CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu tarixlərdə Bakıda hava kəskin dəyişəcək

© Sputnik / Murad OrujovBakıda qarlı hava
Bakıda qarlı hava - Sputnik Azərbaycan, 1920, 24.12.2021
Abunə olmaq
Bakıda və bölgələrdə küləyin arabir güclənəcəyi gözlənilir. Şənbə günü isə qar yağacağı barədə məlumat verilib.
BAKI, 24 dekabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Xidmətdən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 25-i axşamdan 27-si səhərədək cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında dekabrın 25-dən 28-dək cənub-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycan ərazisində şənbə günü, dekabrın 25-də gözlənilən hava şəraiti haqda məlumat açıqlanıb.
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-şərq küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3°, gündüz 6-8°, Bakıda gecə 1-3°, gündüz 6-8° isti olacaq.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90% olacaq.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 4-8° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-18° şaxta, gündüz 2-7° şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Xəbər lenti
0