SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə nədən danışılıb

© AP Photo / Dmitri LovetskySankt-Peterburq
Sankt-Peterburq - Sputnik Azərbaycan, 1920, 28.12.2021
Abunə olmaq
Bir sıra dövlət başçıları Rusiyaya göstərdiyi köməyə görə təşəkkür edərkən, Aleksandr Lukaşenko alimlərdən gileylənib.
BAKI, 28 dekabr - Sputnik. MDB dövlət başçılarının Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən qeyri-rəsmi görüşündə müzakirə etdikləri bəzi mövzular məlum olub.
Sputnik Azərbaycan-ın məlumatına görə, dövlət başçıları qarşılıqlı ticarətin artırılması tədbirləri barədə fikir mübadiləsi aparıblar. Eləcə də sammit iştirakçıları yola salmağa hazırlaşdığımız ildə əməkdaşlıq məsələləri barədə yekunları, həmçinin qarşılıqlı sərfəli partnyorluğun möhkəmləndirilməsi və inkişafını müzakirə ediblər.
"Rusiya MDB ölkələri ilə mövcud münasibətləri gələcəkdə də qoruyub-saxlamaq niyyətindədir. Bundan öncə də münasibət saxlamışıq, bundan sonra da belə olacaq. Ancaq bu rejimdə toplaşmağımıza səbəb olan əsas məsələlərdən biri daha dərin müzakirə olunmasına ehtiyac duyulan koronavirus pandemiyası ilə birgə mübarizəmizdir", - Rusiya Prezidenti Vladimir Putin bildirib.
Görüşün gündəliyinə həmçinin bir sıra MDB ölkələrinin iqtisadi, mədəni və humanitar sahələrdə birgə layihələrinin müzakirəsi də daxil olunub.
Sammit iştirakçıları beynəlxalq və regional məsələləri, koronavirus pandemiyasının nəticələri ilə mübarizədə birgə səyləri, bioloji təhlükəsizliyin təmin olunmasını müzakirə ediblər.
Sonuncu mövzu ilə bağlı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya tərəfinə təşəkkürünü bildirərək qeyd edib ki, Rusiyanın koronavirus əleyhinə "Sputnik-V" peyvəndi onun ölkəsində xəstəliyin yayılmasının qarşısının alınmasında əsas rol oynayıb.
Türkmənistan Prezidenti Qurbanqulu Berdımuxamedov da öz növbəsində MDB üzvlərinə koronavirus pandemiyası ilə mübarizədə göstərdiyi köməyə görə Rusiyaya təşəkkür edib.
Belarus Prezidenti Aleksandr Lukaşenko isə alimlərin koronavirusla bağlı vəziyyətə dair proqnozlarının həyata keçmədiyindən təəssüfləndiyini bildirib.
----------
16:40
Dekabrın 28-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib.
Sputnik AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edir.
Əvvəlcə MDB dövlət başçıları birgə foto çəkdiriblər.
Rusiya Prezidenti Vladimir Putin görüşdə çıxış edib.
Sonra koronavirus pandemiyasına qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Hazırda MDB dövlət başçılarının qeyri-rəsmi naharı başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev naharda iştirak edir.
Eləcə də oxuyun:
* Putin MDB ölkələrinin niyə pandemiyanı daha yaxşı keçirdiyinin səbəbini açıqlayıb
Xəbər lenti
0