https://sputnik.az/20211221/lavrov-eger-nato-rusiya-serhedlerine-dogru-irelilemeye-davam-etse-437453597.html
Lavrov: Əgər NATO Rusiya sərhədlərinə doğru irəliləməyə davam etsə...
Lavrov: Əgər NATO Rusiya sərhədlərinə doğru irəliləməyə davam etsə...
Sputnik Azərbaycan
Lavrov: Əgər NATO Rusiya sərhədlərinə doğru irəliləməyə davam edərsə, bu, "qırmızı xətlər"in keçilməsi kimi dəyərləndiriləcək
2021-12-21T19:01+0400
2021-12-21T19:01+0400
2021-12-21T19:01+0400
lavrov
rusiya
abş
vaşinqton
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
nato
sərhəd
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/01/434768493_0:0:3113:1751_1920x0_80_0_0_a0e9ec888cb28eb0f223565e8d5d29de.jpg
BAKI, 21 dekabr — Sputnik. NATO-nun Rusiya sərhədlərinə doğru bundan sonrakı hərəkəti Moskva tərəfindən "qırmızı xətlər"in keçilməsi kimi dəyərləndiriləcək. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu bəyanatı Rusiyanın xarici işlər naziri Sergey Lavrov səsləndirib."NATO-nun genişləndirilməsinə dair bizim mövqeyimiz bəllidir – əgər alyans Rusiya Federasiyasının sərhədlərinə doğru irəliləməyə davam edərsə, bu, "qırmızı xətlər"in keçilməsi kimi dəyərləndiriləcək", – deyə Lavrov jurnalistlərə bildirib.Qeyd edək ki, dekabrın 17-də Rusiya Xarici İşlər Nazirliyi Rusiya ilə ABŞ və NATO arasında təhlükəsizlik zəmanətinə dair müqavilə layihələrini yayımlayıb. Sənədlər artıq Vaşinqtona və onun müttəfiqlərinə təqdim olunub. Layihənin bəndlərindən birində təklif olunur ki, NATO alyansın Ukrayna ərazisinə qədər genişləndirilməməsinə təminat versin.Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun RİA Novosti-yə verdiyi məlumata görə, NATO və ABŞ Rusiyanın təhlükəsizlik zəmanəti tələbinə cavab verməsələr, bu, qarşıdurmanın yeni mərhələsinə gətirib çıxara bilər.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/01/434768493_0:0:2731:2048_1920x0_80_0_0_7616afb441459f89cf5384a7da168ffc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nato rusiya sərhədlərinə yaxınlaşsa, aqibəti pis olacaq
nato rusiya sərhədlərinə yaxınlaşsa, aqibəti pis olacaq
Lavrov: Əgər NATO Rusiya sərhədlərinə doğru irəliləməyə davam etsə...
Rusiyanın Qərbə təqdim etdiyi müqavilə layihələrində təklif olunur ki, NATO alyansın Ukrayna ərazisinə qədər genişləndirilməməsinə təminat versin.
BAKI, 21 dekabr — Sputnik. NATO-nun Rusiya sərhədlərinə doğru bundan sonrakı hərəkəti Moskva tərəfindən "qırmızı xətlər"in keçilməsi kimi dəyərləndiriləcək. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu bəyanatı Rusiyanın xarici işlər naziri Sergey Lavrov səsləndirib.
"NATO-nun genişləndirilməsinə dair bizim mövqeyimiz bəllidir – əgər alyans Rusiya Federasiyasının sərhədlərinə doğru irəliləməyə davam edərsə, bu, "qırmızı xətlər"in keçilməsi kimi dəyərləndiriləcək", – deyə Lavrov jurnalistlərə bildirib.
Qeyd edək ki, dekabrın 17-də Rusiya Xarici İşlər Nazirliyi Rusiya ilə ABŞ və NATO arasında təhlükəsizlik zəmanətinə dair müqavilə layihələrini yayımlayıb. Sənədlər artıq Vaşinqtona və onun müttəfiqlərinə təqdim olunub. Layihənin bəndlərindən birində təklif olunur ki, NATO alyansın Ukrayna ərazisinə qədər genişləndirilməməsinə təminat versin.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun RİA Novosti-yə verdiyi məlumata görə, NATO və ABŞ Rusiyanın təhlükəsizlik zəmanəti tələbinə cavab verməsələr, bu, qarşıdurmanın yeni mərhələsinə gətirib çıxara bilər.