Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ölkədəki vəkillərin sayı açıqlandı - Rəsmi

© Mark Wilson / Getty Images / AFPMəmur
Məmur - Sputnik Azərbaycan, 1920, 28.12.2021
Abunə olmaq
Ölkə tarixində ilk dəfə ümumilikdə vəkillərin sayı 2100 nəfəri keçəcək.
BAKI, 28 dekabr — Sputnik. "Azərbaycanda 110-a yaxın vəkil bürosu fəaliyyət göstərir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

"Ölkə üzrə vəkil qurumları yaranıb və hazırda fəaliyyətini davam etdirir. Azərbaycan vəkilliyi inamla inkişaf edir. Hesab edirəm ki, ildən-ilə vəkillərin və vəkil qurumların sayı daha da artacaq", - o vurğulayıb.

Anar Bağırov bildirib ki, bu gün 113 nəfər yeni namizəd and içərək vəkilliyə qəbul olunacaq.
"Bununla da ölkədəki vəkillərin sayı 2132 nəfərə çatacaq. Ölkə tarixində ilk dəfə ümumilikdə vəkillərin sayı 2100 nəfəri keçəcək. 2021-ci ildə 30 minə yaxın Azərbaycan vətəndaşına dövlət hesabına hüquqi yardım göstərilib. Bu, cinayət prosesini həyata keçirən orqanların, mülki işlər üzrə məhkəmələrin qərarlarıdır. 30 min Azərbaycan vətəndaşına dövlət hesabına hüquqi yardım gösətən vəkillər üzərlərinə düşən hüquq və vəzifələri şərəflə, layiqincə yetirməyə çalışırlar", - o qeyd edib.
Vəkillər Kollegiyasının bir qrup üzvü vəkillərin peşə bayramı — «Vəkil günü» münasibətilə Fəxri fərman və «Azərbaycan vəkilliyinin 100 illiyi» yubiley döş nişanı ilə təltif olunub. Tədbirdə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov son illər Azərbaycan vəkilliyinin əldə etdiyi uğurlardan danışıb.
O bildirib ki, Azərbaycanda vəkillik fəaliyyəti kifayət qədər perspektivli sahəyə çevrilib. Vəkilliyin nüfuzunun artması gənc hüquqşünasların bu sahəyə marağını artırıb. A.Bağırov son üç il ərzində vəkillərin sayının iki dəfə artdığını deyib. Onun sözlərinə görə, bu, ölkəmizdə vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətinə müsbət təsir göstərir.
Sədr, həmçinin Azərbaycanda vəkil bürolarının sayının artmasını da vəkilliyin inkişafı istiqamətdə böyük uğur kimi qiymətləndirib. O bildirib ki, həm Bakıda, həm də regionlarımızda açılan yeni vəkil bürolarında bütün müasir şərait yaradılıb. A.Bağırov keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi üçün vəkillərin iş şəraitinin və fəaliyyət göstərdikləri yerlərin yüksək standartlara cavab verməsinin əhəmiyyətini, bu məsələnin Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamında da öz əksini tapdığını qeyd edib.
Həmçinin oxuyun:
İnterneti olmayanlar virtual məhkəmələrə necə qoşula bilərlər?
Azərbaycanda qadınlar bir çox sahələrdə kişilərdən geridədir - Bağırov
Xəbər lenti
0