DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Pfizer şirkəti COVID-19-a qarşı yeni peyvənd hazırlayıb: İlk partiya İsrailə gedəcək

© AP Photo / Ted S. WarrenYeniyetmənin vaksinasiyası, arxiv şəkli
Yeniyetmənin vaksinasiyası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.12.2021
Abunə olmaq
İsrail Səhiyyə Nazirliyi ilə Pfizer şirkəti arasında “Paxlovid”in alınması ilə bağlı müqavilə imzalanıb. Yaxın günlərdə preparatın İsrailə göndərilməsi gözlənilir.
BAKI, 26 dekabr - Sputnik. İsrail Səhiyyə Nazirliyi ABŞ-ın Pfizer şirkəti tərəfindən COVID-19-a qarşı hazırlanan “Paxlovid” dərmanından ölkədə istifadəsinə icazə verib.
Nazirliyin mətbuat xidməti bildirib ki, artıq Səhiyyə Nazirliyi ilə Pfizer şirkəti arasında “Paxlovid”in alınması ilə bağlı müqavilə imzalanıb. Yaxın günlərdə preparatın İsrailə göndərilməsi gözlənilir.
Qeyd edək ki, “Paxlovid” yüngül və orta dərəcəli koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulub.
Dünyada nə qədər adama peyvənd vurulub?
Bu günə qədər 184 ölkədə COVID-19-a qarşı 8,95 milyarddan çox peyvənd vurulub. Bu barədə “Bloomberg”in təqdim etdiyi hesablamalarda öz əksini tapıb.
Bildirilib ki, bəşər tarixində ən böyük peyvənd kampaniyası ümumilikdə 8,95 milyard doza ilə davam edir: “Bu, hər 100 nəfər üçün 116 doza deməkdir. Hazırda orta peyvəndləmə dərəcəsi gündə 43,4 milyon dozadır.
Mütəxəssislərin fikrincə, həyatın normala dönməsi üçün əhalinin təxminən 75%-nin peyvənd edilməsi lazımdır. Artıq 38 ölkədə insanların 75%-i peyvəndin ən azı bir dozası ilə peyvənd olunub”.
Məlumatda daha sonra vurğulanıb ki, müxtəlif regionlarda peyvəndləmə prosesi hələ də qeyri-bərabər aparılır: “Yüksək gəlirli ölkələr aşağı gəlirli ölkələrlə müqayisədə 10 dəfə çox peyvəndləmə edirlər. Çində 2,7 milyard peyvənd edilib - sakinlərin 88,6%-i ən azı bir doza qəbul edib, 85,2%-i prosesi tamamlayıb. ABŞ-da 61,7%, Fransada - 79,6%, Almaniyada - 70,9%, Böyük Britaniyada - 70,7% tam peyvənd olunub. Eyni zamanda, Konqo Demokratik Respublikasında - 0,1%, Çadda - 0,5%, Haitidə - 0,6%, Yəməndə - 1,2%. Rusiyada 143,69 milyon peyvənd edilib, əhalinin 44,4%-i tam peyvənd olunub”.
Qeyd edək ki, Con Hopkins Universitetinin məlumatına görə, pandemiyanın başladığı gündən dünyada 279,55 milyon insan koronavirusa yoluxub, 5,4 milyon nəfər ölüb. Bu göstəricilərə görə, ABŞ birinci yerdədir: ölkədə 52 milyon yoluxma, 816,5 min ölüm qeydə alınıb.
Eləcə də oxuyun:
SARS-CoV-2 virusu hansı orqanlarda yaşayır və bədəndə nə qədər qalır? Şok araşdırma
ÜST-dən SOS: "Delta" ştammı uşaqlar üçün daha təhlükəlidir!
İlk dəfə açıqlandı: "Pfizer", "Sinovac"dan 10 dəfə daha artıq anticisim yaradır
Koronavirussuz səyahət: hələlik PZR testlə, tezliklə peyvənd pasportu ilə
Azərbaycanda qeydə alınan "Delta" ştammının təhlükəsi - TƏBİB rəsmisi açıqladı
Xəbər lenti
0