Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Britaniyalılar Ukraynadan qaçmağa hazırlaşırlar

CC BY-SA 3.0 / Oleg Belyakov / An-22Самолет Ан-22
Самолет Ан-22 - Sputnik Azərbaycan, 1920, 28.12.2021
Abunə olmaq
2018-ci ildən Ukrayna ərazisində ülyahəzrət kraliça ordusunun 77-ci hibrid briqadasının hərbçiləri fəaliyyət göstərir. Həmin ordu informasiya müharibəsi aparmaq üçün yaradılıb.
BAKI, 28 dekabr — Sputnik, Aleksandr Xabarov. Böyük Britaniya hərbçiləri hər an Ukraynadan "əkilməyə" hazırdırlar. Təxliyə planı barədə İngiltərənin "Daily Express" qəzeti Böyük Britaniyanın müdafiə naziri Ben Uollesə istinadla məlumat yayıb. Nazir bəyan edib ki, onun tabeliyindəki hərbçilər Ukrayna ərazisində ruslarla döyüşməyəcəklər – bu "çox da inandırıcı deyil".
Qəzetin məlumatına görə, britaniyalıların çoxu Yavorov şəhəri ərazisində dislokasiya olunublar ki, oradan da "Rusiya ilə müharibə başlayacağı təqdirdə" təxliyə olunacaqları Polşaya əlini uzatsan çatar.
Ukraynadakı Britaniya qruplaşmalarının sayı barədə dəqiq informasiya yoxdur. Böyük Britaniya Müdafiə Nazirliyinin saytında aşağıdakılar yer alıb: "Britaniya ordusu Ukrayna silahlı qüvvələrinə səhra baza və tibbi hazırlıqdan tutmuş snayperlərə, zirehli texnikaya və artilleriyaya qarşı mübarizəyə qədər təlim keçərək Ukraynaya yardım edir".
Məlumdur ki, ora səhra təlimatçıları ilə yanaşı, kiberhücumların dəf edilməsi (eyni zamanda yaradılması) üzrə mütəxəssislər göndərilib.
2018-ci ildən Ukrayna ərazisində ülyahəzrət kraliça ordusunun 77-ci hibrid briqadasının hərbçiləri fəaliyyət göstərir. Həmin ordu "müasir müharibə və münaqişə təhdidlərinə cavab vermək üçün bütün imkanları bir araya gətirmək məqsədilə yaradılıb, çünki döyüş meydanındakı hərəkətlər həmişə yalnız zorakılıq tələb etmir. Başqa sözlə, bu ordu informasiya müharibəsi aparmaq üçün yaradılıb. Bu isə xüsusilə indi, "Rusiya tərəfindən hərbi təhdid" fonunda London üçün Ukraynaya hərbi katerlərin inşasından və ya oraya 2015-ci ildəki kimi "Samson" ZTR-lərinin göndərilməsindən daha prinsipial əhəmiyyət kəsb edir.
Üstündən bir gün keçmədən belə Britaniya mətbuatında "Ukraynaya hücuma hazırlaşan" Rusiyadan yazmağa bəhanə yaranacaq. Əgər bəhanə yoxdursa, ona Böyük Britaniyanın təhlükəsizlik məsələləri naziri Demian Haynds kimi hərəkət etmək olar: o, sadəcə Rusiyanı Çin, İran və Şimali Koreya ilə yanaşı, Böyük Britaniya üçün ən təhlükəli ölkələrin siyahısına daxil edib: "Onlar informasiya əməliyyatları keçirə bilərlər və keçirirlər də. Özləri də həmin əməliyyatlarda müxtəlif yollarla iştirak edirlər". Bu sahədə Londonun özünün fəal hərəkətləri barədə isə nazir təvazökarlıqla susub, hərçənd öyünmək üçün səbəb var.
Rusiya və ABŞ arasında konkret danışıqlar ərəfəsində İngiltərə üçqat enerji ilə "məkrli" Kreml obrazı formalaşdırır. Əsas məqsəd NATO ilə Rusiya arasında münasibətlərdə baş verənlərə obyektiv qiymət verilməsinin qarşısını almaqdır.
Vladimir Putin ölkəmiz üçün təhlükəsizlik zəmanəti tələb edərək kifayət qədər aydın mövqe nümayiş etdirdi.
Rusiya öz sərhədləri yaxınlığında yad qruplaşmaları görmək istəmir. Bunu başa düşmək bir qədər çətin deyil. Təsəvvür edirsinizmi ki, Çin Kanada ilə ittifaq yaratsaydı, nə baş verərdi? Güclü dövlətlər belə şeylərə reaksiya verməyə bilməz", - deyə Putinin tələbini ədalətli hesab edən Boston Universitetinin professoru Coşua Şifrinson vurğulayır.
Onu da əlavə etmək lazımdır ki, NATO ilə Ukrayna məsələsində söhbət Rusiyaya düşmən münasibətdə olan alyansdan gedir.
Qərbin kollektiv mövqeyi – istənilən yolla aşkar olanı qəbul etməməkdir.
"NATO ölkələri vasitəsilə silahların tədarükü üçün yolun açılması prioritet olmalıdır. Dəqiq ifadə etmək lazımdır ki, Ukrayna Avropanın təhlükəsizliyində əsas həlqədir və müttəfiqlər, məsələn, "Şimal axını -2" kimi Rusiya ilə müştərək iqtisadi layihələrdən imtina etməyə hazırdır. Vətəndaşların 60 faizi əlində silahla Ukraynanı müdafiə etməyə hazır olduqlarını bildiriblər", – deyə Böyük Britaniyanın "Chatham House" analitik mərkəzinin əməkdaşı Orısya Lutseviç ukraynalıların döyüşə hazırlığı barədə fikir yürüdərək yazır.
Əvvəl Londonun, sonra Nyu-Yorkun "Tayms"ı "Rusiyanın hücumu baş verərsə", partizan müharibəsi aparmaq məqsədilə Kiyev ətrafında təlim keçən ukraynalı rezervistlər barədə oxşar materiallar yayımlayıb.
"Biz nə qədər çox tabut göndərsək, ruslar bir o qədər çox fikirləşməli olacaqlar", - deyə onlar öz arzularını Böyük Britaniya və Amerikadakı oxucuları ilə bölüşürlər.
Nyu-York nəşrinin "partizanların" döyüş hazırlığı ilə bağlı qiymətləndirməsi Lutseviçdən daha aşağıdır: artıq 60 faiz deyil, 24 faiz "Ukrayna uğrunda" döyüşməyə hazırdır.
Bu fərq araşdırmaların obyektivliyini sual altına alır, əlbəttə, əgər bu araşdırma həqiqətən də aparılıbsa. Qərb mətbuatında ukraynalıları onların bunu istəyib-istəməmələrindən asılı olmayaraq piyada kimi qabağa verirlər.
Buna bənzər hadisələr "ərəb baharı"nın ortaya atıldığı dövrdə də baş verirdi. Həmin vaxt Böyük Britaniyada elə hey qəddar rejim və cəsur müqavimət hərəkatı barədə yazır, təxribatları dəstəkləyirdilər ki, sonradan yalançı şəfqət hissi ilə qurbanları sayaraq məmnuniyyətlə günahı mütləq cəzalandırılmalı olan "despot və tiranların" üstünə atsınlar.
NATO üzrə müttəfiqlər Əfqanıstandakı məğlubiyyətdən sonra formatı dəyişiblər: sən demə, onlar sadəcə olaraq "dünyanın digər yerlərində fəaliyyət göstərmək üçün oradakı qüvvələri azad ediblər".
Dövlət katibi Entoni Blinken Kabildən qaçışı belə izah etmişdi. Ancaq indi məhz harada "fəaliyyət göstərmək niyyətində olduqlarını" dəqiqləşdirməyə ehtiyac görməmişdi.
Bununla belə, amerikalıların Əfqanıstanda uğradıqları fiasko izsiz ötüşmədi: "Putinin Ukraynaya gözlənilən hücumu ilə bağlı isterikanı şişirdən Böyük Britaniya hərbi rəhbərləri dərhal bəyan etdilər ki, əgər pis şey olarsa, oradan qaçmağa hazırdırlar. Nə demək olar, çox ehtiyatlı adamlardır...
Həmçinin oxuyun:
Rusiya Ukrayna iqtisadiyyatına dəstək verir
Rusiya ABŞ qarşısında şərt qoydu, Lavrov danışıqların vaxtını açıqladı
ABŞ Rusiyaya qarşı “görünməmiş” sanksiyalar tətbiq edə bilər - Kamala Harris hədələdi
Kreml: Rusiya sanksiyalara uyğunlaşıb
Xəbər lenti
0