Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov: Rusiya öz təhlükəsizliyini sərt şəkildə təmin edəcək

© Photo : Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidМинистр иностранных дел России Сергей Лавров, фото из архива
Министр иностранных дел России Сергей Лавров, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.12.2021
Abunə olmaq
Rusiyanın xarici işlər naziri bildirib ki, bu ölkəyə müharibə lazım deyil, amma ehtiyac yaranarsa, bütün vasitələrdən istifadə etməklə təhlükəsizliyini qoruyacaq.
BAKI, 22 dekabr — Sputnik. Rusiya müharibə istəmir, amma öz təhlükəsizliyini sərt şəkildə təmin edəcək. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu fikri RF xarici işlər naziri Sergey Lavrov səsləndirib.

"Bizim fəlsəfəmiz çoxdan hamıya yaxşı məlumdur, o " Ruslar müharibə istəyirlərmi?" mahnısının sətirlərində öz əksini tapıb. Biz müharibə istəmirik, prezident (RF Vladimir Putin) bu barədə deyib: bizə münaqişə lazım deyil və ümid edirik ki, başqalarına da lazım olmayacaq. Biz təhlükəsizliyimizi lazım bildiyimiz vasitələrlə sərt şəkildə təmin edəcəyik", – deyə Lavrov RT telekanalına müsahibəsində bildirib.

Qeyd edək ki, dekabrın 17-də Rusiya Xarici İşlər Nazirliyi Rusiya ilə ABŞ və NATO arasında təhlükəsizlik zəmanətinə dair müqavilə layihələrini yayımlayıb. Sənədlər artıq Vaşinqtona və onun müttəfiqlərinə təqdim olunub. Layihənin bəndlərindən birində təklif olunur ki, NATO alyansın Ukrayna ərazisinə qədər genişləndirilməməsinə təminat versin.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun RİA Novosti-yə verdiyi məlumata görə, NATO və ABŞ Rusiyanın təhlükəsizlik zəmanəti tələbinə cavab verməsələr, bu, qarşıdurmanın yeni mərhələsinə gətirib çıxara bilər.
Həmçinin oxuyun:
Lavrov: Əgər NATO Rusiya sərhədlərinə doğru irəliləməyə davam etsə...
Şoyqu Rusiya yaxınlığında NATO təlimlərinin miqyasının artdığını bildirib
Xəbər lenti
0