https://sputnik.az/20211223/azad-olunan-erazilerin-resmi-cografi-adlarinin-siyahisi-googlea-teqdim-edilib-437508952.html
Azərbaycan azad olunan ərazilərin rəsmi coğrafi adlarının siyahısını "Google"a təqdim edib
Azərbaycan azad olunan ərazilərin rəsmi coğrafi adlarının siyahısını "Google"a təqdim edib
Sputnik Azərbaycan
Hazırda məsələ diqqət mərkəzində saxlanılır və təhriflərin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. 23.12.2021, Sputnik Azərbaycan
2021-12-23T10:29+0400
2021-12-23T10:29+0400
2021-12-23T10:43+0400
siyasət
xin mətbuat xidməti
google şirkəti
azərbaycan xin
"google"
google
leyla abdullayeva
azərbaycan xarici işlər nazirliyi
https://cdnn1.img.sputnik.az/img/41276/89/412768951_0:0:3501:1969_1920x0_80_0_0_9d6f20bd6f5e296d747662e69260eeef.jpg
BAKI, 23 dekabr — Sputnik. "Google maps" tətbiqində Azərbaycanın Qarabağ bölgəsinin adlarının rəsmi adları ilə Azərbaycan dilində göstərilməsi ilə yanaşı, saxta adlarla erməni dilində göstərilməsi məsələsi rəsmi diplomatik kanallarla "Google" şirkəti qarşısında qaldırılıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.O qeyd edib ki, Azərbaycanın ərazilərinin adlarının təhrif edilməsi ilə bağlı şirkət rəhbərliyinə məktub ünvanlanıb və ölkəmizin müvafiq ərazilərinin rəsmi coğrafi adlarının siyahısı qarşı tərəfə təqdim edilib."Bu ilin may ayında BMT-nin Coğrafi adlar üzrə Ekspertlər Qrupunun (UNGEGN) illik sessiyasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə hazırlanmış milli hesabat təqdim edilib. Bu hesabatda 4589 yaşayış məntəqəsinin Azərbaycan, ingilis və rus dillərində rəsmi qaydada standartlaşdırılmış və təsdiq edilmiş adlarını əks etdirən siyahını, habelə Ermənistan-Azərbaycan münaqişəsinin təsirinə məruz qalmış ərazilərimizdə yerləşən və təhrif edildiyi müəyyən edilmiş 125 coğrafi obyektin adını özündə ehtiva edir", - XİN rəsmisi vurğulayıb.L.Abdullayeva qeyd edib ki, BMT-nin Coğrafi adların Standartlaşdırılması üzrə konfransları çərçivəsində qəbul edilmiş qətnamələrə görə hər hansı bir dövlətin səlahiyyətli dövlət qurumu tərəfindən standartlaşdırılmış coğrafi adlara dəyişiklik edilməsi yolverilməzdir və bu kimi dəyişikliklər BMT tərəfindən tanına bilməz."Google maps" platformasına gəldikdə onu da qeyd etmək istərdik ki, bu tətbiq istifadəçilərin fərdi müraciətləri və yanaşmaları prinsipi əsasında fəaliyyət göstərir. Bu baxımdan vətəndaşlarımızın, habelə qeyri-hökumət qurumlarının mövzu ilə bağlı fəal şəkildə fikirlərini şirkətə yazmaları çox önəmlidir.Hazırda məsələ diqqət mərkəzində saxlanılır və təhriflərin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir", - deyə o qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41276/89/412768951_45:0:3158:2335_1920x0_80_0_0_8bf9daa70f9d662192bfdaff46f49689.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan google-dan nə tələb etdi?
azərbaycan google-dan nə tələb etdi?
Azərbaycan azad olunan ərazilərin rəsmi coğrafi adlarının siyahısını "Google"a təqdim edib
10:29 23.12.2021 (Yenilənib: 10:43 23.12.2021) Hazırda məsələ diqqət mərkəzində saxlanılır və təhriflərin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
BAKI, 23 dekabr — Sputnik. "Google maps" tətbiqində Azərbaycanın Qarabağ bölgəsinin adlarının rəsmi adları ilə Azərbaycan dilində göstərilməsi ilə yanaşı, saxta adlarla erməni dilində göstərilməsi məsələsi rəsmi diplomatik kanallarla "Google" şirkəti qarşısında qaldırılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
O qeyd edib ki, Azərbaycanın ərazilərinin adlarının təhrif edilməsi ilə bağlı şirkət rəhbərliyinə məktub ünvanlanıb və ölkəmizin müvafiq ərazilərinin rəsmi coğrafi adlarının siyahısı qarşı tərəfə təqdim edilib.
"Bu ilin may ayında BMT-nin Coğrafi adlar üzrə Ekspertlər Qrupunun (UNGEGN) illik sessiyasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə hazırlanmış milli hesabat təqdim edilib. Bu hesabatda 4589 yaşayış məntəqəsinin Azərbaycan, ingilis və rus dillərində rəsmi qaydada standartlaşdırılmış və təsdiq edilmiş adlarını əks etdirən siyahını, habelə Ermənistan-Azərbaycan münaqişəsinin təsirinə məruz qalmış ərazilərimizdə yerləşən və təhrif edildiyi müəyyən edilmiş 125 coğrafi obyektin adını özündə ehtiva edir", - XİN rəsmisi vurğulayıb.
L.Abdullayeva qeyd edib ki, BMT-nin Coğrafi adların Standartlaşdırılması üzrə konfransları çərçivəsində qəbul edilmiş qətnamələrə görə hər hansı bir dövlətin səlahiyyətli dövlət qurumu tərəfindən standartlaşdırılmış coğrafi adlara dəyişiklik edilməsi yolverilməzdir və bu kimi dəyişikliklər BMT tərəfindən tanına bilməz.
"Google maps" platformasına gəldikdə onu da qeyd etmək istərdik ki, bu tətbiq istifadəçilərin fərdi müraciətləri və yanaşmaları prinsipi əsasında fəaliyyət göstərir. Bu baxımdan vətəndaşlarımızın, habelə qeyri-hökumət qurumlarının mövzu ilə bağlı fəal şəkildə fikirlərini şirkətə yazmaları çox önəmlidir.
Hazırda məsələ diqqət mərkəzində saxlanılır və təhriflərin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir", - deyə o qeyd edib.