DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Prezident İlham Əliyevin Rusiyaya səfəri başa çatıb

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərinə səfərə gəlib
İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərinə səfərə gəlib - Sputnik Azərbaycan, 1920, 28.12.2021
Abunə olmaq
Dekabrın 28-də Rusiyanın Sankt-Peterburq şəhərində MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirilib.
BAKI, 28 dekabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfəri dekabrın 28-də başa çatıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat verib.
-----------
11:52
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının görüşündə iştirak etmək üçün dekabrın 28-də Sankt-Peterburq şəhərinə səfərə gəlib.
Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki, Sankt-Peterburq şəhərinin Pulkovo-2 hava limanında dövlətimizin başçısını Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və digər rəsmi şəxslər qarşılayıblar.
© Official website of President of Azerbaijan Republicİlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərinə səfərə gəlib
İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərinə səfərə gəlib - Sputnik Azərbaycan, 1920, 28.12.2021
İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərinə səfərə gəlib
Dekabrın 28-də Rusiyanın Sankt-Peterburq şəhərində MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçiriləcək.
Ekspertlər hesab edirlər ki, qeyri-formal sammit çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü keçirilə bilər. Danışıqlarda Rusiya, Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri – Aleksey Overçuk, Şahin Mustafayev və Mqer Qriqoryan, o cümlədən bu ölkələrin müdafiə və xarici işlər nazirlərinin iştirakı da istisna edilmir.
Brüssel görüşü
Əliyev, Paşinyan və Avropa İttifaqının sədri Şarl Mişelin üçtərəfli görüşü dekabrın 14-də Belçikanın paytaxtında baş tutub. Qafqaz ölkələrinin liderləri Brüsselə Şərq Tərəfdaşlığı sammitində iştirak etmək üçün gediblər.
Üç liderin Soçi görüşü
Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar.
Xəbər lenti
0