Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan Müdafiə sənayesi naziri medallar verəcək

© AP Photo / Evan VucciSənədin imzalanması, arxiv şəkli
Sənədin imzalanması, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.12.2021
Abunə olmaq
Hər iki medalla təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinə verilir.
BAKI, 27 dekabr — Sputnik. "Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı və "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005 – 2020)" Azərbaycan Respublikasının yubiley medalı təsis olunub.
Bununla əlaqədar Prezident İlham Əliyev "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, hər iki medalın təsviri təsdiq olunub.
Sənədə görə, hər iki medalla təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinə verilir.
Xəbər lenti
0