Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Təhsil Nazirliyində yeni təyinatlar baş tutub

© AR Ministry of EducationAzərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Təhsil Nazirliyi - Sputnik Azərbaycan, 1920, 28.12.2021
Abunə olmaq
Təhsil naziri Emin Əmrullayevin əmri ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
BAKI, 28 dekabr — Sputnik. Təhsil naziri Emin Əmrullayevin əmri ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Eldar Orucov vəzifəsindən azad edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, Eldar Orucov Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsinə təyinat alıb.
Təhsil nazirinin müşaviri Ülkər Səttərova isə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri təyin olunub.
Xatırladaq ki, cari ildə Həsən Həsənli Nazirliyin yeni aparat rəhbəri təyin olunmuşdu.
Qeyd edək ki, 2021-ci il aprelin 30-da prezidentin sərəncamı ilə Təhsil nazirinin aparat rəhbəri Muxtar Məmmədov təhsil nazirinin müavini təyin olunub.
Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsi uzun müddətdir vakant idi. Bu vəzifənin icrası müvəqqəti olaraq nazirliyin informasiya şöbəsinin müdiri Elnur Əliyevə tapşırılmışdı. E.Əliyev isə keçən ilin dekabr ayında vergilər nazirinin müşaviri təyin olunub.
Xəbər lenti
0