https://sputnik.az/20211226/bmt-qeddafinin-oglunun-liviya-prezidentliyine-namizedliyine-hormetle-yanasilmasini-isteyir-437608960.html
BMT Qəddafinin oğlunun Liviya prezidentliyinə namizədliyinə hörmətlə yanaşılmasını istəyir
BMT Qəddafinin oğlunun Liviya prezidentliyinə namizədliyinə hörmətlə yanaşılmasını istəyir
Sputnik Azərbaycan
BMT baş katibinin xüsusi müşaviri deyib ki, Liviyanın suveren hüququna və Liviyanın məhkəmə sisteminin müstəqilliyinə istisnasız olaraq hamı tərəfindən hörmət... 26.12.2021, Sputnik Azərbaycan
2021-12-26T19:01+0400
2021-12-26T19:01+0400
2021-12-26T19:02+0400
dünya xəbərləri
prezident
seyfülislam qəddafi
bmt
liviya
qəddafi
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/11/437324773_0:0:1024:577_1920x0_80_0_0_82a1243642cf27c2d8501cd2e6fa52d8.jpg
BAKI, 26 dekabr - Sputnik. Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslamın prezident seçkilərində iştirakına icazə verilməsi ilə bağlı qərar yalnız Liviya və onun məhkəmə sisteminin işidir.Bu barədə Liviyanın Afrigate xəbər portalı BMT baş katibinin Liviya üzrə xüsusi müşaviri Stefani Uilyamsa istinadən məlumat verib.Stefani Uilyams deyib:O əlavə edib ki, namizədlərin həm prezident, həm də parlament seçkilərində iştirakının legitimliyi ilə bağlı qərar Liviyanın suveren məsələsidir və Liviya məhkəmə sisteminin səlahiyyətlərinə aiddir.BMT baş katibinin xüsusi müşaviri vurğulayıb ki, Liviyanın suveren hüququna və Liviyanın məhkəmə sisteminin müstəqilliyinə istisnasız olaraq hamı tərəfindən hörmət edilməlidir.Dekabrın 22-də Liviya Ali Seçki Komissiyası dekabrın 24-nə təyin edilmiş seçkilərin təxirə salındığını rəsmən elan edib. Yeni prezident seçkilərinin birinci turunun 2022-ci il yanvarın 24-də keçirilməsini tövsiyə edilib.APA xəbər verir ki, Liviya Ali Seçki Komitəsinin qeydinə görə, ölkədə parlament və prezident seçkilərinin yeni şərtləri ilə bağlı yekun qərarı Liviya Nümayəndələr Palatası (parlament) verməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/11/437324773_0:0:1024:768_1920x0_80_0_0_86d1d3a2f56dffbbf150958e5aea6dc5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident, seyfülislam qəddafi, bmt, liviya, qəddafi
prezident, seyfülislam qəddafi, bmt, liviya, qəddafi
BMT Qəddafinin oğlunun Liviya prezidentliyinə namizədliyinə hörmətlə yanaşılmasını istəyir
19:01 26.12.2021 (Yenilənib: 19:02 26.12.2021) BMT baş katibinin xüsusi müşaviri deyib ki, Liviyanın suveren hüququna və Liviyanın məhkəmə sisteminin müstəqilliyinə istisnasız olaraq hamı tərəfindən hörmət edilməlidir.
BAKI, 26 dekabr - Sputnik. Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslamın prezident seçkilərində iştirakına icazə verilməsi ilə bağlı qərar yalnız Liviya və onun məhkəmə sisteminin işidir.
Bu barədə Liviyanın Afrigate xəbər portalı BMT baş katibinin Liviya üzrə xüsusi müşaviri Stefani Uilyamsa istinadən məlumat verib.
“Seif əl-İslam Qəddafinin prezidentliyə namizəd kimi iştirakı ilə bağlı qərar yalnız Liviya məsələsidir".
O əlavə edib ki, namizədlərin həm prezident, həm də parlament seçkilərində iştirakının legitimliyi ilə bağlı qərar Liviyanın suveren məsələsidir və Liviya məhkəmə sisteminin səlahiyyətlərinə aiddir.
BMT baş katibinin xüsusi müşaviri vurğulayıb ki, Liviyanın suveren hüququna və Liviyanın məhkəmə sisteminin müstəqilliyinə istisnasız olaraq hamı tərəfindən hörmət edilməlidir.
Dekabrın 22-də Liviya Ali Seçki Komissiyası dekabrın 24-nə təyin edilmiş seçkilərin təxirə salındığını rəsmən elan edib. Yeni prezident seçkilərinin birinci turunun 2022-ci il yanvarın 24-də keçirilməsini tövsiyə edilib.
APA xəbər verir ki, Liviya Ali Seçki Komitəsinin qeydinə görə, ölkədə parlament və prezident seçkilərinin yeni şərtləri ilə bağlı yekun qərarı Liviya Nümayəndələr Palatası (parlament) verməlidir.