CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah hava necə olacaq?

© Sputnik / Murad OrujovBakıda yolda avtomobil hərəkatı, arxiv şəkli
Bakıda yolda avtomobil hərəkatı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.12.2021
Abunə olmaq
Sinoptiklər meteohəssas insanlar üçün əsasən əlverişli hava şəraiti vəd edirlər.
BAKI, 27 dekabr — Sputnik. Azərbaycan ərazisində çərşənbə axşamı, dekabrın 28-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeronda gecə 1-3°, gündüz 8-11°, Bakıda gecə 1-3°, gündüz 8-10° isti olacaq.
Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70% olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.
Xəbər lenti
0