https://sputnik.az/20211224/deputatlar-prezident-lham-eliyeve-tebrik-mektubu-hazirlayiblar-437553100.html
Deputatlar Prezident İlham Əliyevə təbrik məktubu hazırlayıblar
Deputatlar Prezident İlham Əliyevə təbrik məktubu hazırlayıblar
Sputnik Azərbaycan
Ötən 18 ildə əldə olunmuş nailiyyətləri qeyd edərkən 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbə xüsusi vurğulanmalıdır 24.12.2021, Sputnik Azərbaycan
2021-12-24T12:36+0400
2021-12-24T12:36+0400
2021-12-24T12:36+0400
azərbaycan xəbərləri
deputat
milli məclis
prezident ilham əliyev
təbrik
məktub
https://cdnn1.img.sputnik.az/img/07e5/03/11/426485595_0:113:1280:833_1920x0_80_0_0_222ffdf6c18c3248b7aa5cd8c76bf7d4.jpg
BAKI, 24 dekabr — Sputnik. Milli Məclis deputatları adından Prezident İlham Əliyevə təbrik məktubu hazırlanıb.Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün də həyata keçirilən islahatlar Azərbaycanın dayanıqlı inkişafını təmin edir: "Ötən 18 ildə əldə olunmuş nailiyyətləri qeyd edərkən 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbə xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyev həm də ulu öndər Heydər Əliyevin vəziyyətini yerinə yetirdi. Torpaqlarımızın işğaldan azad edilməsindən həmən sonra orada bərpa və quruculuq işlərinə start verilib. Həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası Azərbaycan iqtisadiyyatının inkişafına da böyük təkan verəcək. Zəngəzur dəhlizi layihəsi nəinki region, Avropa ölkələri üçün də geniş imkan açacaq. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında düşməni diz çökdürən Azərbaycan Ordusu üzərinə düşən vəzifələri yerinə yetirməyə daim hazırdır".Spiker ölkənin inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın da xüsusi rolu olduğunu vurğulayıb: "Prezident İlham Əliyevin humanitar siyasəti də əksər ölkələr üçün nümunə sayıla bilər. Şəhid ailələrinin, Vətən müharibəsi qazilərinin daim diqqət mərkəzində saxlanılması, aztəminatlı ailələrin, sosial müdafiəyə ehtiyacı olan bütün şəxslərin dövlət qayğısı ilə əhatə olunmaları bu siyasətin nə qədər geniş dairəni əhatə etdiyini göstərir. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, ölkəmizin bu sahədə qazandığı nailiyyətlərdə Azərbaycanın Birinci Vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın da böyük rolu var. Onun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən mühüm layihələr ölkəmizdə təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin inkişafına, ölkəmizin beynəlxalq miqyasda təbliğ olunmasına mühüm töhfələr verib".Məlumat üçün bildirək ki, bu gün Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin doğum günüdür.Ulu öndər Heydər Əliyevin davamçısı İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilib.Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci ildə yenidən prezident seçilən Əliyev 2013-cü ildə üçüncü müddətə prezident seçilib.2018-ci ildə səslərin 86,03% -ni toplayaraq dördüncü müddətə Azərbaycan Respublikasının prezidenti seçilmiş və hazırda prezident vəzifəsini icra edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/11/426485595_101:0:1265:873_1920x0_80_0_0_8ae5809488969a8ccd6604ca717c8dd7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
deputatlar prezident ilham əliyevə təbrik məktubu hazırlayıblar yubiley
deputatlar prezident ilham əliyevə təbrik məktubu hazırlayıblar yubiley
Deputatlar Prezident İlham Əliyevə təbrik məktubu hazırlayıblar
Ötən 18 ildə əldə olunmuş nailiyyətləri qeyd edərkən 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbə xüsusi vurğulanmalıdır
BAKI, 24 dekabr — Sputnik. Milli Məclis deputatları adından Prezident İlham Əliyevə təbrik məktubu hazırlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün də həyata keçirilən islahatlar Azərbaycanın dayanıqlı inkişafını təmin edir: "Ötən 18 ildə əldə olunmuş nailiyyətləri qeyd edərkən 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbə xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyev həm də ulu öndər Heydər Əliyevin vəziyyətini yerinə yetirdi. Torpaqlarımızın işğaldan azad edilməsindən həmən sonra orada bərpa və quruculuq işlərinə start verilib. Həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası Azərbaycan iqtisadiyyatının inkişafına da böyük təkan verəcək. Zəngəzur dəhlizi layihəsi nəinki region, Avropa ölkələri üçün də geniş imkan açacaq. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında düşməni diz çökdürən Azərbaycan Ordusu üzərinə düşən vəzifələri yerinə yetirməyə daim hazırdır".
Spiker ölkənin inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın da xüsusi rolu olduğunu vurğulayıb: "Prezident İlham Əliyevin humanitar siyasəti də əksər ölkələr üçün nümunə sayıla bilər. Şəhid ailələrinin, Vətən müharibəsi qazilərinin daim diqqət mərkəzində saxlanılması, aztəminatlı ailələrin, sosial müdafiəyə ehtiyacı olan bütün şəxslərin dövlət qayğısı ilə əhatə olunmaları bu siyasətin nə qədər geniş dairəni əhatə etdiyini göstərir. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, ölkəmizin bu sahədə qazandığı nailiyyətlərdə Azərbaycanın Birinci Vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın da böyük rolu var. Onun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən mühüm layihələr ölkəmizdə təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin inkişafına, ölkəmizin beynəlxalq miqyasda təbliğ olunmasına mühüm töhfələr verib".
Məlumat üçün bildirək ki, bu gün Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin doğum günüdür.
Ulu öndər Heydər Əliyevin davamçısı İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilib.
Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci ildə yenidən prezident seçilən Əliyev 2013-cü ildə üçüncü müddətə prezident seçilib.
2018-ci ildə səslərin 86,03% -ni toplayaraq dördüncü müddətə Azərbaycan Respublikasının prezidenti seçilmiş və hazırda prezident vəzifəsini icra edir.