Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Goranboyda qəza: Xaricdən gətirdiyi avtomobilləri yola tökdü - Foto

© AP PhotoQəza, arxiv şəkli
Qəza, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.12.2021
Xəbərlərə abunə olun
Sürücüsü avtomobili öncə Gorançayın üzərindəki körpünün beton konstruksiyasına, daha sonra isə dəmir arakəsmələrə çırpıb.
BAKI, 27 dekabr — Sputnik. Goranboyda xarici ölkələrdən avtomobil daşıyan yük maşını qəza törədib. Sputnik Azərbaycan xəbər verir ki, hadisə zamanı sürücü yüngül xəsarət alsa da, daşıdığı avtomobillərə və yol təsərrüfatına ciddi ziyan dəyib.
© Sputnik / Rahim MammadovGoranboyda yol-nəqliyyat hadisəsi
Goranboyda yol-nəqliyyat hadisəsi - Sputnik Azərbaycan, 1920, 27.12.2021
Goranboyda yol-nəqliyyat hadisəsi
Üzərində 5 minik, 1 yük avtomobili olan iritonnajlı maşının sürücüsü idarəetməni itirərək əvvəlcə avtomobili Gorançayın üzərindəki körpünün beton konstruksiyasına, daha sonra isə dəmir arakəsmələrə çırpıb. Zərbənin gücündən avtomobillərdən biri yük maşınından aşaraq əzilib, digərləri isə zədələnib.
© Sputnik / Rahim MammadovGoranboyda yol-nəqliyyat hadisəsi
Goranboyda yol-nəqliyyat hadisəsi - Sputnik Azərbaycan, 1920, 27.12.2021
Goranboyda yol-nəqliyyat hadisəsi
Yol-nəqliyyat hadisəsi baş verən ərazidə avtomobillərin hərəkətində müəyyən çətinlik yaranıb. Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала