SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İran Xarici işlər nazirindən Bakıda vacib bəyanatlar

© AFP 2024 / ATTA KENAREİran Xarici işlər naziri Hüseyn Əmir Abdullahian
İran Xarici işlər naziri Hüseyn Əmir Abdullahian - Sputnik Azərbaycan, 1920, 22.12.2021
Abunə olmaq
İran Xarici işlər naziri Hüseyn Əmir Abdullahian çərşənbə günü Azərbaycan paytaxtına rəsmi səfərə gəlib.
BAKI, 22 dekabr — Sputnik. Qırx dörd günlük müharibədə İranın məsələnin ərazi bütövlüyü daxilində, işğala son qoyulması ilə həllinə dair mövqeyi Azərbaycan tərəfindən dəstəklənib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə keçirilən görüşdən sonra təşkil olunan brifinqdə söyləyib.
Nazir diqqətə çatdırıb ki, artıq regionda yeni iqtisadi artım imkanları var. Bu şərait bütün bölgə ölkələri üçün faydalı olacaq.
Ceyhun Bayramov xatırladıb ki, uzun illər ərzində işğal altında olmuş Ermənistanla sərhəd Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi ilə bərpa olunub.
“Münaqişədən qısa müddət keçməsinə baxmayaraq, regionda birgə iştirak edərək 3+3 platformasını yarada bilərik. İran və Rusiya bu təşəbbüsə ən tez dəstək verən ölkələrdir. Yaxın gələcəkdə bu prosesin müsbət davamını görəcəyik”, - deyən Azərbaycanın XİN rəhbəri vurğulayıb ki, işğaldan azad edilən ərazilərin yenidən qurulması və bərpası ən vacib məsələdir. İran yaxın və dost ölkə kimi azad olunmuş ərazilərdə reallaşdırılan layihələrə marağını ifadə edib.
"İşğaldan azad olunmuş ərazilərin bərpasında iştirak etmək üçün İran şirkətlərindən müraciətlər daxil olub. Hazırda İranın dövlət və özəl şirkətləri tərəfindən Qarabağ bölgəsində həyata keçirilməsi üçün layihələr təklif edilir. Bəzi layihələrin icrasına yaxın zamanlarda başlanılacaq", - Bayramov deyib.
Nazir bildirib ki, İran şirkətlərinin təcrübəsi, bu bölgəyə yaxın olması onlara üstünlük verir.
“Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarının birgə istifadəsi məsələsinə toxunan C.Bayramov onların Araz çayı üzərində, sərhəddə yerləşməsinin hər iki ölkəyə xeyir verəcəyini diqqətə çatdırıb.
"Biz son 4 ayda çox sıx əlaqə qurmuşuq, üç görüşümüz, mütəmadi telefon danışıqlarımız olub. Bu gün Prezident İlham Əliyevlə görüşümüz çox uğurlu keçdi və iki ölkə arasında əhəmiyyətli razılaşmalar əldə edildi. Bu razılaşmalar münasibətimizi daha da gücləndirəcək və inanıram ki, yaxın gələcəkdə öz səmərəsini verəcək", - İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian söyləyib.
Azərbaycanı ərazilərini işğaldan azad etməsi münasibətilə təbrik edən Hüseyn Əmir Abdullahian İranın ölkəmizi ən yaxın dostlarından biri hesab etdiyini vurğulayıb.
O bildirib ki, ölkələrimiz regional və beynəlxalq müstəvidə bir-birini dəstəkləyir.
Azərbaycan, Rusiya, Türkiyə və İran arasında yeni platformanın yaranacağını qeyd edən nazir bildirib ki, region ölkələrinin bölgədəki problemləri həll etməsi üçün kifayət qədər gücü var.
“İran müharibədən sonrakı təcrübəni nəzərə alaraq yenidənqurma layihələrində iştirakda maraqlıdır. Nəqliyyat-tranzit, habelə hərbi və siyasi sahələrdə əməkdaşlığımız davam edəcək”, - deyə İran XİN-in başçısı qeyd edib.

MM spikeri ilə görüş

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, spiker qonağı salamlayaraq, onun ölkəmizə ilk səfərinin münasibətlərimizin daha da möhkəmləndirilməsinə yeni təkan verəcəyinə ümidvar olduğunu ifadə edib.
Parlamentin sədri qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsi üçün yaxşı şərait mövcuddur. Münasibətlərimizin inkişafında dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri və görüşləri, onların siyasi iradəsi mühüm rol oynayır. Yüksək səviyyəli görüşlər zamanı aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlər əlaqələrimizin hüquqi bazasını təşkil edir.
Milli Məclisin sədri parlamentlərarası əlaqələrin dövlətlərarası münasibətlər sistemində rolundan danışaraq, hər iki ölkənin qanunvericilik orqanında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib. Bildirib ki, deputatların qarşılıqlı səfərləri və mütəmadi görüşləri qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi baxımından önəmlidir.
Səmimi görüşə görə minnətdarlığını bildirən İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Qonaq 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər münasibətilə Azərbaycan xalqını və Milli Məclisin sədrini təbrik edərək ürək sözlərini söyləyib. Bildirib ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib.
Hüseyn Əmir Abdullahian İranın iki ölkə arasındakı münasibətlərin siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə daha da inkişafında maraqlı olduğunu deyib. Qeyd edib ki, hər iki dövlətin başçılarının siyasi iradəsi sayəsində münasibətlərimizdə keyfiyyətcə yeni mərhələ başlayıb.
O, yüksək səviyyəli siyasi münasibətlərin digər sahələrə də müsbət təsir etdiyini söyləyib. Bildirilib ki, əməkdaşlığımızın daha da dərinləşməsinə parlamentlər də mühüm töhfə verir.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlərdən də danışılıb.
Görüşdə İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Eldar İbrahimov, Əziz Ələkbərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə, bu ölkənin Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və digər rəsmi şəxslər iştirak ediblər.
---------
21:12
Noyabrın 28-də Aşqabadda keçirilmiş görüş hazırkı dövrdə ölkələrimiz arasında münasibətlərdə xüsusi önəm daşıyır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasında əməkdaşlığa dair müqavilələr imzalanıb.
Bugünkü görüşdə ikitərəfli əlaqələrin inkişafı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq və digər mövzularda müzakirələr apardıq.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə keçirilən görüşdən sonra təşkil olunan brifinqdə deyib.
Nazir bildirib ki, Azərbaycan ilə İran arasında iqtisadi ticarət əlaqəsi böyük önəm kəsb edir. 2021-ci ilin 10 ayı ərzində ölkələrimiz arasında iqtisadi ticarət sahəsində artım qeydə alınıb.
Ölkələrimizin həyata keçirdikləri birgə layihələrdən söz açan nazir “Xudafərin” və “Qız qalası”, “Ordubad” su elektrik stansiyalarının inşasını, Astaraçay üzərində körpünün tikilməsini, İran-Azərbaycan-Rusiya dəhlizinin daha da təkmilləşdirilməsini, Neftçalada birgə avtomobil istehsalı zavodunun işə salınmasını misal gətirib.
C.Bayramov qeyd edib ki, İranda yeni hökumət formalaşdıqdan sonrakı bir neçə ay ərzində bir sıra yeni layihələr barədə konkret icraatlar var. Aşqabadda Türkmənistan qazının İran ərazisindən keçməsi barədə müqavilə buna nümunədir. Ən önəmlisi isə yeni layihələrlə bağlı yol xəritəsi üzərində iş gedir.
---------
20:19
Azərbaycan və İran xarici işlər nazirləri arasında görüş başlayıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bildirilir ki, Xarici işlər naziri Ceyhun Bayramov və İran Xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında təkbətək görüş keçirilir.
-----------
18:23
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən bildirir ki, dövlətimizin başçısı Aşqabadda İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşünü xatırlatdı, bu görüş zamanı gələcək əməkdaşlıqla bağlı bir çox məsələlərinin müzakirə edildiyini və Azərbaycan-İran dostluq əlaqələrinin bir daha təsdiqləndiyini bildirdi.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib - Sputnik Azərbaycan, 1920, 22.12.2021
Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
Hüseyn Əmir Abdullahian İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev İranın dövlət başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.
İranın xarici işlər naziri Prezident İlham Əliyevlə İran Prezidenti Seyid İbrahim Rəisinin Aşqabad görüşünə toxunaraq bu görüşü ölkələr arasında əlaqələrdə dönüş nöqtəsi kimi dəyərləndirdi.
Söhbət zamanı siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulandı.
Görüşdə ikitərəfli əməkdaşlığımızın gündəliyinin geniş olduğu bildirildi və yaxşı nəticələrin əldə ediləcəyinə ümidvarlıq ifadə olundu.
Sputnik Azərbaycan-ın məlumatına görə, bundan öncə Bakıda jurnalistlərlə söhbətində iranlı nazir Azərbaycan hökuməti ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə təklifləri müzakirıə etmək niyyətində olduğunu bildirib.
"Son üç ay ərzində azərbaycanlı həmkarım Ceyhun Bayramovla çox ünsiyyətimiz olub və mən əməkdaşlığın inkişafı üçün yaxşı çərçivələr barədə razılıq əldə etdim. Biz bu çərçivələri Azərbaycan prezidenti ilə görüşdə təkmilləşdirəcəyik", - Abdullahian bildirib.
---------
10:22
Bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana səfərə gəlir.
Sputnik Azərbycan "Report"-a istinadən xəbər verir ki, səfər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dəvəti əsasında həyata keçirilir.
Görüşdə ikitərəfli əlaqələrin inkişafı və regional əməkdaşlığın perspektivləri müzakirə olunacaq.
H.Ə.Abdullahian İranın IRIB telekanalına müsahibəsində deyib ki, səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və başqa rəsmi şəxslərlə görüşəcək: "Tehran-Bakı əlaqələri son aylarda iki ölkə münasibətlərində yaranan bəzi anlaşılmazlıqlara baxmayaraq, yaxşı, stabil və inkişafa meyllidir.
Ötən iki ayda Azərbaycan Respublikasının bəzi yüksək vəzifəli rəsmilərinin Tehrana gediş-gəlişlərinin şahidi olduq. Bu ay iki ölkənin prezidentləri İlham Əliyev və İbrahim Rəisi İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) Aşqabatda keçirilən sammiti çərçivəsində görüşüblər. Görüş müsbət və konstruktiv oldu".
Səfər çərçivəsində C.Bayramovla H.Ə.Abdullahian birgə mətbuat konfransı keçirəcəklər.
Xəbər lenti
0