Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Avropa İttifaqı Rusiyanı necə dağıtmaq istəyir

© AP Photo / Vadim GhirdaAvropa İttifaqı bayrağı
Avropa İttifaqı bayrağı - Sputnik Azərbaycan, 1920, 24.12.2021
Abunə olmaq
Avropa Komissiyasının rəsmi portalında bloger Jozep Borrelin "Şərqin güc siyasətini necə cilovlaya bilərik?" başlıqlı məqaləsi yayımlanıb.
BAKI, 24 dekabr — Sputnik. Jozep Borrel Avropa İttifaqının (Aİ) xarici məsələlər və təhlükəsizlik üzrə ali nümayəndəsidir (o eyni zamanda, Avropa Komissiyası sədrinin müavinidir), o, ümum-Avropa diplomatiyasına rəhbərlik etməklə yanaşı, həm də blogerdir. Yəni, ara-sıra yazır.
Bu günlərdə Avropa Komissiyasının rəsmi portalında bloger Borrelin "Şərqin güc siyasətini necə cilovlaya bilərik?" başlıqlı məqaləsi yayımlanıb.
Məqalə müəllifi Şərq deyəndə, "cilovlamaq" niyyətində olduğu Rusiyanı nəzərdə tutur.
Jozep Borrel diplomat kostyumunu sirk heyvan təlimçisi geyiminə dəyişərək, eyni zamanda, danışıq tonunu və müzakirə leksikasını da dəyişib.
Özünüz nəticə çıxarın: "Biz bu gün Rusiyanın təhdid və şantajdan ibarət hibrid siyasət yürütdüyünün şahidi oluruq və baş verənlərin qarşısında öz hərəkət və qərarlarımızda möhkəm və yekdil olmağa məcburuq".
Beləliklə də, birləşmiş Avropa Rusiyanı rəqib kimi qələmə vermir. Aİ Rusiyanı düşmən adlandırır.
Borrel maraqlı sürprizlərlə zəngin olan məqaləsində Paris xartiyasını yada salır, özü də həddən artıq müsbət tonla: onun fikrincə, "Avropanın hazırkı təhlükəsizlik sistemi"inin konturları məhz həmin vaxt cızılıb.
Əslində, Paris xartiyası tamamilə başqa səbəbdən Jozep Borrelin xoşuna gəlir: həmin sənəddə soyuq müharibənin başa çatması rəsmi şəkildə öz əksini tapmışdı.
Qeyri-rəsmi şəkildə isə qaliblərin adı çəkilir (kollektiv Qərb, NATO ölkələri və Aİ) və məğlub göstərilirdi, bu isə Sovet İttifaqı idi.
Növbəti mərhələ Maastrixt (SSRİ-nin dağılması artıq geosiyasi məsələ olmaqdan çıxıb siyasi-texnoloji məsələyə dönmüşdü) sazişinin imzalanması oldu.
Elə məhz oradaca Rusiyanı, onların təbirincə desək, "təsir sahələrindən" necə məhrum etməyin ilk konturları cızılmağa başlanırdı.
Hamıdan əvvəl bıçağın altına, bu sözün həqiqi mənasında, Yuqoslaviya göndərildi. On minlərlə qurban, qan gölü, dəhşətli əzablar, beynəlxalq hüququn bütün normalarının pozulması... Ancaq ortada belə məqsədlər varsa, onlar hər bir vasitəyə əl ata bilərlər.
Praktiki olaraq paralel şəkildə, elə həmin vasitələrlə də SSRİ-ni dağıtdılar (ruslar millət kimi parçalansalar da bu fəlakəti layiqli şəkildə qarşılamaq üçün özlərində güc tapdılar, əyilmədən, tələb olunan alicənablıqla nəhəng ölkənin bütün öhdəliklərini öz üzərlərinə götürdülər).
Respublikalar ayrılıb getdilər və Rusiyada heç kim, heç vaxt, heç bir şəkildə onlardan kompensasiya tələb etmədi.
Xırda haqq-hesablar bizlik deyil.
Biz bir neçə nəslin kollektiv səyi ilə yaradılan hər şeyi onlara verdik, əvəzində isə rusofobiya qazandıq, ksenofobiyada ittiham olunduq və əlbəttə ki, ölkəmizi dağıdanların hərbi blokunun şərqə doğru genişlənməsi ilə qarşı-qarşıya qaldıq.
Açıq aqressiyanın diktəsi və ölkəmizə qarşı təzyiq alətləri əldə etmək arzusu ilə bütün bu qərarlar qəbul olunan vaxt biz Rusiyanı ayaqda saxlamağa çalışırdıq.
Kədər, dəhşət hissi, yoxsulluq, hətta dilənçilik – xalqın həmin dövrdəki vəziyyətini bu sözlərlə ifadə etmək olardı. Və heç bir "azad iqtisadiyyat", həmin vaxt tapılmayan kolbasanın indi yüzlərlə növü bütün bunları yaddaşımızdan silə bilməz.
Bu gün bizi "düşmən" adlandıranlar, yəqin ki, həmin vaxt sevindiklərindən oynayırdılar. Fikirləşirdilər ki, rusları barmaqlarına dolaya biliblər. Onların bu sadəlövhləri aldatdıqlarını düşünərək necə qəhqəhə çəkdiklərini təsəvvür etmək olar.
Öz sərhədlərini genişləndirən Aİ artıq ikinci mərhələyə keçdi. Vaşinqton da, Brüssel də Rusiyadan ən yaxın qonşularını qoparmaq – özü də məcazi mənada deyil, həqiqətən – qərarına gəldilər.
Gürcüstanın timsalında bu bir o qədər də uğurlu alınmasa da, Ukraynada ikinci dəfədən istədiklərinə nail oldular, Belarusda isə fiaskoya uğradılar.
Onda sanksiyalar tətbiq etməklə Rusiyanı iqtisadi cəhətdən sıxışdırmağa cəhd göstərdilər. Ancaq vintaçan boltun öhdəsindən gələ bilmədi və qırıldı, bu məhdudiyyətlər nəticəsində Avropa ölkələrini böhran böhran dalınca sarsıtdığı bir vaxtda Rusiya iqtisadiyyatında artım qeydə alındı.
Avropa diplomatiya şefi bir tərəfdən deyir ki, Aİ öz iradəsini başqa ölkələrə sırımağa cəhd edən Rusiyaya qarşı çıxmağa borcludur, amma digər tərəfdən də əl-qolunu yanına salıb bildirir: "Aİ təbii qazın 40 faizini Rusiyadan alır və hələlik bununla hesablaşmaq məcburiyyətindəyik". Sonra da əlavə edir ki, "Moskva qaz tədarükü ilə bağlı öz öhdəliklərini yerini yetirir, amma bu faktdan şantaj məqsədilə istifadə edir".
Əgər Avropa diplomatiya dilini xalq dilinə çevirsək, Borrel bunu deyir: "Onlar öz punktuallıqları ilə bizi özümüzdən çıxarırlar".
Jozep Borrel bundan başqa iki dəfə də danışıb: diplomatik üsullar və sözlərlə Rusiya problemini həll edə bilməyəcəklərini vurğuladığı yerdə və "Avropa ordusu" ifadəsi bu gün yalnız kağız üzərində mövcud olduğundan, Vaşinqtona kompliment ünvanlayır, onu "sadiq müttəfiq" adlandırır və sonda deyir: "Biz elə təchiz olunmalıyıq ki, hərəkətə keçməyə tam hazır olaq".
Bu kontekstdə "hərəkət" sözünün bircə mənası var: Aİ Rusiya ilə növbəti konfrontasiyaya hazırlıq görmək (və bunu bəyan edən Avropa diplomatiyasının başçısıdır) niyyətindədir.
Biz əlbəttə, bu məqamda qarşıdurmaya bu hazırlığın nə ilə sonlanacağını və Avropanın özünə necə təsir edəcəyini yada salmaq istərdik.
Ancaq əgər kimlərsə tarixin verdiyi dərsləri yaddan çıxarıblarsa (düşüncəsizlikdən, yüngülbeyinlikdən və ya məktəbdə çalışqan şagird olmamaqdan), biz hər bir yaxşı müəllim kimi lövhə qarşında xəritə və çubuqla bütün bunları onlara təkrarlaya bilərik.
Xəbər lenti
0