SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Mehriban Əliyevadan İlham Əliyevlə bağlı maraqlı paylaşım - VİDEO

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada olublar
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada olublar - Sputnik Azərbaycan, 1920, 24.12.2021
Abunə olmaq
Videoda Prezident İlham Əliyevin turnikdə dartındığı əks olunub. O, sonra üzünü kameraya tutaraq fəxrlə 60 yaşda 15 dəfə dartındığını söyləyir.
BAKI, 24 dekbar - Sputnik. Birinci Vitse-prezident Mehriban Əliyeva öz Instagram səhifəsində prezident İlham Əliyevlə bağlı video paylaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, videoda Prezident İlham Əliyevin turnikdə dartındığı əks olunub. O, dartındıqdan sonra üzünü kameraya tutaraq "Düz 15 dəfə, özü də 60 yaşında" deyir.
Qeyd edək ki, bu gün İlham Əliyevin 60 yaşı tamam olur. O, ad gününü ailə üzvləri ilə birlikdə Şuşada qeyd edib.
Ulu öndərimiz Heydər Əliyevin davamçısı İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilib.
Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci ildə yenidən prezident seçilən Əliyev 2013-cü ildə üçüncü müddətə prezident seçilib.
2018-ci ildə səslərin 86,03% -ni toplayaraq dördüncü müddətə Azərbaycan Respublikasının prezidenti seçilmiş və hazırda prezident vəzifəsini icra edir.
Xəbər lenti
0