Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

NATO Rusiyaya qarşı irimiqyaslı silahlı münaqişəyə hazırlaşır - MN

© Sputnik / Михаил ВоскресенскийКорпуса Министерства обороны РФ
Корпуса Министерства обороны РФ - Sputnik Azərbaycan, 1920, 27.12.2021
Abunə olmaq
Rusiya Federasiyasının müdafiə nazirinin müavini Aleksandr Fomin deyib ki, Blokun hərbi quruculuğu bütövlüklə Rusiya ilə yüksək intensivlikli hərbi konfliktə yönəlib.
BAKI, 27 dekabr - Sputnik. Şimali Atlantika Alyansı Rusiya ilə genişmiqyaslı münaqişəyə hazırlaşır.
Bu barədə Rusiya Federasiyasının müdafiə nazirinin müavini Aleksandr Fomin xarici ölkələrin Moskvada akkreditasiya olunmuş hərbi attaşeləri üçün keçirdiyi brifinqdə bildirib.
“Blokun hərbi quruculuğu bütövlüklə Rusiya ilə yüksək intensivlikli hərbi konfliktə yönəlib”, - deyə, Fomin əlavə edib.
Fomin vurğulayıb ki, NATO-nun doktrina sənədlərində, o cümlədən 2019-cu ilin hərbi strategiyasında Rusiya “koalisyon təhlükəsizliyə birbaşa təhlükə kimi göstərilir”.
Nazir müavini eyni zamanda xatırladıb ki, “Roma bəyannaməsi öz qüvvəsində qalır. Bu bəyannamədə göstərilib ki, Rusiya və Alyans bir-birini düşmən kimi görmür. Bu müddəa 2010-cu ildə Lissabonda keçirilən NATO-Rusiya sammitində də təsdiqlənib”.
Rusiya sərhədlərində döyüş. potensialı
Fomin bildirib ki, NATO-nun şərqə ən əhəmiyyətli genişlənməsi 2002-ci ildə baş verib. Alyansın infrastrukturunun Rusiyanın qərb sərhədlərinə yaxınlaşmasının bir neçə dalğası zamanı blok öz döyüş potensialını xeyli artırıb.
"2002-ci ildə Bolqarıstan, Latviya, Litva, Estoniya, Rumıniya, Slovakiya və Sloveniyanın alyansa qoşulması ilə bağlı danışıqlara başlanılıb. Onlar da 2004-cü ilin martında NATO-ya üzv olublar. Bu NATO-nun ən böyük genişlənməsi mərhələsi olub. Bununla belə, blokun şərq cinahında potensialı artıb" - deyə Fomin bildirib.
Onun sözlərinə görə, blokun sərhədləri min kilometrdən çox şərqə doğru irəliləyib ki, bu da ona Rusiya ərazisindəki hədəfləri məğlub etmək üçün qeyri-strateji silahlardan istifadə etmək imkanı verib.
"Məsələn, Estoniyadakı hava bazalarından Sankt-Peterburqa minimum uçuş müddəti bir neçə dəqiqəyə endirildi. Kalininqrad vilayətinin çox hissəsi təkcə artilleriya sistemlərinin hədəf diarəsində idi.
Şərqi Avropa ölkələrinin ərazisində xeyli sayda infrastruktur obyekti NATO-nun sərəncamına keçib ki, bu da qoşunların yerləşdirilməsi və köçürülməsi imkanlarını genişləndirib", - deyə Fomin bildirib.
O qeyd edib ki, blokun arsenalına keçmiş Varşava Müqaviləsi ölkələrinin çoxlu sayda silahı, hərbi texnikası və insan resursları əlavə edilib... NATO Baltik və Qara dənizlərdə yeni limanlara çıxış əldə edib, alyansın hərbi dəniz qüvvələrinin əməliyyat imkanlarını genişləndirib.
Nazir müavini bəyan edib ki, bu minvalla, “NATO-nun şərqə doğru genişlənmə potensialı artıb və bu prosesə Rusiya Federasiyası "təhrik etməyib". 1997-ci ildə Rusiyanın Qərblə münasibətləri, demək olar ki, ”aydın” idi.
NATO Rusiyanın maraqlarına məhəl qoymur
Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin bildirib ki, son bir neçə ildə NATO Rusiyanın maraqlarına məhəl qoymayıb və Moskva əməkdaşlıq qurmağa çalışarkən bərabərhüquqlu dialoqdan imtina edir.
"Alyans ardıcıl olaraq Rusiyanın maraqlarına məhəl qoymayıb və mövcud problemlərin ədalətli müzakirəsindən yayınıb. Məsələn, 2009-cu ildə Rusiyanın 2008-ci ildə Gürcüstanda baş verən hadisələrin təsiri altında ikitərəfli münasibətlərin soyuması fonunda qarşılıqlı təhlükəsizlik təminatlarını gücləndirmək üçün nəzərdə tutulmuş yeni hərtərəfli saziş bağlamaq təklifi rədd edilib", - deyə Fomin bildirib.
Həmçinin oxuyun:
Putin Rusiyanın NATO-nun hərəkətlərinə necə cavab verə biləcəyini açıqladı - VİDEO
Sən demə, NATO heç zaman genişlənməyəcəyini vəd etməyibmiş...
Xəbər lenti
0