CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkilini ailələrdə ən çox narahat edən məqam

Manat - Sputnik Azərbaycan, 1920, 22.12.2021
Abunə olmaq
Millət vəkili Musa Quliyev yararsız teleproqramlardan da söz açıb və bildirib ki, bu cür proqramların ailələrə mənfi təsirləri var.
BAKI, 22 dekabr — Sputnik. Ailənin problemi yoxdursa, cəmiyyətin problemi yoxdur. Əvvəllər çox işlədilən belə bir misal vardı ki, mənim evim mənim qalamdır. Qalanı bağlayardılar və düşmən oradan içəri girməzdi. İndi o qala şüşədən olub, orada internet, televiziya da var.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu millət vəkili Musa Quliyev deyib. O bildirib ki, ailə problemləri sırasında maddi problemlərin ən yüksək səviyyədə olması onu narahat edir: "Əməkhaqlarının artırılmasının kəskin şəkildə üstünə getməliyik. Məşğulluqla bağlı proqramlar icra olunmalıdır".
Millət vəkili həmçinin yararsız teleproqramlardan da söz açıb və bildirib ki, bu cür proqramların ailələrə mənfi təsirləri var.
Qeyd edək ki, bu gün "Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil" ictimai rəy sorğusu və sosioloji tədqiqatın nəticələrinə dair konfrans keçirilib. Konfransda aparılan sorğuların nəticələri açıqlanıb.
Tədbirdə ziyalılar, millət vəkilləri çıxış edərək ailə institutunun qorunması ilə bağlı fikirlərini bölüşüblər.
Xəbər lenti
0