CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda yenə qar yağacaqmı? - Şənbə gününün havası

© Sputnik / СтрингерSoyuq hava
Soyuq hava - Sputnik Azərbaycan, 1920, 24.12.2021
Abunə olmaq
Sinoptiklər meteohəssas insanlar üçün əlverişli hava şəraiti proqnozlaşdırırlar. Bəzi yerlərdə yollar buz bağlayacaq.
BAKI, 24 dekabr — Sputnik. Azərbaycan ərazisində şənbə günü, dekabrın 25-də gözlənilən hava şəraiti haqda məlumat açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-şərq küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3°, gündüz 6-8°, Bakıda gecə 1-3°, gündüz 6-8° isti olacaq.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90% olacaq.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 4-8° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-18° şaxta, gündüz 2-7° şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Xəbər lenti
0