https://sputnik.az/20211223/ilin-son-ayinda-azerbaycanin-qarsilasdigi-daha-bir-teyyare-qezasi-437480993.html
İlin son ayında Azərbaycanın qarşılaşdığı daha bir təyyarə qəzası
İlin son ayında Azərbaycanın qarşılaşdığı daha bir təyyarə qəzası
Sputnik Azərbaycan
İyirmi üç nəfərin həlak olduğu qəzadan sonra AZAL həlak olan sərnişinlərin hər birinin ailəsinə 25 min ABŞ dolları ödəyib. 23.12.2021, Sputnik Azərbaycan
2021-12-23T11:00+0400
2021-12-23T11:00+0400
2021-12-23T11:00+0400
qəza
infoqrafika
bakı
qazaxıstan
aktau
təyyarə
sərnişin
radar
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0e/437240639_0:0:268:152_1920x0_80_0_0_a5664f03ca63d8aeab1506ccd1103612.png
2005-ci il dekabrın 23-də Heydər Əliyev adına beynəlxalq hava limanında saat 22:27-də havaya qalxan AN-140 tipli sərnişin təyyarəsi təxminən 7 dəqiqədən sonra beynəlxalq hava limanından 18 kilometr aralıda, Nardaran qəsəbəsi yaxınlığında yerə düşür. İlkin məlumata görə, təyyarədə olan 18 sərnişin və 5 heyət üzvü həlak olur. Həlak olanların 15 nəfəri Azərbaycan Respublikası, 8 nəfəri isə xarici ölkə vətəndaşlarıdır.Baş vermiş hadisənin səbəblərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2005-ci il tarixli, 1196 nömrəli Sərəncamına əsasən Dövlət Komissiyası yaradılır. Komissiyanın sədri o dövrdə Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə təyin edilir. Komissiyanın üzvləri isə dönəmin Baş nazir müavini Abid Şərifov, Azərbaycan Hava Yolları ("Azal") Dövlət Konserninin baş direktoru Cahangir Əsgərov, keçmiş nəqliyyat naziri Ziya Məmmədov, keçmiş Xarici İşlər naziri Elmar Məmmədyarov, keçmiş baş prokuror Zakir Qaralov, keçmiş daxili işlər naziri Ramil Usubov, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov, keçmiş səhiyyə naziri Oqtay Şirəliyev, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev, keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovdan formalaşdırılır.“Azərbaycan Hava Yolları” Dövlət Konserni qəza il bağlı yaydığı açıqlamada bildirir ki, Bakı-Aktau (Qazaxıstan) reysini yerinə yetirən AN-140-100 təyyarəsi dekabrın 23-də (2005) yerli vaxtla saat 22.27 dəqiqədə səmaya qalxıb və beş dəqiqədən sonra radarlardan itib. Radarlardan itdikdən iki dəqiqə sonra təyyarə hava limanından 18 kilomet aralıda Nardaran qəsəbəsi istiqamətində Xəzər dənizinin sahillə birləşdiyi yerdə yerə çırpılıb. Qəzadan dərhal sonra hadisə yerinə xilasedicilər, hüquq mühafizə orqanlarının rəhbərləri və istintaq qrupu cəlb olunur. Həlak olan sərnişinlər Azərbaycan vətəndaşları İsa Abbasov, Namiq Abbasov, Təhməz Allahverdiyev, N.M.Cəfərov, Rasim Rəsulov, Nikulina (adı məlum deyil), O.Amanov, Aygün Baxşıyeva, Qızılgül Hüseynova, Kutsenko (adı məlum deyil), Gürcüstan vətəndaşı Artsyanari Nodar, Avstraliya vətəndaşı Alen Dekstermer, İngiltərə vətəndaşı Hardi Yan Ceyms, Türkiyə vətəndaşı Dəmir Ərdal, Qazaxıstan vətəndaşları Dmitri İsakov, Tatyana Qarnikova, Bulut Kalintayev və Aynur Süleymanovadır.Qəzaya uğrayan An-140-100 regional yük-sərnişin təyyarəsi Ukraynanın "Antonov" elmi-texniki aviasiya kompleksində hazırlanıb və Xarkov Dövlət Aviasiya İstehsalat Müəssisəsində istehsal olunub. Təyyarə 3700 km-dək məsafəyə sərnişin və qarışıq yük-sərnişin daşınması üçün nəzərdə tutulub. Konstruksiyasına görə An-140-100 iki mühərrikli yüksəkplanlıdır. Sərnişin salonu 52 yerlikdir.Qəzadan sonra müəyyən olunub ki, təyyarənin sağ mühərrikində nasazlıq baş verib. O da məlumdur ki, Bakı-Aktau reysi ilə uçan "AN 140" markalı təyyarə havaya qalxdıqdan 5 dəqiqə sonra pilot nasazlıq barədə aeroporta məlumat verib və radardan itib. Təyyarə ştopor edərək 2100 metr hündürlükdən dənizə düşüb.Qeyd edək ki, AN-140-100 markalı təyyarə AZAL DK və Xarkov dövlət aviasiya müəssisəsi arasında 8 iyul 2004-cü il tarixində imzalanmış müqavilə üzrə əldə edilib. Müqavilədə, həmçinin, texniki heyətin təlimi və təyyarələrə texniki xidmət nəzərdə tutulub. Müqavilənin dəyəri $36,4 milyondur (4 təyyarənin hər biri - $9,1 mln).Təyyarənin maksimal uçuş kütləsi 21,5 ton, daşınan yükün həcmi - 6 ton, yanacağın maksimal kütləsi - 4,44 ton, kreyser sürəti - saatda 450 km-dir. Bu sürət saatda 537 km-ə qədər artırıla bilər. Təyyarə təxminən 52 nəfər sərnişin üçün nəzərdə tutulub.Qəzaya uğrayan Bakı-Aktau təyyarəsinin həlak olan sərnişinlərindən birinin qohumu “Azərbaycan Hava Yolları” Dövlət Konserninə (“AZAL”) qarşı məhkəmə iddiası qaldırır. Baş vermiş qəzadan sonra “AZAL” Varşava Konvensiyasını əsas tutaraq, qəza zamanı həlak olan sərnişinlərin hər birinin ailəsinə 25 min ABŞ dolları ödəyib. Ancaq qəzada həlak olan Qazaxıstan vətəndaşlarından birinin ailəsi bu məbləğlə razılaşmayaraq, Almatı şəhər Bostandıq rayon Məhkəməsinə müraciət edir. Zərərçəkmiş müraciətində 25 min dolların az olduğunu əsas gətirərək daha çox pul ödənməsini istəyir. Məhkəmə həmin vətəndaşın iddiasının təmin olunmaması barədə qərar çıxarır. Bununla yanaşı, vətəndaşın məhkəmə xərclərinin (264 dollar 94 sent) “AZAL” tərəfindən ödənilməsinə də qərar verilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0e/437240635_0:0:269:202_1920x0_80_0_0_b6f5436d90ec73be0e95b198bc337a50.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ilin son ayında azərbaycanın qarşılaşdığı daha bir təyyarə qəzası dekabr infoqrafika bakı aktau sərnişin dollar
ilin son ayında azərbaycanın qarşılaşdığı daha bir təyyarə qəzası dekabr infoqrafika bakı aktau sərnişin dollar
İlin son ayında Azərbaycanın qarşılaşdığı daha bir təyyarə qəzası
İyirmi üç nəfərin həlak olduğu qəzadan sonra AZAL həlak olan sərnişinlərin hər birinin ailəsinə 25 min ABŞ dolları ödəyib.
2005-ci il dekabrın 23-də Heydər Əliyev adına beynəlxalq hava limanında saat 22:27-də havaya qalxan AN-140 tipli sərnişin təyyarəsi təxminən 7 dəqiqədən sonra beynəlxalq hava limanından 18 kilometr aralıda, Nardaran qəsəbəsi yaxınlığında yerə düşür. İlkin məlumata görə, təyyarədə olan 18 sərnişin və 5 heyət üzvü həlak olur. Həlak olanların 15 nəfəri Azərbaycan Respublikası, 8 nəfəri isə xarici ölkə vətəndaşlarıdır.
Baş vermiş hadisənin səbəblərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2005-ci il tarixli, 1196 nömrəli Sərəncamına əsasən Dövlət Komissiyası yaradılır. Komissiyanın sədri o dövrdə Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə təyin edilir.
Komissiyanın üzvləri isə dönəmin Baş nazir müavini Abid Şərifov, Azərbaycan Hava Yolları ("Azal") Dövlət Konserninin baş direktoru Cahangir Əsgərov, keçmiş nəqliyyat naziri Ziya Məmmədov, keçmiş Xarici İşlər naziri Elmar Məmmədyarov, keçmiş baş prokuror Zakir Qaralov, keçmiş daxili işlər naziri Ramil Usubov, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov, keçmiş səhiyyə naziri Oqtay Şirəliyev, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev, keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovdan formalaşdırılır.
“Azərbaycan Hava Yolları” Dövlət Konserni qəza il bağlı yaydığı açıqlamada bildirir ki, Bakı-Aktau (Qazaxıstan) reysini yerinə yetirən AN-140-100 təyyarəsi dekabrın 23-də (2005) yerli vaxtla saat 22.27 dəqiqədə səmaya qalxıb və beş dəqiqədən sonra radarlardan itib.
Radarlardan itdikdən iki dəqiqə sonra təyyarə hava limanından 18 kilomet aralıda Nardaran qəsəbəsi istiqamətində Xəzər dənizinin sahillə birləşdiyi yerdə yerə çırpılıb. Qəzadan dərhal sonra hadisə yerinə xilasedicilər, hüquq mühafizə orqanlarının rəhbərləri və istintaq qrupu cəlb olunur.
Həlak olan sərnişinlər Azərbaycan vətəndaşları İsa Abbasov, Namiq Abbasov, Təhməz Allahverdiyev, N.M.Cəfərov, Rasim Rəsulov, Nikulina (adı məlum deyil), O.Amanov, Aygün Baxşıyeva, Qızılgül Hüseynova, Kutsenko (adı məlum deyil), Gürcüstan vətəndaşı Artsyanari Nodar, Avstraliya vətəndaşı Alen Dekstermer, İngiltərə vətəndaşı Hardi Yan Ceyms, Türkiyə vətəndaşı Dəmir Ərdal, Qazaxıstan vətəndaşları Dmitri İsakov, Tatyana Qarnikova, Bulut Kalintayev və Aynur Süleymanovadır.
Qəzaya uğrayan An-140-100 regional yük-sərnişin təyyarəsi Ukraynanın "Antonov" elmi-texniki aviasiya kompleksində hazırlanıb və Xarkov Dövlət Aviasiya İstehsalat Müəssisəsində istehsal olunub. Təyyarə 3700 km-dək məsafəyə sərnişin və qarışıq yük-sərnişin daşınması üçün nəzərdə tutulub. Konstruksiyasına görə An-140-100 iki mühərrikli yüksəkplanlıdır. Sərnişin salonu 52 yerlikdir.
Qəzadan sonra müəyyən olunub ki, təyyarənin sağ mühərrikində nasazlıq baş verib. O da məlumdur ki, Bakı-Aktau reysi ilə uçan "AN 140" markalı təyyarə havaya qalxdıqdan 5 dəqiqə sonra pilot nasazlıq barədə aeroporta məlumat verib və radardan itib. Təyyarə ştopor edərək 2100 metr hündürlükdən dənizə düşüb.
Qeyd edək ki, AN-140-100 markalı təyyarə AZAL DK və Xarkov dövlət aviasiya müəssisəsi arasında 8 iyul 2004-cü il tarixində imzalanmış müqavilə üzrə əldə edilib. Müqavilədə, həmçinin, texniki heyətin təlimi və təyyarələrə texniki xidmət nəzərdə tutulub. Müqavilənin dəyəri $36,4 milyondur (4 təyyarənin hər biri - $9,1 mln).
Təyyarənin maksimal uçuş kütləsi 21,5 ton, daşınan yükün həcmi - 6 ton, yanacağın maksimal kütləsi - 4,44 ton, kreyser sürəti - saatda 450 km-dir. Bu sürət saatda 537 km-ə qədər artırıla bilər. Təyyarə təxminən 52 nəfər sərnişin üçün nəzərdə tutulub.
Qəzaya uğrayan Bakı-Aktau təyyarəsinin həlak olan sərnişinlərindən birinin qohumu “Azərbaycan Hava Yolları” Dövlət Konserninə (“AZAL”) qarşı məhkəmə iddiası qaldırır. Baş vermiş qəzadan sonra “AZAL” Varşava Konvensiyasını əsas tutaraq, qəza zamanı həlak olan sərnişinlərin hər birinin ailəsinə 25 min ABŞ dolları ödəyib.
Ancaq qəzada həlak olan Qazaxıstan vətəndaşlarından birinin ailəsi bu məbləğlə razılaşmayaraq, Almatı şəhər Bostandıq rayon Məhkəməsinə müraciət edir. Zərərçəkmiş müraciətində 25 min dolların az olduğunu əsas gətirərək daha çox pul ödənməsini istəyir. Məhkəmə həmin vətəndaşın iddiasının təmin olunmaması barədə qərar çıxarır. Bununla yanaşı, vətəndaşın məhkəmə xərclərinin (264 dollar 94 sent) “AZAL” tərəfindən ödənilməsinə də qərar verilir.