Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ryabkov Rusiya-ABŞ danışıqlarının gündəmini açıqlayıb

© Sputnik / Maksim Blinov / Mediabanka keçidRyabkov
Ryabkov  - Sputnik Azərbaycan, 1920, 28.12.2021
Abunə olmaq
Ryabkov bildirib ki, cavab almasalar, bu, NATO ilə Rusiya arasında qarşıdurmanın yeni mərhələsinə gətirib çıxara bilər.
BAKI, 28 dekabr — Sputnik. Rusiya təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqların gündəminə dair fikirlərini ABŞ-a təqdim edib, ancaq Vaşinqtonda bəzi abstraksiyalardan danışırlar. Təhlükəsizlik zəmanətləri haqqında razılaşma və müqavilə layihələrinə diqqət yetirmək lazımdır.
Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Bu yaxınlarda "Frans-Press" və "Reyters" agentlikləri Ağ Evin nümayəndəsinə istinadən bildiriblər ki, Rusiya ilə ABŞ arasında danışıqlar yanvarın 10-da, NATO arasında məsləhətləşmələr yanvarın 12-də, Rusiya nümayəndələrinin ATƏT ilə görüşü isə yanvarın 13-də keçiriləcək. ABŞ rəsmisinin sözlərinə görə, danışıqlarda "silahlara və Ukraynaya nəzarət" haqqında müzakirələr aparılacaq.
"ABŞ ilə ikitərəfli formata gəlincə, biz gündəmlə bağlı təkliflərimizi rəsmi olaraq amerikalılara vermişik. İndi biz ABŞ administrasiyasının adı açıqlanmayan nümayəndələrinin həm Ukraynanı, həm də silahlara nəzarəti müzakirə etməyi nəzərdə tutduqları dəlillərini görürük. Silahlara nəzarət nədir? Bu bir növ abstraksiyadır", - deyə Ryabkov vurğulayıb.
"Biz Rusiya tərəfinin təqdim etdiyi ABŞ ilə təhlükəsizlik zəmanətləri haqqında ikitərəfli müqavilə layihəsinin və NATO ilə çoxtərəfli saziş layihəsinin müzakirə olmasından çıxış edirik. Bu, gündəmdir və diqqətimizi buna yönəltməliyik. Bunun üçün danışıqlara başlanılır və Vaşinqtondakı həmkarlar məhz bu istiqamətdən çıxış etməlidirlər", - deyə nazir müavini əlavə edib.
Dekabrın 17-də Rusiya əsasən Avropada təhlükəsizliyin qarşılıqlı təminatını, orta və yaxın mənzilli raketlərin bir-birinə çatma zonasında yerləşdirilməməsinə və keçmiş SSRİ respublikaları hesabına NATO-nun daha da genişlənməsindən imtina edilməsi barədə müddəaları özündə əks etdirən ABŞ-la saziş və NATO-ya üzv olan dövlətlərlə razılıq layihələrini dərc edib.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun sözlərinə görə, əgər NATO və ABŞ Rusiyanın təhlükəsizlik zəmanətləri tələbinə cavab verməsələr, bu, qarşıdurmanın yeni mərhələsinə gətirib çıxara bilər.
Eləcə də oxuyun:
* Putin Rusiyanın NATO-nun hərəkətlərinə necə cavab verə biləcəyini açıqladı - VİDEO
* NATO Rusiyaya qarşı irimiqyaslı silahlı münaqişəyə hazırlaşır - MN
Xəbər lenti
0