https://sputnik.az/20211227/yeni-tikilecek-yasayis-binalari-ile-bagli-ciddi-qadagalar-437255383.html
Yeni tikiləcək yaşayış binaları ilə bağlı ciddi qadağalar
Yeni tikiləcək yaşayış binaları ilə bağlı ciddi qadağalar
Sputnik Azərbaycan
Binaların aşağı mərtəbəsində və zirzəmisində yanğın təhlükəli maddə və materiallar satılan, sintetik xalça məmulatlarının, avtomobil şinlərinın satışı... 27.12.2021, Sputnik Azərbaycan
2021-12-27T09:28+0400
2021-12-27T09:28+0400
2021-12-27T09:28+0400
ipoteka
cəmiyyət
bina
yaşayış
çoxmərtəbəli bina
bina tikintisi
yaşayış evi
hündürmərtəbəli bina
çoxmənzilli binaların təmiri
əlilliyi olan şəxs
https://cdnn1.img.sputnik.az/img/42374/14/423741465_0:115:1920:1195_1920x0_80_0_0_5bacf842d4622de7638149b61994ba0c.jpg
BAKI, 27 dekabr — Sputnik. Bu yaxınlarda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı ilə "Yaşayış binaları. Layihələndirmə normaları" təsdiqlənib. Həmin sənəddə yaşayış binalarının tikintisi ilə bağlı bir sıra yeniliklər öz əksini tapıb. Sənəddə qeyd olunan ən maraq doğuran məqamlardan biri də yaşayış binasının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində insanlara zərərli təsir göstərən bəzi obyektlərin yerləşdirilməsinə qoyulan qadağalardır. Sənədə görə, bəzi obyektlər yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərə bilməz.Tələblər yeni tikilən binalara aiddirDövlət Şəhərsalma və Arxitektura Komitəsindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, sənəd müvafiq sahədə mövcud olan texniki normativ hüquqi bazaya əsaslanaraq hazırlanıb və bugünki tələblərə uyğun olaraq müəyyən əlavələrin edilməsi ilə təkmilləşdirmə işləri aparılıb. Cavabda bildirilir ki, qeyd edilən normalar yenidən tikilən və hündürlüyü 75 m-dən çox olmayan çoxmənzilli yaşayış binalarının və mənzil tipli yataqxanaların, çoxfunksiyalı binaların tərkibində yaşayış sahələrinin layihələndirilməsi, həmçinin, onların istismarı, texniki yeniləşdirilməsi, yenidən qurulması və əsaslı təmiri məsələləri zamanı tətbiq ediləcək. Mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət olunmalıdır. Hündürlüyü 75 m-dən çox olan binalar üçün isə xüsusi texniki şərtlər hazırlanmalıdır.Əlil və qocalara tikilən binalar ağlabatan olmalıdırNormalarda əksini tapan ilk bəndlərdən biri son zamanlar geniş müzakirə olunan əlil şəxslərin rahat və təhlükəsiz hərəkəti ilə bağlıdır. Sənədə əsasən, yaşayış binaları, pilləkənlər, pilləkən qəfəsləri, çıxış və girişlər, dəhlizlər, açıq keçidlər, rampalar, liftlər, əlilliyi olan şəxslərin yaşadıqları mənzillərin giriş qapıları əlilliyi olan şəxslərin rahat və təhlükəsiz hərəkəti üçün ağlabatan uyğunlaşdırılmalıdır. Bununla yanaşı, məhz qocalar üçün nəzərdə tutulan yaşayış binaları doqquz mərtəbədən, əlilliyi olan şəxslərin ailələri üçün nəzərdə tutulan binalar isə beş mərtəbədən hündür olmamalıdır. Digər yaşayış binalarında isə əlilliyi olan şəxslər üçün mənzillərin birinci mərtəbədə yerləşdirilməsi tövsiyə olunur.Bunlar qadağandırSənəddə yeni tikilən və ya yenidənqurulan yaşayış binasının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində yerləşdirilməsinə yol verilməyən obyektlər barədə müddəalar təkmilləşdirilib. Qeyd edilən sahələrdə istismarı zamanı yaşayış ərazisində və ətraf mühiti çirkləndirə bilən kimyəvi və digər məmulatların ixtisaslaşdırılmış satış mağazalarının-partlayış və yanğın təhlükəli maddə və materiallar satılan, sintetik xalça məmulatlarının, avtomobil şinlərinın satışı mağazalarının, ixtisaslaşmış balıq mağazalarının fəaliyyəti qadağandır. Həmçinin müxtəlif təyinatlı anbarlar, o cümlədən topdansatış anbarları da yaşayış binasında fəaliyyət göstərə bilməz. Saat 23:00-dan sonra iş rejimi olan bütün müəssisələr və mağazaların fəaliyyətinə icazə verilmir. Tezalışan maddələrlə işləyən məişət xidməti müəssisələri, hamamlar, saunalar (mənzillərdəki fərdi saunalar istisna olmaqla), sahəsi 250 m2-dən artıq, oturacaq yerlərinin sayı 50-dən çox olan yeməkxana və istirahət müəssisələri, camaşırxana və kimyəvi təmizləmə müəssisələrinə (qəbul məntəqələri və növbədə 75 kq-a qədər istehsal gücü olan özünəxidmət camaşırxanaları istisna olmaqla) ümumi sahəsi 100 m 2- dən artıq olan avtomat telefon stansiyalarına da icazə verlmir. İctimai tualetlər, dini ayinləri keçirən müəssisələr də yaşayış binasında fəaliyyət göstərə bilməz. Binanın hüdudları daxilində və ona bitişik inşa edilmiş transformator yarımstansiyaları, istehsalat sahələri (əlilliyi olan şəxslərin və ahıl insanların əməyindən istifadə edən müəssisələr, o cümlədən quraşdırma və dekorativ işlər emalatxanaları istisna olmaqla), baytarlıq klinikaları və kabinetləri, təbii və mayeləşdirilmiş qazdan yanacaq kimi istifadə edən cihazların yerləşdirilməsinin nəzərdə tutulduğu ictimai iaşə, ticarət, məişət xidməti və digər təyinatlı obyektlərinin də yaşayış binalarında yerləşdirilməsinə yol verilməməlidir.Yaşayış binalarının məhz kürsülük və zirzəmi mərtəbələrində isə tezalışan və yanar mayelərin və mayeləşdirilmiş qazların (zirzəmilərdə isə həmçinin təbii qazların), partlayıcı maddələrin, müəyyən yanacaq materiallarının saxlanması, emal olunması və müxtəlif qurğularda istifadə olunması üçün nəzərdə tutulmuş otaqların, uşaqlar üçün məşğələ, dərnək və əyləncə otaqlarının, 50 nəfərdən çox tutumu olan zalların yerləşdirilməsinə yol verilməyəcək.Nələrə imkan verilir?Yaşayış binalarının birinci və ikinci mərtəbələrində, eləcə də hüdudları daxilində və onlara bitişik tikililərdə tutumu 150 yerdən artıq olmayan məktəbəqədər təhsil müəssisələrinin yerləşdirilməsinə yol verilir.Yaşayış binalarında, eləcə də həmin binalara bitişik tikililərdə əsaslı divarlarla ayrılmaq, müstəqil ventilyasiya, kanalizasiya sistemləri və xəstələr üçün ayrıca girişlə təchiz edilmək şərti ilə ambulator-poliklinik tibb müəssisələrinin (kabinetlərin), o cümlədən, müalicə-sağlamlıq, reabilitasiya və bərpa müəssisələrinin, həmin mərkəzlərin nəzdində gündüz stasionarlarının yerləşdirilməsinə yol verilir. Binaların zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində palatalı şöbələrin, elektrik şüası ilə müalicə şöbələrinin, doğum şöbəsinin, prosedur və həkim kabinetlərinin, dispanserlərin bütün növlərinin, travmatoloji məntəqələrin, təcili tibbi yardım yarımstansiyalarının, bakterioloji laboratoriyaların, dəri-zöhrəvi, ruhi-əsəb, yoluxucu xəstəliklər üzrə həkim qəbulu kabinetlərinin, şüa diaqnostikası kabinetlərinin (rentgen, kompüter tomoqrafiyası, nüvəmaqnit rezonans), şüa terapiyası, radioizotop diaqnostikası və müalicə şöbələrinin yerləşdirilməsinə isə yol verilmir.Sənəddə bildirilir ki, yaşayış binalarının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində və çardağında vibrasiya və səs-küy yaradan avadanlıqları olan müəssisələr yerləşdirilərkən və ya bu yerlərdə səs-küy yaradan avadanlıqlar yerləşdirilərkən "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları" nəzərə alınmaqla yerləşdirilməlidir.Normalara görə yaşayış binasının sonuncu mərtəbəsində rəssam və memarlar üçün emalatxanalar, həmçinin işçilərin sayı 5 nəfərdən çox olmayan ofis otaqları yerləşdirilməsinə yol verilir. Həmçinin hündürlüyü 28 m-dək və ən azı II odadavamlılıq dərəcəsi olan binaların mansarda mərtəbələrində ofis otaqlarının yerləşdirilməsinə yol verilir.Beşmərtəbəli binaya da lift quraşdırılmalıdırQaydalar dövlət, bələdiyyə və özəl sektora aid mənzil fondunun yaşayış binalarında mənzil və otaqların minimal ölçülərini müəyyən edir, mənzillərin yataq otaqlarının digər otağa keçid kimi layihələndirilməsinə icazə vermir. Sənəddə yaşayış binasının sərnişin liftlərinin minimal sayı və hərəkət sürətinə dair tələblər əksini tapır, liftlərin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 62-ci maddəsinin tələblərinə uyğun layihələndirilməli olduğu bildirilir. Bu isə 5 mərtəbəli yaşayış binalarında da liftin quraşdırılmasına imkan yaradır.Hər binanın öz qazanxanası olmalıdırNormalarda müsbət digər məqam uzun zamandır unudulmuş ünvan qutularının yerləşdirilməsinə dair tələblərin verilməsidir. Həmçinin yaşayış binalarının istilik və isti su təchizatının qazanxanalar vasitəsilə təmin edilməsi tövsiyyə olunur. Müstəsna hallarda, binaların mərkəzləşmiş və ya ayrıca qurulmuş istilik təchizatı sisteminə qoçulması mümkün olmadıqda isə istilik generatorları tətbiq edilməklə fərdi istilik təchizatı sisteminin nəzərdə tutulmasına yol verilir. 1, 2 və 3 otaqlı mənzillərdə ən azı bir yaşayış otağında, 4 və daha çox otaqlı mənzillərdə 2 otaqda normallaşdırılmış insolyasiya davamiyyəti təmin edilməli olduğu bildirilir.Bu binalarda kamera da quraşdırılmalıdırQaydalara görə, əhalinin sıx toplaşddığı yerlərdə təhlükəsizlik məsələlərini nəzərə alaraq mərtəbələrin sayı 4 və daha çox olan, 2 və daha çox girişli binalarda videonəzarət sistemlərinin quraşdırılması nəzərdə tutulmalıdır. Bütün bunlarla yanaşı "Yaşayış binaları. Layihələndirmə normaları"nda yanğın təhlükəsizliyinin, təxliyənin təmini, sanitariya-epidemioloji və digər aidiyyəti sahələrdə tələblər üzrə təkmilləşdirmələr aparılıb.O ki, qaldı bu qərarın artıq tikilib istifadəyə verilmiş yaşayış binalarına şamil olunub-olunmayacağına, bildirilir ki, "Yaşayış binaları. Layihələndirmə normaları" nda əks olunan tələblər istifadəyə verilmiş binlara ancaq bir halda tətbiq ediləcək. Bina, binanın aşağı mərtəbəsindəki obyektlər yenidən qurularaq istifadəyə verilərsə, yeni tələblərə uyğun olmalıdır. Buna nəzarəti isə aidiyyatı qurumlar aparacaq.Yeni sənəd tikinti maqnatlarına sərf etməyəcəkƏmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Yaşayış binaları. Layihələndirmə normaları" nın tikinti şirkətlərinin gəlirini azaldacağını söyləyir. Onun sözlərinə görə, indiyədək yaşayış binalarını inşa edən şirkətlər əsas xərclərini binanın birinci mərtəbəsini sahibkarlara satmaqla qarşılayırdılar. Yeni sənəddə yaşayış binalarının aşağı mərtəbəsində hər obyektin fəaliyyətinə icazənin verilməməsi aşağı mərtəbələrin baha qiymətə satışına mane olacaq. Bu isə tikinti şirkətinin gəlirini azaldacar. Bundan əlavə E. Fərzəliyev deyir ki, hazırda köhnə binaları söküb yerində yeni bina tikən şirkətlər də əsasən birinci və ikinci mərtəbələrin satışına görə bu layihələrə maraq göstərirdi. Bunan sonra isə köhnə binaları söküb yerində yenisini inşa etmək sahibkarlara sərfəli olmayacaq. Bütün bunlar isə mənzil bazarında qiymətləri bahalaşdıracaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42374/14/423741465_88:0:1833:1309_1920x0_80_0_0_e5e2a73d1cceff4f3afd6efc74eb13bd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
yeni yaşayış binalarında hər obyekt fəaliyyət göstərə bilməz
yeni yaşayış binalarında hər obyekt fəaliyyət göstərə bilməz
Yeni tikiləcək yaşayış binaları ilə bağlı ciddi qadağalar
Binaların aşağı mərtəbəsində və zirzəmisində yanğın təhlükəli maddə və materiallar satılan, sintetik xalça məmulatlarının, avtomobil şinlərinın satışı mağazalarının, ixtisaslaşmış balıq mağazalarının fəaliyyəti qadağandır.
BAKI, 27 dekabr — Sputnik. Bu yaxınlarda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı ilə "Yaşayış binaları. Layihələndirmə normaları" təsdiqlənib. Həmin sənəddə yaşayış binalarının tikintisi ilə bağlı bir sıra yeniliklər öz əksini tapıb. Sənəddə qeyd olunan ən maraq doğuran məqamlardan biri də yaşayış binasının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində insanlara zərərli təsir göstərən bəzi obyektlərin yerləşdirilməsinə qoyulan qadağalardır. Sənədə görə, bəzi obyektlər yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərə bilməz.
Tələblər yeni tikilən binalara aiddir
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, sənəd müvafiq sahədə mövcud olan texniki normativ hüquqi bazaya əsaslanaraq hazırlanıb və bugünki tələblərə uyğun olaraq müəyyən əlavələrin edilməsi ilə təkmilləşdirmə işləri aparılıb. Cavabda bildirilir ki, qeyd edilən normalar yenidən tikilən və hündürlüyü 75 m-dən çox olmayan çoxmənzilli yaşayış binalarının və mənzil tipli yataqxanaların, çoxfunksiyalı binaların tərkibində yaşayış sahələrinin layihələndirilməsi, həmçinin, onların istismarı, texniki yeniləşdirilməsi, yenidən qurulması və əsaslı təmiri məsələləri zamanı tətbiq ediləcək. Mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət olunmalıdır. Hündürlüyü 75 m-dən çox olan binalar üçün isə xüsusi texniki şərtlər hazırlanmalıdır.
Əlil və qocalara tikilən binalar ağlabatan olmalıdır
Normalarda əksini tapan ilk bəndlərdən biri son zamanlar geniş müzakirə olunan əlil şəxslərin rahat və təhlükəsiz hərəkəti ilə bağlıdır. Sənədə əsasən, yaşayış binaları, pilləkənlər, pilləkən qəfəsləri, çıxış və girişlər, dəhlizlər, açıq keçidlər, rampalar, liftlər, əlilliyi olan şəxslərin yaşadıqları mənzillərin giriş qapıları əlilliyi olan şəxslərin rahat və təhlükəsiz hərəkəti üçün ağlabatan uyğunlaşdırılmalıdır. Bununla yanaşı, məhz qocalar üçün nəzərdə tutulan yaşayış binaları doqquz mərtəbədən, əlilliyi olan şəxslərin ailələri üçün nəzərdə tutulan binalar isə beş mərtəbədən hündür olmamalıdır. Digər yaşayış binalarında isə əlilliyi olan şəxslər üçün mənzillərin birinci mərtəbədə yerləşdirilməsi tövsiyə olunur.
Sənəddə yeni tikilən və ya yenidənqurulan yaşayış binasının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində yerləşdirilməsinə yol verilməyən obyektlər barədə müddəalar təkmilləşdirilib. Qeyd edilən sahələrdə istismarı zamanı yaşayış ərazisində və ətraf mühiti çirkləndirə bilən kimyəvi və digər məmulatların ixtisaslaşdırılmış satış mağazalarının-partlayış və yanğın təhlükəli maddə və materiallar satılan, sintetik xalça məmulatlarının, avtomobil şinlərinın satışı mağazalarının, ixtisaslaşmış balıq mağazalarının fəaliyyəti qadağandır.
Həmçinin müxtəlif təyinatlı anbarlar, o cümlədən topdansatış anbarları da yaşayış binasında fəaliyyət göstərə bilməz. Saat 23:00-dan sonra iş rejimi olan bütün müəssisələr və mağazaların fəaliyyətinə icazə verilmir.
Tezalışan maddələrlə işləyən məişət xidməti müəssisələri, hamamlar, saunalar (mənzillərdəki fərdi saunalar istisna olmaqla), sahəsi 250 m2-dən artıq, oturacaq yerlərinin sayı 50-dən çox olan yeməkxana və istirahət müəssisələri, camaşırxana və kimyəvi təmizləmə müəssisələrinə (qəbul məntəqələri və növbədə 75 kq-a qədər istehsal gücü olan özünəxidmət camaşırxanaları istisna olmaqla) ümumi sahəsi 100 m 2- dən artıq olan avtomat telefon stansiyalarına da icazə verlmir. İctimai tualetlər, dini ayinləri keçirən müəssisələr də yaşayış binasında fəaliyyət göstərə bilməz.
Binanın hüdudları daxilində və ona bitişik inşa edilmiş transformator yarımstansiyaları, istehsalat sahələri (əlilliyi olan şəxslərin və ahıl insanların əməyindən istifadə edən müəssisələr, o cümlədən quraşdırma və dekorativ işlər emalatxanaları istisna olmaqla), baytarlıq klinikaları və kabinetləri, təbii və mayeləşdirilmiş qazdan yanacaq kimi istifadə edən cihazların yerləşdirilməsinin nəzərdə tutulduğu ictimai iaşə, ticarət, məişət xidməti və digər təyinatlı obyektlərinin də yaşayış binalarında yerləşdirilməsinə yol verilməməlidir.
Yaşayış binalarının məhz kürsülük və zirzəmi mərtəbələrində isə tezalışan və yanar mayelərin və mayeləşdirilmiş qazların (zirzəmilərdə isə həmçinin təbii qazların), partlayıcı maddələrin, müəyyən yanacaq materiallarının saxlanması, emal olunması və müxtəlif qurğularda istifadə olunması üçün nəzərdə tutulmuş otaqların, uşaqlar üçün məşğələ, dərnək və əyləncə otaqlarının, 50 nəfərdən çox tutumu olan zalların yerləşdirilməsinə yol verilməyəcək.
Yaşayış binalarının birinci və ikinci mərtəbələrində, eləcə də hüdudları daxilində və onlara bitişik tikililərdə tutumu 150 yerdən artıq olmayan məktəbəqədər təhsil müəssisələrinin yerləşdirilməsinə yol verilir.
Yaşayış binalarında, eləcə də həmin binalara bitişik tikililərdə əsaslı divarlarla ayrılmaq, müstəqil ventilyasiya, kanalizasiya sistemləri və xəstələr üçün ayrıca girişlə təchiz edilmək şərti ilə ambulator-poliklinik tibb müəssisələrinin (kabinetlərin), o cümlədən, müalicə-sağlamlıq, reabilitasiya və bərpa müəssisələrinin, həmin mərkəzlərin nəzdində gündüz stasionarlarının yerləşdirilməsinə yol verilir.
Binaların zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində palatalı şöbələrin, elektrik şüası ilə müalicə şöbələrinin, doğum şöbəsinin, prosedur və həkim kabinetlərinin, dispanserlərin bütün növlərinin, travmatoloji məntəqələrin, təcili tibbi yardım yarımstansiyalarının, bakterioloji laboratoriyaların, dəri-zöhrəvi, ruhi-əsəb, yoluxucu xəstəliklər üzrə həkim qəbulu kabinetlərinin, şüa diaqnostikası kabinetlərinin (rentgen, kompüter tomoqrafiyası, nüvəmaqnit rezonans), şüa terapiyası, radioizotop diaqnostikası və müalicə şöbələrinin yerləşdirilməsinə isə yol verilmir.
Sənəddə bildirilir ki, yaşayış binalarının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində və çardağında vibrasiya və səs-küy yaradan avadanlıqları olan müəssisələr yerləşdirilərkən və ya bu yerlərdə səs-küy yaradan avadanlıqlar yerləşdirilərkən "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları" nəzərə alınmaqla yerləşdirilməlidir.
Normalara görə yaşayış binasının sonuncu mərtəbəsində rəssam və memarlar üçün emalatxanalar, həmçinin işçilərin sayı 5 nəfərdən çox olmayan ofis otaqları yerləşdirilməsinə yol verilir. Həmçinin hündürlüyü 28 m-dək və ən azı II odadavamlılıq dərəcəsi olan binaların mansarda mərtəbələrində ofis otaqlarının yerləşdirilməsinə yol verilir.
Beşmərtəbəli binaya da lift quraşdırılmalıdır
Qaydalar dövlət, bələdiyyə və özəl sektora aid mənzil fondunun yaşayış binalarında mənzil və otaqların minimal ölçülərini müəyyən edir, mənzillərin yataq otaqlarının digər otağa keçid kimi layihələndirilməsinə icazə vermir. Sənəddə yaşayış binasının sərnişin liftlərinin minimal sayı və hərəkət sürətinə dair tələblər əksini tapır, liftlərin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 62-ci maddəsinin tələblərinə uyğun layihələndirilməli olduğu bildirilir. Bu isə 5 mərtəbəli yaşayış binalarında da liftin quraşdırılmasına imkan yaradır.
Hər binanın öz qazanxanası olmalıdır
Normalarda müsbət digər məqam uzun zamandır unudulmuş ünvan qutularının yerləşdirilməsinə dair tələblərin verilməsidir. Həmçinin yaşayış binalarının istilik və isti su təchizatının qazanxanalar vasitəsilə təmin edilməsi tövsiyyə olunur. Müstəsna hallarda, binaların mərkəzləşmiş və ya ayrıca qurulmuş istilik təchizatı sisteminə qoçulması mümkün olmadıqda isə istilik generatorları tətbiq edilməklə fərdi istilik təchizatı sisteminin nəzərdə tutulmasına yol verilir. 1, 2 və 3 otaqlı mənzillərdə ən azı bir yaşayış otağında, 4 və daha çox otaqlı mənzillərdə 2 otaqda normallaşdırılmış insolyasiya davamiyyəti təmin edilməli olduğu bildirilir.
Bu binalarda kamera da quraşdırılmalıdır
Qaydalara görə, əhalinin sıx toplaşddığı yerlərdə təhlükəsizlik məsələlərini nəzərə alaraq mərtəbələrin sayı 4 və daha çox olan, 2 və daha çox girişli binalarda videonəzarət sistemlərinin quraşdırılması nəzərdə tutulmalıdır. Bütün bunlarla yanaşı "Yaşayış binaları. Layihələndirmə normaları"nda yanğın təhlükəsizliyinin, təxliyənin təmini, sanitariya-epidemioloji və digər aidiyyəti sahələrdə tələblər üzrə təkmilləşdirmələr aparılıb.
O ki, qaldı bu qərarın artıq tikilib istifadəyə verilmiş yaşayış binalarına şamil olunub-olunmayacağına, bildirilir ki, "Yaşayış binaları. Layihələndirmə normaları" nda əks olunan tələblər istifadəyə verilmiş binlara ancaq bir halda tətbiq ediləcək. Bina, binanın aşağı mərtəbəsindəki obyektlər yenidən qurularaq istifadəyə verilərsə, yeni tələblərə uyğun olmalıdır. Buna nəzarəti isə aidiyyatı qurumlar aparacaq.
Yeni sənəd tikinti maqnatlarına sərf etməyəcək
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Yaşayış binaları. Layihələndirmə normaları" nın tikinti şirkətlərinin gəlirini azaldacağını söyləyir. Onun sözlərinə görə, indiyədək yaşayış binalarını inşa edən şirkətlər əsas xərclərini binanın birinci mərtəbəsini sahibkarlara satmaqla qarşılayırdılar.
Yeni sənəddə yaşayış binalarının aşağı mərtəbəsində hər obyektin fəaliyyətinə icazənin verilməməsi aşağı mərtəbələrin baha qiymətə satışına mane olacaq. Bu isə tikinti şirkətinin gəlirini azaldacar.
Bundan əlavə E. Fərzəliyev deyir ki, hazırda köhnə binaları söküb yerində yeni bina tikən şirkətlər də əsasən birinci və ikinci mərtəbələrin satışına görə bu layihələrə maraq göstərirdi. Bunan sonra isə köhnə binaları söküb yerində yenisini inşa etmək sahibkarlara sərfəli olmayacaq. Bütün bunlar isə mənzil bazarında qiymətləri bahalaşdıracaq.