Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Şaxta, yağıntı, nəqliyyatın hərəkəti - yollarda vəziyyət

YOl - Sputnik Azərbaycan, 1920, 24.12.2021
Abunə olmaq
Şaxtalı və yağıntılı hava şəraiti ilə əlaqədar Azərbaycan yollarında mövcud vəziyyət açıqlanıb.
BAKI, 24 dekabr — Sputnik. Hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının vəziyyəti açıqlanıb. Sputnik Azərbaycan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən müxtəlif yollardakı vəziyyəti təqdim edir:
"Zəfər Yolu"
Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Toğanalı-Kəlbəcər-İstisu
Yolun Murovdağdan keçən hissəsində gecə saatlarında zəif qar yağıb, hazırda yağıntı yoxdur. Qarın hündürlüyü yoldan kənarlarda 35-40 sm təşkil edir, 17-22 dərəcə şaxta var, yolda buzlaşma əmələ gəlib. Gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri görülüb, qum-duz səpilib. Hazırda bununla bağlı müvafiq tədbirlər davam etdirilir. Şinləri zəncirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Xınalıq yolu
Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi Siyəzən, Şabran, Quba və Qusar rayonları ərazisində yağıntı yoxdur, 2-4 dərəcə şaxta var, yollara qum-duz səpilib. Xınalıq yolunda 10-12 sm qar yağıb, yol qardan təmizlənib, qum-duz səpilib. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Giləzi - Xızı
3-5 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yola qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı - Qobustan
Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Qobustan - Şamaxı - Muğanlı
Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Muğanlı - Ağsu - Yevlax
Yağıntı yoxdur, Muğanlı ərazisində 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Muğanlı - İsmayıllı
Yağıntı yoxdur, 4 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
İsmayıllı - Qəbələ - Oğuz- Şəki
Yağıntı yoxdur, 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Şəki - Qax - Zaqatala - Gürcüstan Respublikası ilə dövlət sərhədi
Marşrut boyu yağıntı yoxdur, 3-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Yevlax - Şəki (Göybulaq)
Yağıntı yoxdur, Şəki rayonu ərazisində 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Şəmkir - Gədəbəy
Yağıntı yoxdur, yolun bəzi hissələrində buzlaşma əmələ gəlib, qum-duz səpilib. Şəmkir rayonu ərazisində 5-6 dərəcə, Gədəbəy rayonu ərazisində 10-12 dərəcə şaxta var. Yollarda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Gəncə - Daşkəsən - Xoşbulaq
Marşrut boyu 3-5 sm qalınlığında qar yağır, yolun bəzi hissələrində buzlaşma əmələ gəlib, qum-duz səpilib. Şaxta 10 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Ələt - Astara - İran İslam Respublikası ilə dövlət sərhədi
Marşrut boyu sulu qar yağır, şaxta yoxdur. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Masallı – Yardımlı
Yardımlı rayonu ərazisində qar yağır, örtüyün qalınlığı 5-6 sm-dir, 2-3 dərəcə şaxta var. Yol qardan təmizlənir, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Masallı rayonu qar yağır, şaxta yoxdur.
Lənkəran – Lerik
Lerik rayonu ərazisində qar yağır, 6-7sm, 4-5 dərəcə şaxta var. Yol qardan təmizlənir, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Lənkəran rayonu qar yağır, şaxta yoxdur.
Bakı - Ələt - Hacıqabul
Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Hacıqabul - Ucar - Yevlax
Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Yevlax - Gəncə - Qazax - Gürcüstan Respublikası ilə dövlət sərhədi
Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Hacıqabul – Bəhramtəpə – Horadiz
Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Xəbər lenti
0