https://sputnik.az/20211228/son-iki-ilde-35-sagird-tehsil-muessisesinden-kenarda-zorakiliga-meruz-qalib-437631053.html
Son iki ildə 35 şagird təhsil müəssisəsindən kənarda zorakılığa məruz qalıb
Son iki ildə 35 şagird təhsil müəssisəsindən kənarda zorakılığa məruz qalıb
Sputnik Azərbaycan
Milli Məclisdə "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı" təqdim olunub 28.12.2021, Sputnik Azərbaycan
2021-12-28T06:04+0400
2021-12-28T06:04+0400
2021-12-28T06:04+0400
məktəbli
azərbaycan xəbərləri
ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
milli məclis
bahar muradova
gender
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1a/427050427_0:0:3069:1726_1920x0_80_0_0_4f94f40794458f0729de69f32db280dd.jpg
BAKI, 28 dekabr — Sputnik. 2019-2020-ci illərdə 35 şagird təhsil müəssisələrindən kənarda zorakılığın müxtəlif növlərinə məruz qalıb.Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı"nda əksini tapıb.Sənəddə qeyd edilib ki, həmin illərdə "Məktəblinin dostu" layihəsi çərçivəsində layihənin tətbiq olunduğu təhsil müəssisələrində layihə psixoloqları ilə şagirdlərin söhbəti zamanı 35 nəfər şagirdin təhsil müəssisələrindən kənarda zorakılığın müxtəlif növlərinə məruz qalması aşkar olunub.Həmin şagirdlərdən 5-i seksual, 7-si fiziki, 5-i psixi zorakılığa və 18-i isə qısnamaya məruz qalıb.Qeyd edək ki, Milli Məclisdə "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı" təqdim olunub.Sənəd barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məlumat verib.Deputatlar məsələ ətrafında çıxış edirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1a/427050427_338:0:3069:2048_1920x0_80_0_0_b8bc0c0dc64a89b5a65d1f6de8c775bf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
cinsi və fiziki zorakılığa məruz qalan məktəblilər
cinsi və fiziki zorakılığa məruz qalan məktəblilər
Son iki ildə 35 şagird təhsil müəssisəsindən kənarda zorakılığa məruz qalıb
Milli Məclisdə "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı" təqdim olunub
BAKI, 28 dekabr — Sputnik. 2019-2020-ci illərdə 35 şagird təhsil müəssisələrindən kənarda zorakılığın müxtəlif növlərinə məruz qalıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı"nda əksini tapıb.
Sənəddə qeyd edilib ki, həmin illərdə "Məktəblinin dostu" layihəsi çərçivəsində layihənin tətbiq olunduğu təhsil müəssisələrində layihə psixoloqları ilə şagirdlərin söhbəti zamanı 35 nəfər şagirdin təhsil müəssisələrindən kənarda zorakılığın müxtəlif növlərinə məruz qalması aşkar olunub.
Həmin şagirdlərdən 5-i seksual, 7-si fiziki, 5-i psixi zorakılığa və 18-i isə qısnamaya məruz qalıb.
Qeyd edək ki, Milli Məclisdə "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı" təqdim olunub.
Sənəd barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məlumat verib.
Deputatlar məsələ ətrafında çıxış edirlər.