Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Səhnəmizin gözəllik pərisinin 100 illiyi qeyd olunub

© Photo : Sevinj AslanovaLeyla Bədirbəylinin 100 illiyi
Leyla Bədirbəylinin 100 illiyi - Sputnik Azərbaycan, 1920, 22.12.2021
Abunə olmaq
Tədbirdə Leyla Bədirbəylinin teatr və kino yaradıcılığı haqqında videoçarx nümayiş etdirilib, eyni zamanda onun iştirak etdiyi tamaşalardan parçalar oynanılıb, musiqi nömrələri səslənib.
BAKI, 22 dekabr — Sputnik. Akademik Milli Dram Teatrında Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Bədirbəylinin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Tədbir Prezident İlham Əliyevin Sərəncamı əsasında təşkil olunub.
Sputnik Azərbaycan xəbər verir ki, teatrın foyesində Azərbaycan Dövlət Teatr Muzeyinin arxivindən sənətkarın həyat və yaradıcılığını əks etdirən sərgi nümayiş olunub.
© Photo : Sevinj AslanovaLeyla Bədirbəylinin 100 illiyi
Leyla Bədirbəylinin 100 illiyi - Sputnik Azərbaycan, 1920, 22.12.2021
Leyla Bədirbəylinin 100 illiyi
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Leyla Bədirbəylinin Azərbaycan teatrının və kinosunun inkişafındakı böyük xidmətlərindən danışıb. Qeyd olunub ki, Leyla Bədirbəylinin ölməz sənəti Azərbaycan xalqının yaddaşında daim yaşayacaq, onun yaratdığı obrazlar insanlar tərəfindən hər zaman hörmət və ehtiramla xatırlanacaq.
Tədbirdə Leyla Bədirbəylinin teatr və kino yaradıcılığı haqqında vide-çarx nümayiş etdirilib, eyni zamanda onun iştirak etdiyi tamaşalardan parçalar oynanılıb, musiqi nömrələri səslənib.
Leyla Bədirbəyli 8 yanvar 1920-ci ildə Bakıda dünyaya göz açıb. Leyla Bədirbəyli 16 yaşı tamam olmamışdan Filarmoniyada solist kimi çalışıb. Şəxsən onun üçün rəqslər səhnələşdirilib. "Toy" və Əlibaba Məmmədovun "Bir dənəsən, bir dənə" rəqsləri məhz onun üçün nəzərdə tutulub. Filarmoniyada çalışdığı illərdə "Ayna" filminə çəkilib. 1941-ci ildə onu Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət ediblər. İlk tamaşası Rəsul Rzanın "Vəfa"sı olub.
© Photo : Sevinj AslanovaLeyla Bədirbəylinin 100 illiyi
Leyla Bədirbəylinin 100 illiyi - Sputnik Azərbaycan, 1920, 22.12.2021
Leyla Bədirbəylinin 100 illiyi
1938-ci ildə Moskvada Azərbaycan Mədəniyyəti Günləri keçirilirdi. Mədəniyyət kollektivinə Üzeyir bəy Hacıbəyov rəhbərlik edirdi. Konsertlərdən birinə Stalin də gəlmişdi. Səhnədə Azərbaycan Dövlət Filarmoniyasının rəqs kollektivinin çıxışından sonra Stalin kollektivlə görüşdü və yanında əyləşmiş Üzeyir bəyə qızlardan birini göstərib kimliyi ilə maraqlandı. Üzeyir bəy "Leyladır, bizim rəqqasə qızlardan biri" deyə cavab verdi. Stalin qızı yanına çağırıb onu qucaqladı və alnından öpdü: "Sən əsil Azərbaycan gözəlisən", - dedi.
© Photo : Sevinj AslanovaLeyla Bədirbəylinin 100 illiyi
Leyla Bədirbəylinin 100 illiyi - Sputnik Azərbaycan, 1920, 22.12.2021
Leyla Bədirbəylinin 100 illiyi
Səhnəmiin gözəllik pərisi tamaşalarda həmişə baş rolları oynayırdı. Öz işinə çox ciddi, məsuliyyətlə yanaşması onu hamıya sevdirmişdi. Çıxış edəcəyi tamaşaya 2 saat əvvəl gələrmiş. Peşəsinə çox sadiq və məsuliyyətli olduğundan onun sirlərinə də dərindən yiyələnirmiş. Məsələn "Solğun çiçəklər"də Saranı oynayırdı. Bu tamaşada sonda Sara ölür. O tamaşanı Leyla dəfələrlə oynayıb, amma bir dəfə də olsun tamaşa qurtarıb pərdə açılanda o, səhnəyə baş əyməyə çıxmayıb. Deyirmiş axı, Sara ölüb, mən necə çıxıb tamaşaçıların qarşısında baş əyim. Leyla Bədirbəylinin teatrda ilk çıxışı M.İbrahimovun "Məhəbbət" tamaşasında Zəhra rolu olub, bunun ardınca A.Ostrovskinin "Tufan"ında Klaşa obrazını yaradıb. Bundan sonra teatr səhnəsində "Pəri cadu" tamaşasında Pəri, "Vaqif"də Gülnar və Xuraman, "Xanlar"da Mehriban, "Solğun çiçəklər"də Sara, "Almaz"da Almaz, "Şərqin səhəri"ndə Dilarə, "Xoşbəxtlər"də İncə, "Əliqulu evlənir"də Qumral, "Kəndçi qızı"nda Göyərçin, "Şeyx Sənan"da Zöhrab, "Uzaq sahillərdə" Ancelika, "Otello"da Dezdemona, "Canlı meyit"də Liza və digər rollar ifa edib.
© Photo : Sevinj AslanovaLeyla Bədirbəylinin 100 illiyi
Leyla Bədirbəylinin 100 illiyi - Sputnik Azərbaycan, 1920, 22.12.2021
Leyla Bədirbəylinin 100 illiyi
1945-cü ildə "Arşın mal alan" filmi çəkilməyə başlayıb. Leyla Bədirbəyli Üzeyir Hacıbəyovun dəvəti və təşəbbüsü ilə filmə çəkilib.
Görkəmli sənətkar 1999-cu il noyabrın 23-də vəfat edib. Bakıdakı Fəxri Xiyabanda dəfn olunub.
Qeyd edək ki, tədbirin quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədovdur
Xəbər lenti
0