https://sputnik.az/20211228/azerbaycan-vetendaslari-rusiya-ile-serhedden-niye-texliye-edilib-437678990.html
Azərbaycan vətəndaşları Rusiya ilə sərhəddən niyə təxliyə edilib?
Azərbaycan vətəndaşları Rusiya ilə sərhəddən niyə təxliyə edilib?
Sputnik Azərbaycan
Vətəndaşlarımızın "Yaraq Qazmalar - Samur" dövlət sərhəd-keçid buraxılış məntəqəsindən qrup halında keçidi təmin edilib. 28.12.2021, Sputnik Azərbaycan
2021-12-28T19:22+0400
2021-12-28T19:22+0400
2021-12-28T19:26+0400
rusiya
azərbaycan xəbərləri
azərbaycanlı
sərhəd
təxliyə
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42327/05/423270501_0:274:3043:1986_1920x0_80_0_0_918323309323a079dcb9bca7b49b3297.jpg
BAKI, 28 dekabr — Sputnik. Rusiyadan Azərbaycana 728 nəfərin gətirilməsi təmin edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.Qeyd olunub ki, mövcud COVID-19 pandemiya rejimi ilə əlaqədar ölkə üzrə vətəndaşların quru sərhəd keçidinə tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, Rusiyanın Azərbaycanla dövlət sərhədinin Dağıstan Respublikası ərazisindən yerüstü sərhəd yolu ilə Azərbaycana gəlmək üçün toplaşan vətəndaşlarımız və soydaşlarımız üçün Nazirlər Kabinetinin yanında Operativ Qərargah müvafiq tapşırığına və pandemiya şərtlərinə uyğun olaraq 20-27 dekabr tarixlərində növbəti sərhəd buraxılışları təşkil edilib.Bildirilib ki, sərhəd buraxışlarının həyata keçirilməsi üçün Xarici İşlər, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət işçi heyət Rusiya Federasiyasının Dağıstan Respublikasında xidməti ezamiyyətdə olublar. İşçi heyətin üzvləri sərhədi keçmək üçün gözləyən 766 nəfər həmvətənlimizi qeydiyyata alıb, onlara zəruri konsulluq yardımını göstəriblər.Rusiyanın yerli qurumları ilə əlaqələndirilmiş fəaliyyət nəticəsində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş gündəlik kvotaya uyğun olaraq, qeydiyyata alınmış 766 nəfərdən 728 şəxsin 22-27 dekabr tarixlərində (6 sərhəd buraxılışı) Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının "Yaraq Qazmalar - Samur" dövlət sərhəd-keçid buraxılış məntəqəsindən Azərbaycan Respublikasına qrup halında keçidi təmin edilib.Ümumilikdə, bu ilin 29 yanvar - 27 dekabr tarixləri arasında qrup halında 35 sərhəd keçidi olmaqla 4 217 həmvətənlimizin təxliyəsi təmin edilib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42327/05/423270501_622:423:2788:2048_1920x0_80_0_0_9b22cfa776ed65cfe79a9fe9278a6ae2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan rusiya sərhəd təxliyə azərbaycanlı yüzlərlə dağıstan yaraq qazmalar
azərbaycan rusiya sərhəd təxliyə azərbaycanlı yüzlərlə dağıstan yaraq qazmalar
Azərbaycan vətəndaşları Rusiya ilə sərhəddən niyə təxliyə edilib?
19:22 28.12.2021 (Yenilənib: 19:26 28.12.2021) Vətəndaşlarımızın "Yaraq Qazmalar - Samur" dövlət sərhəd-keçid buraxılış məntəqəsindən qrup halında keçidi təmin edilib.
BAKI, 28 dekabr — Sputnik. Rusiyadan Azərbaycana 728 nəfərin gətirilməsi təmin edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.
Qeyd olunub ki, mövcud COVID-19 pandemiya rejimi ilə əlaqədar ölkə üzrə vətəndaşların quru sərhəd keçidinə tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, Rusiyanın Azərbaycanla dövlət sərhədinin Dağıstan Respublikası ərazisindən yerüstü sərhəd yolu ilə Azərbaycana gəlmək üçün toplaşan vətəndaşlarımız və soydaşlarımız üçün Nazirlər Kabinetinin yanında Operativ Qərargah müvafiq tapşırığına və pandemiya şərtlərinə uyğun olaraq 20-27 dekabr tarixlərində növbəti sərhəd buraxılışları təşkil edilib.
Bildirilib ki, sərhəd buraxışlarının həyata keçirilməsi üçün Xarici İşlər, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət işçi heyət Rusiya Federasiyasının Dağıstan Respublikasında xidməti ezamiyyətdə olublar. İşçi heyətin üzvləri sərhədi keçmək üçün gözləyən 766 nəfər həmvətənlimizi qeydiyyata alıb, onlara zəruri konsulluq yardımını göstəriblər.
Rusiyanın yerli qurumları ilə əlaqələndirilmiş fəaliyyət nəticəsində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş gündəlik kvotaya uyğun olaraq, qeydiyyata alınmış 766 nəfərdən 728 şəxsin 22-27 dekabr tarixlərində (6 sərhəd buraxılışı) Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının "Yaraq Qazmalar - Samur" dövlət sərhəd-keçid buraxılış məntəqəsindən Azərbaycan Respublikasına qrup halında keçidi təmin edilib.
Ümumilikdə, bu ilin 29 yanvar - 27 dekabr tarixləri arasında qrup halında 35 sərhəd keçidi olmaqla 4 217 həmvətənlimizin təxliyəsi təmin edilib.