Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şəhər sakini: Pəncərədən baxanda gördüm ki, qonşunun evinin damı göydə uçur

© Sputnik / Rahim MammadovMingəçevirdə hadisə yerində
Mingəçevirdə hadisə yerində - Sputnik Azərbaycan, 1920, 28.12.2021
Abunə olmaq
Mingəçevirdə güclü partlayış iki küçədə 10-dan artıq evə zərər vurub. Hadisənin təfərrüatı Sputnik Azərbaycan-ın xəbərində.
BAKI, 28 dekabr — Sputnik. Mingəçevir şəhərində qaz sızması güclü partlayışa səbəb olub.
Sputnik Azərbaycan xəbər verir ki, hadisə şəhərin Günəşli massivində 12-ci küçədə qeydə alınıb. Qaz sızması nəticəsində küçənin girişindəki mənzillərdən birində yanğınla müşahidə edilən güclü partlayış olub. Zərbənin gücündən həmin küçədə və qonşu küçələrdə 10-dan artıq ev zərər görüb.
Partlayış qeydə alınan evin sakinləri - 29 yaşlı İlkin Məmmədov, 55 yaşlı Sevinc Qəmbərova və qonşu mənzilin sakini, 24 yaşlı Aynurə Ələkbərova müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanada yerləşdiriliblər.
12-ci küçənin sakini Rəmziyyə Qədirova Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində partlayışdan sonra şüşələrin sınıb-töküldüyünü, qonşunun evinin dam örtüyünün göyə qalxıb-düşdüyünü gördüyünü bildirib:
© Sputnik / Rahim MammadovMingəçevirdə hadisə yerində
Mingəçevirdə hadisə yerində - Sputnik Azərbaycan, 1920, 28.12.2021
Mingəçevirdə hadisə yerində
"Partlayış mənim oğlumun evinə də ziyan vurub. Yaxşı ki, evdə kimsə olmayıb, yoxsa ciddi xəsarət alardılar. Güclü səs eşidilən kimi pəncərəyə yaxınlaşdım. Onda gördüm ki, qonşunun evinin dam örtüyü göydə uçur. Dəqiq bilmirəm, nədən baş verib. Amma deyilənə görə, qaz sızmasından olub".
Partlayışın təsirindən küçədə dayanan avtomobil də ziyan görüb.
© Sputnik / Rahim Mammadov

Mingəçevirdə hadisə yerində

Mingəçevirdə hadisə yerində - Sputnik Azərbaycan
1/4

Mingəçevirdə hadisə yerində

© Sputnik / Rahim Mammadov

Mingəçevirdə hadisə yerində

Mingəçevirdə hadisə yerində - Sputnik Azərbaycan
2/4

Mingəçevirdə hadisə yerində

© Sputnik / Rahim Mammadov

Mingəçevirdə hadisə yerində

Mingəçevirdə hadisə yerində - Sputnik Azərbaycan
3/4

Mingəçevirdə hadisə yerində

© Sputnik / Rahim Mammadov

Mingəçevirdə hadisə yerində

Mingəçevirdə hadisə yerində - Sputnik Azərbaycan
4/4

Mingəçevirdə hadisə yerində

1/4

Mingəçevirdə hadisə yerində

2/4

Mingəçevirdə hadisə yerində

3/4

Mingəçevirdə hadisə yerində

4/4

Mingəçevirdə hadisə yerində

Küçənin digər sakini Fazil Abdullayev isə partlayışın səsini qəbiristanlıqdan eşidib. Evə gələn zaman mənzilin dağıldığına şahid olub:
"Atam yeddi gündür rəhmətə gedib. Qəbiristanlığa getmişdik, orada olanda bərk partlayış səsi eşitdik. Geri qayıdanda gördüm, qonşunun evində baş verən partlayış mənim də mənzilimi yararsız hala salıb. Evə girmək mümkün deyil, çox təhlükəlidir".
Qeyd edək ki, hadisə baş verən ərazidə aidiyyəti qurumların əməkdaşları araşdırma aparırlar.
Xəbər lenti
0