QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Prezident və ailəsi Şuşada dua etdilər - VİDEO

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada olublar
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada olublar - Sputnik Azərbaycan, 1920, 24.12.2021
Abunə olmaq
Birinci Vitse-prezidenti Mehriban Əliyeva Şuşadakı Yuxarı Gövhər Ağa məscidində Prezident və ailə üzvlərinin dua etməsinin görüntülərini paylaşıb.
BAKI, 24 dekabr - Sputnik. Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Şuşadakı Yuxarı Gövhər Ağa məscidindən videogörüntü paylaşıb.
Paylaşımda bu sözlər yer alıb: “Allah bütün duaları qəbul etsin və öz mərhəmətini xalqımızdan əsirgəməsin!”.
Videoda Prezident və ailə üzvlərinin Yuxarı Gövhər Ağa məscidində dua edərkən çəkilmiş kadrları yer alıb.
Qeyd edək ki, bu gün İlham Əliyevin 60 yaşı tamam olur. O, ad gününü ailə üzvləri ilə birlikdə Şuşada qeyd edib.
Ulu öndərimiz Heydər Əliyevin davamçısı İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilib.
Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci ildə yenidən prezident seçilən Əliyev 2013-cü ildə üçüncü müddətə prezident seçilib.
2018-ci ildə səslərin 86,03% -ni toplayaraq dördüncü müddətə Azərbaycan Respublikasının prezidenti seçilmiş və hazırda prezident vəzifəsini icra edir.
Həmçinin baxın:
Mehriban Əliyevadan İlham Əliyevlə bağlı maraqlı paylaşım - VİDEO
Xəbər lenti
0