Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanda polis gücləndirilmiş iş rejiminə keçir

© Sputnik / Murad OrujovBakıda polis əməkdaşı, arxiv şəkli
Bakıda polis əməkdaşı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.12.2021
Abunə olmaq
Nazirliyin bütün orqan və hissələrinin şəxsi heyətinə tapşırıqlar verilib.
BAKI, 27 dekabr — Sputnik. Polis bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) məlumatına istinadla xəbər verir ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar nazirliyin bütün orqan və hissələrinin şəxsi heyətinə ictimai asayişin və təhlükəsizliyin daha da nümunəvi təmin edilməsi üçün tapşırıqlar verilib.
Qeyd edək ki, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə bağlı 2021-ci il dekabrın 31-dən 2022-ci il yanvarın 4-dək qeyri-iş günləri elan olunub.
Xəbər lenti
0