CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İrandan Azərbaycana 100 tondan çox duz gətirdilər, amma...

© AFP 2024 / ALI AL-DAHERDuzla dolu paketlər, arxiv şəkli
Duzla dolu paketlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.12.2021
Abunə olmaq
Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
BAKI, 22 dekabr — Sputnik. İrandan idxal edilən duzun istehlak üçün yararsız olduğu aşkarlanıb.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Babayeva Kəmalə Telman qızı tərəfindən İrandan Azərbaycana idxal olunan 134 ton "Co.kasra bolor arya" şirkətinə məxsus duz məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.
Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan müayinələr nəticəsində duz məhsulunda yodun kütlə payının texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı aşkarlanıb.
Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.
Xəbər lenti
0