Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Ucqar dağ kəndinin gənc müəllimi ona yaxın işlə məşğul olur

Abunə olmaq
Tovuz rayonunun Hacıhəsənli kənd tam orta məktəbində biologiya müəllimi işləyən Günel Hacıyeva paralel olaraq bir neçə peşə ilə məşğuldur. Ətraflı - videomuzda.
Günel Hacıyeva 2009-2013-cü illərdə Gəncə Dövlət Universitetində kimya-biologiya ixtisası üzrə təhsil alıb.
Təhsil sahəsində fəallıq göstərən G.Hacıyeva bütün işlərinin öhdəsindən rahatlıqla gəlməyi bacarır.
2018-ci ildə müəllimlərin işə qəbulu imtahanında iştirak edib.İmtahandan keçərək biologiya fənni üzrə dərs deməyə başlayıb. Bu müddət ərzində o, müəllimliklə kifayətlənmədiyini, təhsilə dair bir çox layihələrdə könüllü olaraq iştirak etdiyini bildirib.
Günel Hacıyeva müsahibəsində deyib ki, çalışdığı məktəblərdən biri ucqar dağ kəndində, biri rayon mərkəzinə yaxın Bozalqanlıda, digəri isə Qovlar şəhərində fəaliyyət göstərir: "Lakin bu məni yormur. Səhər saatlarından gecə 00-dək iş saatlarım olur. Uşaqlarla birgə işləyib nəticələr əldə etdikcə daha yaxşı işlər etmək üçün çalışıram".
Xəbər lenti
0