputnik.az/img/42217/87/422178782_0:73:3073:1801_1920x0_80_0_0_f445a851c4f0276932efa58ff49cad0b.jpg
BAKI, 29 dekabr — Sputnik. Azərbaycanlı kriminal avtoritet Nazir Əliyev Ukraynanın Odessa şəhərində qətlə yetirilib.İnsident dekabrın 28-i Odessada "Arena" adlı bilyard klubunda baş verib.İlkin məlumata görə, Şöhrəddin Quliyev adlı Azərbaycan vətəndaşı Nazir Əliyevə atəş açaraq onu qətlə yetirib. Ş.Quliyev şübhəli şəxs qismində saxlanılıb.Sputnik Azərbaycan "Unikal"a istinadla xəbər verir ki, Nazir Əliyev "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) əhatəsində olan şəxslərdəndir. Nazir Əliyevin Lotu Quli qətlə yetirilərkən yanında olduğu da deyilir.Xatırladaq ki, Nadir Səlifov 2020-ci ildə Türkiyənin Antalya şəhərində qətlə yetirilib. O, avqustun 19-da gecə saatlarında onun çevrəsinə daxil olan Xəqan Zeynalov ("Xan Əhmədlinski") adlı şəxs tərəfindən öldürülüb.Qətl anında Lotu Quli nömrəsində arxası qapıya oturaraq qumar oynayırmış. Ondan savayı otaqda daha iki nəfər, o cümlədən mühafizəçisi varmış. İçəri daxil olan qatilə - Xaqan Zeynalova (Xan Bakinski) heç kim əhəmiyyət verməyib, çünki o, çoxdan Səlifovun etibarını qazanaraq onun dəstəsinə qoşulubmuş. O, qanuni oğrunu ənsəsindən güllələyib.Qulinin mühafizəçisi cavab atəşi açsa da, Zeynalov hadisə yerindən uzaqlaşıb. Bir qədər sonra onu Dənizli şossesində polislər yaxalayıblar.Lotu Quli müasir oğru dünyasının ən məşhur üzvlərindən idi. 1972-ci ildə doğulan Nadir Səlifov Azərbaycanın koloniyalarında uzun illər keçirib. 2000-ci ildə qanuni oğru olub. Son vaxtlar Rusiyada da koloniyalara nəzarət edən Quli ilə rəqibləri arasında münaqişələr artmışdı.Rövşən Lənkəranski ilə Qulinin arası Rusiyada tərəvəz və göyərti bazarının bölüşdürülməsi zamanı dəyib. 2016-cı ildə Lənkəranskini İstanbulda güllələyəndən sonra Quli və ətrafını bu qətldə birinci şübhəli bilmişdilər. Lənkəranskinin ölümündən sonra onun tabeliyində olan Yekaterinburqdakı tərəvəz bazası Qulinin əlinə keçmişdi.
odessa
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42217/87/422178782_0:0:2731:2048_1920x0_80_0_0_ee4261eb0aaf2c568e7f941ef3c6560d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
lotu qulinin adamı bilyard oynayarkən öldürüldü
lotu qulinin adamı bilyard oynayarkən öldürüldü
Lotu Qulinin adamı, azərbaycanlı kriminal avtoritet qətlə yetirildi - FOTO
Azərbaycanlı kriminal avtoritet Nazir Əliyev Ukraynanın Odessa şəhərində qətlə yetirilib. İnsident Odessada “Arena” adlı bilyard klubunda baş verib.
BAKI, 29 dekabr — Sputnik. Azərbaycanlı kriminal avtoritet Nazir Əliyev Ukraynanın Odessa şəhərində qətlə yetirilib.
İnsident dekabrın 28-i Odessada "Arena" adlı bilyard klubunda baş verib.
İlkin məlumata görə, Şöhrəddin Quliyev adlı Azərbaycan vətəndaşı Nazir Əliyevə atəş açaraq onu qətlə yetirib. Ş.Quliyev şübhəli şəxs qismində saxlanılıb.
Sputnik Azərbaycan "Unikal"a istinadla xəbər verir ki, Nazir Əliyev "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) əhatəsində olan şəxslərdəndir. Nazir Əliyevin Lotu Quli qətlə yetirilərkən yanında olduğu da deyilir.
Xatırladaq ki, Nadir Səlifov 2020-ci ildə Türkiyənin Antalya şəhərində qətlə yetirilib. O, avqustun 19-da gecə saatlarında onun çevrəsinə daxil olan Xəqan Zeynalov ("Xan Əhmədlinski") adlı şəxs tərəfindən öldürülüb.
Qətl anında Lotu Quli nömrəsində arxası qapıya oturaraq qumar oynayırmış. Ondan savayı otaqda daha iki nəfər, o cümlədən mühafizəçisi varmış. İçəri daxil olan qatilə - Xaqan Zeynalova (Xan Bakinski) heç kim əhəmiyyət verməyib, çünki o, çoxdan Səlifovun etibarını qazanaraq onun dəstəsinə qoşulubmuş. O, qanuni oğrunu ənsəsindən güllələyib.
Qulinin mühafizəçisi cavab atəşi açsa da, Zeynalov hadisə yerindən uzaqlaşıb. Bir qədər sonra onu Dənizli şossesində polislər yaxalayıblar.
Lotu Quli müasir oğru dünyasının ən məşhur üzvlərindən idi. 1972-ci ildə doğulan Nadir Səlifov Azərbaycanın koloniyalarında uzun illər keçirib. 2000-ci ildə qanuni oğru olub. Son vaxtlar Rusiyada da koloniyalara nəzarət edən Quli ilə rəqibləri arasında münaqişələr artmışdı.
Rövşən Lənkəranski ilə Qulinin arası Rusiyada tərəvəz və göyərti bazarının bölüşdürülməsi zamanı dəyib. 2016-cı ildə Lənkəranskini İstanbulda güllələyəndən sonra Quli və ətrafını bu qətldə birinci şübhəli bilmişdilər. Lənkəranskinin ölümündən sonra onun tabeliyində olan Yekaterinburqdakı tərəvəz bazası Qulinin əlinə keçmişdi.