https://sputnik.az/20211227/avtoxuliqanliqla-bagli-videolarini-sosial-sebekede-yerlesdirenlere-inzibati-ceza---foto-437628793.html
Avtoxuliqanlıqla bağlı videolarını sosial şəbəkədə yerləşdirənlərə inzibati cəza - FOTO
Avtoxuliqanlıqla bağlı videolarını sosial şəbəkədə yerləşdirənlərə inzibati cəza - FOTO
Sputnik Azərbaycan
Keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhərində yaşayan Rəşad Abasov və Kamran Nəbiyev müəyyən edilərək saxlanılıblar. 27.12.2021, Sputnik Azərbaycan
2021-12-27T22:10+0400
2021-12-27T22:10+0400
2021-12-27T22:10+0400
xuliqan
cəmiyyət
cinayət məcəlləsi
binəqədi rayon polis idarəsi
avtoxuliqan
inzibat xətalar məcəlləsi
https://cdnn1.img.sputnik.az/img/42395/15/423951585_0:0:3077:1731_1920x0_80_0_0_c989386770c2989790d674acd57d401f.jpg
BAKI, 27 dekabr — Sputnik. Bakı şəhərində avtoxuliqanlıq edərək digər yol hərəkəti iştirakçılarının həyatına real təhlükə yaradan, həmin videogörüntüləri sosial şəbəkələrdə yerləşdirən, polisin qanuni tələbini yerinə yetirməyən, sükan arxasında sərxoş vəziyyətdə avtomobil idarə edən 2 sürücü müəyyən edilərək saxlanılıb, barələrində müvafiq rayon məhkəmələri tərəfindən həbs inzibati tənbeh tədbiri tətbiq olunub.Sputnik Azərbaycan DİN-ə istinadla xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini Kamran Nəbiyev tibbi müayinədən keçirilərkən onun narkotik vasitə istifadə etməsi aşkar edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə protokol tərtib edilib.Sabunçu rayon məhkəməsinin qərarı ilə K.Nəbiyev 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 1 ay 10 gün müddətinə inzibati qaydada həbs edilib.Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhərində yaşayan Rəşad Abasov müəyyən edilərək saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3 (Avtoxuliqanlıq) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə protokol tərtib edilib.Binəqədi rayon məhkəməsinin qərarı ilə R.Abasov 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 15 gün inzibati qaydada həbs edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42395/15/423951585_83:0:2812:2047_1920x0_80_0_0_cc88516b425eab44bc9d2f049cd50451.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avtoxuliqanlıq edib video çəkirdilər bu da aqibətləri
avtoxuliqanlıq edib video çəkirdilər bu da aqibətləri
Avtoxuliqanlıqla bağlı videolarını sosial şəbəkədə yerləşdirənlərə inzibati cəza - FOTO
Keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhərində yaşayan Rəşad Abasov və Kamran Nəbiyev müəyyən edilərək saxlanılıblar.
BAKI, 27 dekabr — Sputnik. Bakı şəhərində avtoxuliqanlıq edərək digər yol hərəkəti iştirakçılarının həyatına real təhlükə yaradan, həmin videogörüntüləri sosial şəbəkələrdə yerləşdirən, polisin qanuni tələbini yerinə yetirməyən, sükan arxasında sərxoş vəziyyətdə avtomobil idarə edən 2 sürücü müəyyən edilərək saxlanılıb, barələrində müvafiq rayon məhkəmələri tərəfindən həbs inzibati tənbeh tədbiri tətbiq olunub.
Sputnik Azərbaycan DİN-ə istinadla xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini Kamran Nəbiyev tibbi müayinədən keçirilərkən onun narkotik vasitə istifadə etməsi aşkar edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə protokol tərtib edilib.
Sabunçu rayon məhkəməsinin qərarı ilə K.Nəbiyev 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 1 ay 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhərində yaşayan Rəşad Abasov müəyyən edilərək saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3 (Avtoxuliqanlıq) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə protokol tərtib edilib.
Binəqədi rayon məhkəməsinin qərarı ilə R.Abasov 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 15 gün inzibati qaydada həbs edilib.