Qaçqınlar və miqrantlar: daha yaxşı yaşayış ümidi ilə hər şeyi tərk etmək
Qaçqınlar və miqrantlar: daha yaxşı yaşayış ümidi ilə hər şeyi tərk etmək
Sputnik Azərbaycan
Bu il KİV-in ən səs-küylü mövzusu, yəqin ki, Belarus və Polşa sərhədindəki, həmçinin Əfqanıstanda qaçqın və miqrantlar barədə mövzu olub. 22.12.2021, Sputnik Azərbaycan
BAKI, 22 dekabr — Sputnik. Müxtəlif səbəblərdən öz evlərini tərk etmək məcburiyyətində qalanların sayı ildən-ilə artmaqdadır. BMT-nin araşdırmaları sübut edir ki, ötən ilin sonundan bu ilin ortalarına qədər dünyada qaçqınların sayı 82,4 milyondan 84 milyona çatıb.Ən böyük artım Konqo, Efiopiya, Əfqanıstan və Myanmada qeydə alınıb. Bütün bu ölkələrdə, təəssüf ki, bu il sabitlikdən danışmağa ehtiyac olmayıb - uzun müddətdir ki, orada hərbi münaqişələr, qarşıdurmalar müşahidə olunur.Bütün bunlar bir ölkə daxilində sakinlərin köçməsinə, əhalinin başqa ölkələrə, hətta Avropanın ucqar dövlətlərinə qaçmasına gətirib çıxarıb.Polşa-Belarus sərhədində bu il qaçqın və miqrantların toplaşması gözlənilməz olub. Yaxın Şərq ölkələrindən miqrantların çoxluğu səbəbindən Minsk və Varşava arasında münaqişə yaranıb. Polşanın sərhəd orqanları hətta ölkəyə girməyə çalışan qruplara qarşı xüsusi vasitələr də tətbiq edib.Daha yaxşı həyat ümidi ilə arzulanan Avropanın sərhədlərinə çatan bütün miqrantlar xeyli çətinliklərdən keçməli olublar. Onlar çayları və dənizləri keçməli, hərbi blokadaları yarmalı, hündür beton divarlara dırmanmalı, bəzən yeməksiz, susuz istiyə, soyuğa dözməli olublar, ancaq getməyə davam edirlər.Əgər böyüklər üçün hər şey aydındırsa, sonda bu, onların şüurlu qərarıdır, uşaqlar sadəcə olaraq baş verən müharibələrin və münaqişələrin, böyüklərinin daha yaxşı məskunlaşmaq istəyinin qurbanı olurlar. Məhz onlar və yaşlılar qaçqın düşərgələrində və ya sadəcə açıq səma altında kasıb şəraitdə əziyyət çəkirlər.Dünya ictimaiyyətinin diqqətini qaçqınların problemlərinə cəlb etmək məqsədi ilə BMT hətta iyunun 20-ni Ümumdünya Qaçqınlar Günü elan edib. Ancaq müharibələr, silahlı münaqişələr davam edir, ən yaxşı ümidlərlə doğma evlərindən məhrum olan və ya doğma yerlərini tərk edən insanların sayı azalmır.
Bu il KİV-in ən səs-küylü mövzusu, yəqin ki, Belarus və Polşa sərhədindəki, həmçinin Əfqanıstanda qaçqın və miqrantlar barədə mövzu olub.
BAKI, 22 dekabr — Sputnik. Müxtəlif səbəblərdən öz evlərini tərk etmək məcburiyyətində qalanların sayı ildən-ilə artmaqdadır. BMT-nin araşdırmaları sübut edir ki, ötən ilin sonundan bu ilin ortalarına qədər dünyada qaçqınların sayı 82,4 milyondan 84 milyona çatıb.
Ən böyük artım Konqo, Efiopiya, Əfqanıstan və Myanmada qeydə alınıb. Bütün bu ölkələrdə, təəssüf ki, bu il sabitlikdən danışmağa ehtiyac olmayıb - uzun müddətdir ki, orada hərbi münaqişələr, qarşıdurmalar müşahidə olunur.
Bütün bunlar bir ölkə daxilində sakinlərin köçməsinə, əhalinin başqa ölkələrə, hətta Avropanın ucqar dövlətlərinə qaçmasına gətirib çıxarıb.
Qvatemalanın Vado Hondo vilayətində ABŞ-a getmək istəyən Hondurasdan olan miqrantlarla Qvatemala təhlükəsizlik qüvvələri arasında toqquşma, 17 yanvar 2021-ci il.
Qvatemalanın Vado Hondo vilayətində ABŞ-a getmək istəyən Hondurasdan olan miqrantlarla Qvatemala təhlükəsizlik qüvvələri arasında toqquşma, 17 yanvar 2021-ci il.
Bosniyanın şimal-qərbindəki Bixaç şəhəri yaxınlığında 2021-ci ilin yanvarın 29-da yanğından sonra yenidən bərpa edilən "Lipa" miqrantlar düşərgəsində miqrantlar çadırda yemək yeyirlər.
Bosniyanın şimal-qərbindəki Bixaç şəhəri yaxınlığında 2021-ci ilin yanvarın 29-da yanğından sonra yenidən bərpa edilən "Lipa" miqrantlar düşərgəsində miqrantlar çadırda yemək yeyirlər.
Miqrantlar İspaniya-Mərakeş sərhədindəki Seuta yaxınlığındakı Fnidek şəhərinin şimalında divara dırmanırlar, 19 may 2021-ci il.
Polşa-Belarus sərhədində bu il qaçqın və miqrantların toplaşması gözlənilməz olub. Yaxın Şərq ölkələrindən miqrantların çoxluğu səbəbindən Minsk və Varşava arasında münaqişə yaranıb. Polşanın sərhəd orqanları hətta ölkəyə girməyə çalışan qruplara qarşı xüsusi vasitələr də tətbiq edib.
Daha yaxşı həyat ümidi ilə arzulanan Avropanın sərhədlərinə çatan bütün miqrantlar xeyli çətinliklərdən keçməli olublar. Onlar çayları və dənizləri keçməli, hərbi blokadaları yarmalı, hündür beton divarlara dırmanmalı, bəzən yeməksiz, susuz istiyə, soyuğa dözməli olublar, ancaq getməyə davam edirlər.
Əgər böyüklər üçün hər şey aydındırsa, sonda bu, onların şüurlu qərarıdır, uşaqlar sadəcə olaraq baş verən müharibələrin və münaqişələrin, böyüklərinin daha yaxşı məskunlaşmaq istəyinin qurbanı olurlar. Məhz onlar və yaşlılar qaçqın düşərgələrində və ya sadəcə açıq səma altında kasıb şəraitdə əziyyət çəkirlər.
Dünya ictimaiyyətinin diqqətini qaçqınların problemlərinə cəlb etmək məqsədi ilə BMT hətta iyunun 20-ni Ümumdünya Qaçqınlar Günü elan edib. Ancaq müharibələr, silahlı münaqişələr davam edir, ən yaxşı ümidlərlə doğma evlərindən məhrum olan və ya doğma yerlərini tərk edən insanların sayı azalmır.