Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Elektron Təhlükəsizlik Xidməti: Şübhəli keçidlərə daxil olmayın

CC0 / 27707 / manNoutbuk arxasında kişi, arxiv şəkli
Noutbuk arxasında kişi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.12.2021
Abunə olmaq
Bu dəfə istifadəçiləri “tələ”yə salmaq və fərdi məlumatlarını ələ keçirmək məqsədilə onlara “WhatsApp” üzərindən “Araz Supermarket istehlakçı mükafatlandırma sorğusu” adı altında saxta mesajlar göndərilir.
BAKI, 28 dekabr — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları “Yeni il” bayramı ərəfəsində məşhur şirkətlərin adından həyata keçirilən “fişinq” kampaniyalarının artması ilə bağlı xəbərdar edir.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilir ki, bu dəfə istifadəçiləri “tələ”yə salmaq və fərdi məlumatlarını ələ keçirmək məqsədilə onlara “WhatsApp” üzərindən “Araz Supermarket istehlakçı mükafatlandırma sorğusu” adı altında saxta mesajlar göndərilir.
Mükafatı əldə etmək üçün istifadəçidən keçidə daxil olaraq sorğu formasını doldurması istənilir. Məlumata etimad edərək keçidə daxil olan istifadəçi həmin şirkətin rəsmi səhifəsinə oxşar saxta səhifəyə yönləndirilir.
Bununla yanaşı, istifadəçidən həmin mesajı nömrə siyahısında olan 5 qrupa və ya 20 “WhatsApp” istifadəçisinə göndərməsi tələb olunur.
Bu kimi kiber hücumlarda məqsəd saxta reklam baxışları toplamaqla “asan” yolla gəlir əldə etmək, istifadəçiləri üçüncü tərəf tətbiqləri yükləməyə vadar etmək və fərdi məlumatları ələ keçirməkdir.
Bu növ kiberhücumlardan qorunmaq üçün istifadəçilərdən xahiş olunur ki, aşağıdakı sadə kibertəhlükəsizlik qaydalarına əməl etsinlər:
1. Aldığınız hər mesaja şübhə ilə yanaşın və cəlbedici vədlərə aldanaraq ani hərəkət etməyin.
2. Hədiyyə, pulsuz bonus və mükafat təklif edən vədlərə etimad etməyin.
3. Şübhəli keçidlərə daxil olmayın.
4. Hər zaman məlumatın düzgünlüyünü fərqli əlaqə vasitələrindən istifadə edərək yoxlayın. Hər hansı şirkət, qurum və ya təşkilat adından bu kimi məlumatlar aldıqda, ilk öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və ya veb-brauzerdə açılan yeni səhifədə onun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olun.
5. Doğruluğundan əmin olmadığınız mesajları digər şəxslərə yönləndirməyin və ya sizə yönləndirilən mesajlara etibar etməyin.
6. Ətrafınızdakı şəxsləri də bu kimi elektron təhlükələr barədə məlumatlandırın.
Həmçinin bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat verin.
Xəbər lenti
0