https://sputnik.az/20211229/birlesmis-statlar-ermenistana-kulli-miqdarda-vesait-ayirdi--sebeb-437705638.html
Birləşmiş Ştatlar Ermənistana külli miqdarda vəsait ayırdı – SƏBƏB?
Birləşmiş Ştatlar Ermənistana külli miqdarda vəsait ayırdı – SƏBƏB?
Sputnik Azərbaycan
Müsabiqədə iştirak üçün Ermənistan QHT-ləri, o cümlədən beyin mərkəzləri, vətəndaş cəmiyyəti təşkilatları, qeyri-hökumət təşkilatları və KİV-lər müraciət... 29.12.2021, Sputnik Azərbaycan
2021-12-29T10:53+0400
2021-12-29T10:53+0400
2021-12-29T11:35+0400
dünya xəbərləri
abş
ermənistan
qht
https://cdnn1.img.sputnik.az/img/07e5/03/04/426375402_0:183:2999:1869_1920x0_80_0_0_efec2e20f51aa744519a8df53431b95e.jpg
BAKI, 29 dekabr — Sputnik. Birləşmiş Ştatların Yerevandakı səfirliyi Ermənistanda demokratiyanın inkişafı ilə bağlı təkliflər üçün açıq müsabiqə elan edib. Proqramın ümumi maliyyələşməsi 400 min dollar təşkil edəcək.Qeyd olunur ki, müstəqil mediaya dəstək, "gənclərin Ermənistanda vətəndaş cəmiyyətlərində iştirakının, siyasi müzakirələrin və sosial məsuliyyətin inkişafına cəlb edilməsi", eləcə də "internetdə azadlığın gücləndirilməsi" təşəbbüslərinə xüsusi diqqət yetiriləcək.Müsabiqədə iştirak üçün Ermənistan QHT-ləri, o cümlədən beyin mərkəzləri, vətəndaş cəmiyyəti təşkilatları, qeyri-hökumət təşkilatları və KİV-lər müraciət təqdim edə bilər. Bu barədə məlumatı "RT" yayıb. Xatırladaq ki, 9-10 dekabr 2021-ci il tarixində ABŞ prezident Co Baydenin təşəbbüsü ilə "Demokratiya sammiti" təşkil edib. Ümumilikdə, sammitə 109 ölkə, o cümlədən Azərbaycanın Cənubi Qafqaz qonşuları Ermənistan və Gürcüstan da dəvət olunub. Buna baxmayaraq, Azərbaycan, eləcə də Türkiyə və Rusiya bu sammitdən kənarda qalıb. ABŞ-ın sözügedən sammitə dövlətləri hansı kriteriyalar üzrə seçdiyi bəlli deyil. Adından da göründüyü kimi, "Demokratiya sammiti"nə ABŞ məhz demokratiya ixrac etmək istədiyi dövlətləri dəvət edib. Həmçinin oxuyun:"Demokratiya sammiti": ABŞ dövlətlər arasında ayrıseçkilik salırBu bir demokratiya konsertidir: Bayden niyə Rusiyaya qarşı koalisiya yarada bilmədi
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/04/426375402_0:0:2731:2048_1920x0_80_0_0_381aaadc46e49dbe322740bb5d0d1f7e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş ermənistana bu qədər pulu nə məqsədlə ayırıb?
abş ermənistana bu qədər pulu nə məqsədlə ayırıb?
Birləşmiş Ştatlar Ermənistana külli miqdarda vəsait ayırdı – SƏBƏB?
10:53 29.12.2021 (Yenilənib: 11:35 29.12.2021) Müsabiqədə iştirak üçün Ermənistan QHT-ləri, o cümlədən beyin mərkəzləri, vətəndaş cəmiyyəti təşkilatları, qeyri-hökumət təşkilatları və KİV-lər müraciət təqdim edə bilər.
BAKI, 29 dekabr — Sputnik. Birləşmiş Ştatların Yerevandakı səfirliyi Ermənistanda demokratiyanın inkişafı ilə bağlı təkliflər üçün açıq müsabiqə elan edib.
Proqramın ümumi maliyyələşməsi 400 min dollar təşkil edəcək.
"Bu proqram Ermənistanda demokratiyanın, insan hüquqlarına hörmətin və vətəndaş təhsilinin təşviqinə yönəlmiş təşəbbüsləri dəstəkləmək məqsədi daşıyır", - deyə elanda bildirilib.
Qeyd olunur ki, müstəqil mediaya dəstək, "gənclərin Ermənistanda vətəndaş cəmiyyətlərində iştirakının, siyasi müzakirələrin və sosial məsuliyyətin inkişafına cəlb edilməsi", eləcə də "internetdə azadlığın gücləndirilməsi" təşəbbüslərinə xüsusi diqqət yetiriləcək.
Müsabiqədə iştirak üçün Ermənistan QHT-ləri, o cümlədən beyin mərkəzləri, vətəndaş cəmiyyəti təşkilatları, qeyri-hökumət təşkilatları və KİV-lər müraciət təqdim edə bilər. Bu barədə məlumatı
"RT" yayıb.
Xatırladaq ki, 9-10 dekabr 2021-ci il tarixində ABŞ prezident Co Baydenin təşəbbüsü ilə "Demokratiya sammiti" təşkil edib. Ümumilikdə, sammitə 109 ölkə, o cümlədən Azərbaycanın Cənubi Qafqaz qonşuları Ermənistan və Gürcüstan da dəvət olunub. Buna baxmayaraq, Azərbaycan, eləcə də Türkiyə və Rusiya bu sammitdən kənarda qalıb.
ABŞ-ın sözügedən sammitə dövlətləri hansı kriteriyalar üzrə seçdiyi bəlli deyil. Adından da göründüyü kimi, "Demokratiya sammiti"nə ABŞ məhz demokratiya ixrac etmək istədiyi dövlətləri dəvət edib.
Bu bir demokratiya konsertidir: Bayden niyə Rusiyaya qarşı koalisiya yarada bilmədi