Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

İmtahan necə keçib? DİM magistraturaya qəbul üçün keçirilən sınağın nəticələrini elan etdi

© Sputnik / Murad Orujov Pandemiya zamanı imtahan
 Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan, 1920, 27.12.2021
Abunə olmaq
Bakalavrlar imtahan nəticələri barədə məlumatı, iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
BAKI, 27 dekabr — Sputnik. Dövlət İmtahan Mərkəzi dekabrın 26-da keçirilən sınaq imtahanının nəticələrini elan edib.
Sputnik Azərbaycan DİM-ə istinadla xəbər verir ki, hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.
Bakalavrlar imtahan nəticələri barədə məlumatı, iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 290 nəfərdən 13 nəfər imtahana gəlməyib.
Xatırladaq ki, imtahanda ən yüksək nəticə göstərən 25 bakalavr 2022-ci il yanvarın 17-də DİM-in Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən yeni inzibati binasında keçiriləcək "Açıq qapı" gününə dəvət olunacaq.
Görüşdə DİM-in məsul işçiləri tərəfindən bakalavrlara proqram və ixtisas seçimi ilə əlaqədar məsləhət və tövsiyələr veriləcək, onları maraqlandıran suallar cavablandırılacaq. Bakalavrlar DİM-in binasında yaradılmış və milli qiymətləndirmə sistemimizin tarixi inkişaf yolunu əks etdirən muzeylə də tanış olacaqlar.
Xəbər lenti
0