https://sputnik.az/20211228/nazir-2030-cu-iledek-medeniyyet-strategiyasi-uzerinde-is-gedir-437671660.html
Nazir: 2030-cu ilədək mədəniyyət strategiyası üzərində iş gedir
Nazir: 2030-cu ilədək mədəniyyət strategiyası üzərində iş gedir
Sputnik Azərbaycan
Regional Mədəniyyət İdarələrinin işğaldan azad edilmiş ərazilərdə təsis edilməsi nəzərdə tutulur. 28.12.2021, Sputnik Azərbaycan
2021-12-28T12:44+0400
2021-12-28T12:44+0400
2021-12-28T13:06+0400
mədəniyyət
nazir
nəticə
hədəf
mədəniyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/18/436621997_0:67:1280:787_1920x0_80_0_0_e550aa9affaf8b2765cd3fa8920d6c23.jpg
BAKI, 28 dekabr — Sputnik. İl ərzində qayıdış prosesinə böyük töhfə vermişik. Gələn il də fəaliyyətimizlə Qarabağımızın mədəniyyətə qovuşmasına çalışacağıq. Sputnik Azərbaycan xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib.Onun sözlərinə görə, il ərzində hədəf 9 istiqamət üzrə fəaliyyət planının həyata keçirilməsi olub:"Mədəniyyət sahəsində və idarəetmə sistemində islahatların aparılması istiqamətində 2030-cu ilədək mədəniyyət strategiyası üzərində iş gedir. Bununla bağlı yerli və xarici təcrübə öyrənilir. Bu sənəddə 5 prioritet istiqamət var. Xüsusi olaraq idarəetmə sisteminin daha şəffaf olmasını istərdik".Nazir həmçinin qeyd edib ki, Regional Mədəniyyət İdarələrinin işğaldan azad edilmiş ərazilərdə təsis edilməsi nəzərdə tutulur."Gələcəkdə Qarabağ və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarələri yaradılacaq".A.Kərimov onu da bildirib ki, Şuşada yerləşən 45 abidənin üzərinə məlumat lövhəsi quraşdırılıb, həmçinin abidələrin elektron xəritələri hazırlanıb.Onun sözlərinə görə, bu il ölkədə 110 mədəniyyət abidəsinin pasportu və abidələrin mühafizə zonası üzrə 72 layihə təsdiq edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/18/436621997_72:0:1209:853_1920x0_80_0_0_276134a6bb1871351eff2b1ccd9f7d7f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nazir, nəticə, hədəf, mədəniyyət
nazir, nəticə, hədəf, mədəniyyət
Nazir: 2030-cu ilədək mədəniyyət strategiyası üzərində iş gedir
12:44 28.12.2021 (Yenilənib: 13:06 28.12.2021) Regional Mədəniyyət İdarələrinin işğaldan azad edilmiş ərazilərdə təsis edilməsi nəzərdə tutulur.
BAKI, 28 dekabr — Sputnik. İl ərzində qayıdış prosesinə böyük töhfə vermişik. Gələn il də fəaliyyətimizlə Qarabağımızın mədəniyyətə qovuşmasına çalışacağıq.
Sputnik Azərbaycan xəbər verir ki, bunu mədəniyyət naziri
Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, il ərzində hədəf 9 istiqamət üzrə fəaliyyət planının həyata keçirilməsi olub:
"Mədəniyyət sahəsində və idarəetmə sistemində islahatların aparılması istiqamətində 2030-cu ilədək mədəniyyət strategiyası üzərində iş gedir. Bununla bağlı yerli və xarici təcrübə öyrənilir. Bu sənəddə 5 prioritet istiqamət var. Xüsusi olaraq idarəetmə sisteminin daha şəffaf olmasını istərdik".
Nazir həmçinin qeyd edib ki, Regional Mədəniyyət İdarələrinin işğaldan azad edilmiş ərazilərdə təsis edilməsi nəzərdə tutulur.
"Gələcəkdə Qarabağ və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarələri yaradılacaq".
A.Kərimov onu da bildirib ki, Şuşada yerləşən 45 abidənin üzərinə məlumat lövhəsi quraşdırılıb, həmçinin abidələrin elektron xəritələri hazırlanıb.
Onun sözlərinə görə, bu il ölkədə 110 mədəniyyət abidəsinin pasportu və abidələrin mühafizə zonası üzrə 72 layihə təsdiq edilib.