Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanda seysmikliyi yüksək olan ərazilər məlum olub

© Mario Tama / Getty Images / AFPZəlzələ nəticəsində yaranan çatlar, arxiv şəkli
Zəlzələ nəticəsində yaranan çatlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.12.2021
Abunə olmaq
Qarabağda və ətraf rayonlarda seysmoloji tədqiqatların aparılmasını təmin etmək üçün 2021-2025-ci illərdə işğaldan azad olunmuş ərazilərimizdə 10 seysmik stansiyanın quraşdırılması nəzərdə tutulur
BAKI, 29 dekabr — Sputnik. Bu il Azərbaycan ərazisində maqnitudası 3-dən yuxarı olan 61 zəlzələ baş verib.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli illik hesabatı təqdim edən zaman bildirib.
O qeyd edib ki, il ərzində Şamaxı-İsmayıllı, Ağstafa, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda, eləcə də Qusar-Quba, Talış zonalarında aktivlik yüksək olub. Böyük Qafqazın cənub-şərq yamacında, Zaqatala-Balakən bölgəsində seysmiklik zəif olub. Bununla yanaşı, Xəzər dənizində seysmikliyin fon səviyyəsində olması müşahidə olunub. İran-Türkiyə, Gürcüstan-Ermənistan sərhədlərində seysmiklik yüksək olub. Bundan başqa, Şıxzəhirli, Quşçu və Xəzər dənizindəki Daşlı palçıq vulkanlarında püskürmə qeydə alınıb.
Baş direktor çıxışı zamanı geofiziki, geodinamik, geokimyəvi tədqiqatlar zamanı əldə olunmuş nəticələr haqqında da danışıb.
Onun sözlərinə görə, Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunması bütün sahələrdə olduğu kimi Qarabağın seysmikliyinin öyrənilməsi baxımından RSXM-nin də qarşısında mühüm vəzifələr qoyub.
Buna görə də qurumun Qarabağda və ətraf rayonlarda seysmoloji tədqiqatların aparılmasını təmin etmək üçün iş planına 2021-2025-ci illərdə işğaldan azad olunmuş ərazilərimizdə 10 seysmik stansiyanın quraşdırılması məsələsi daxil edilib. Həmin stansiyaların azad olunmuş ərazilərimizdə hazırda mövcud olan mina təhlükəsi aradan qaldırıldıqdan sonra quraşdırılması nəzərdə tutulur.
Xəbər lenti
0