https://sputnik.az/20211227/dem-qazindan-zeherlenme-xaricde-tehsil-almis-azerbaycanli-telebe-niye-olub-437614325.html
Dəm qazından zəhərlənmə: Xaricdə təhsil almış azərbaycanlı tələbə niyə ölüb?
Dəm qazından zəhərlənmə: Xaricdə təhsil almış azərbaycanlı tələbə niyə ölüb?
Sputnik Azərbaycan
Elimxan Əliyev magistraturaya qəbul imtahanında 93 bal toplayaraq respublika üzrə ən yüksək nəticə göstərənlərdən biri olub. 27.12.2021, Sputnik Azərbaycan
2021-12-27T06:43+0400
2021-12-27T06:43+0400
2021-12-27T10:21+0400
azərbaycan xəbərləri
tələbə
universitet
dəm qazı
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42338/76/423387601_0:160:3073:1888_1920x0_80_0_0_9c1d8d2980bc544309275529f78dd11b.jpg
BAKI, 27 dekabr - Sputnik. Azərbaycan Universitetinin tələbəsi Elimxan Əliyev dəm qazından ölüb.Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb.Qeyd edilir ki, E.Əliyev magistraturaya qəbul imtahanında 93 bal toplayaraq respublika üzrə ən yüksək nəticə göstərənlərdən biri olub. O, 2016-cı ildə ali məktəblərə qəbul imtahanında da yüksək nəticə əldə edərək 636 balla Azərbaycan Universitetinin tədrisi ingilis dilində aparılan maliyyə ixtisasına qəbul olub. E.Əliyev 2017/2018-ci tədris ilinin yaz semestrini “Erasmus+” mübadilə proqramı çərçivəsində Almaniyanın tərəfdaş Koblenz Universitetində oxuyub.Xatırladaq ki, dekabrın -10-da Gəncədə zəhərlənmə faktı qeydə alınıb.1957-ci il təvəllüdlü X.Əliyev, 1985-ci il təvəllüdlü E.Əliyeva və 2008-ci il təvəllüdlü X.Əliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.Xəstələrə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.İlkin məlumata görə, onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.Dekabrın 7-nə olan statistikaya görə, son bir ayda Kliniki Tibbi Mərkəzə (KTM) dəm qazından zəhərlənmə faktı ilə bağlı 30 nəfər müraciət edib.KTM-dən bildirilib ki, havaların soyuması ilə əlaqədar son zamanlar dəm qazından zəhərlənmə halları çoxalıb və bu səbəbdən də əhalini ehtiyatlı olmağa çağırırlar. Dəm qazından zəhərlənmə əlamətləri əsasən bunlardır: Başgicəllənmə, başağrısı, ürəkbulanma, qulaqlarda küy, qusma, yuxululuq, müvazinətin itməsi, sayıqlama, hallüsinasiyalar, qıcolma tutmaları və s.Dəm qazından zəhərlənmə zamanı ilkin təcili yardım gələnədək bəzi tədbirlərin görülməsi kritik vəziyyətin qarşısını ala bilər. Dəm qazından zəhərlənən şəxsi təmiz havaya çıxarmaqla yanaşı, ağız boşluğunu selikdən təmizləmək, nəfəs almasını bərpa etmək və lazım gələrsə, süni nəfəs vermək lazımdır. Lakin bütün hallarda xəstənin xəstəxanaya çatdırılması, həkim nəzarətinə götürülməsi mütləqdir.Həmçinin oxuyun:Son bir ayda otuz nəfər dəm qazından zəhərlənib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42338/76/423387601_170:0:2901:2048_1920x0_80_0_0_b11811ee89448c12cf8e57cb6f0982a0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yüksək balla universitetə qəbul olmunmuş tələbə öldü
yüksək balla universitetə qəbul olmunmuş tələbə öldü
Dəm qazından zəhərlənmə: Xaricdə təhsil almış azərbaycanlı tələbə niyə ölüb?
06:43 27.12.2021 (Yenilənib: 10:21 27.12.2021) Elimxan Əliyev magistraturaya qəbul imtahanında 93 bal toplayaraq respublika üzrə ən yüksək nəticə göstərənlərdən biri olub.
BAKI, 27 dekabr - Sputnik. Azərbaycan Universitetinin tələbəsi Elimxan Əliyev dəm qazından ölüb.
Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb.
Qeyd edilir ki, E.Əliyev magistraturaya qəbul imtahanında 93 bal toplayaraq respublika üzrə ən yüksək nəticə göstərənlərdən biri olub.
O, 2016-cı ildə ali məktəblərə qəbul imtahanında da yüksək nəticə əldə edərək 636 balla Azərbaycan Universitetinin tədrisi ingilis dilində aparılan maliyyə ixtisasına qəbul olub.
E.Əliyev 2017/2018-ci tədris ilinin yaz semestrini “Erasmus+” mübadilə proqramı çərçivəsində Almaniyanın tərəfdaş Koblenz Universitetində oxuyub.
Xatırladaq ki, dekabrın -10-da Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
1957-ci il təvəllüdlü X.Əliyev, 1985-ci il təvəllüdlü E.Əliyeva və 2008-ci il təvəllüdlü X.Əliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Xəstələrə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.
İlkin məlumata görə, onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Dekabrın 7-nə olan statistikaya görə, son bir ayda Kliniki Tibbi Mərkəzə (KTM) dəm qazından zəhərlənmə faktı ilə bağlı 30 nəfər müraciət edib.
KTM-dən bildirilib ki, havaların soyuması ilə əlaqədar son zamanlar dəm qazından zəhərlənmə halları çoxalıb və bu səbəbdən də əhalini ehtiyatlı olmağa çağırırlar.
Dəm qazından zəhərlənmə əlamətləri əsasən bunlardır: Başgicəllənmə, başağrısı, ürəkbulanma, qulaqlarda küy, qusma, yuxululuq, müvazinətin itməsi, sayıqlama, hallüsinasiyalar, qıcolma tutmaları və s.
Dəm qazından zəhərlənmə zamanı ilkin təcili yardım gələnədək bəzi tədbirlərin görülməsi kritik vəziyyətin qarşısını ala bilər. Dəm qazından zəhərlənən şəxsi təmiz havaya çıxarmaqla yanaşı, ağız boşluğunu selikdən təmizləmək, nəfəs almasını bərpa etmək və lazım gələrsə, süni nəfəs vermək lazımdır. Lakin bütün hallarda xəstənin xəstəxanaya çatdırılması, həkim nəzarətinə götürülməsi mütləqdir.