Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

MN hərbi qulluqçunun ölümü barədə məlumat yaydı

© Sputnik / Murad OrudjevMüdafiə Nazirliyinin binası
Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 22.12.2021
Abunə olmaq
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər mülki xəstəxanada dünyasını dəyişib.
BAKI, 22 dekabr - Sputnik. Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Səfərov Daşqın Natiq oğlu hərbi xidmətdən kənarda olarkən kəskin ürək və ağciyər çatışmazlığından Şəmkir rayonu ərazisində yerləşən mülki xəstəxanada dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırma aparılır.
"Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir", - məlumatda qeyd edilir.
Xəbər lenti
0