SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Korotçenko: "Rusiya Azərbaycanın uğurlarından məmnundur"

Korotçenko - Sputnik Azərbaycan, 1920, 22.12.2021
Abunə olmaq
İqor Korotçenko İlham Əliyevin rəhbərlikdə olduğu illər ərzində Azərbaycandakı durumu dəyərləndirib.
BAKI, 22 dekabr — Sputnik. Rusiyalı hərbi ekspert İqor Korotçenko Prezident İlham Əliyevin Azərbaycanın müasir inkişafına verdiyi töhfələrdən danışıb.
Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, Azərbaycan-Rusiya münasibətləri, müasir Azərbaycanın inkişafında Prezident İlham Əliyevin roluna həsr olunmuş onlayn "dəyirmi masa"da iştirak edən ekspert Azərbaycanın dövlət başçısını qarşıdan gələn yubileyi münasibətilə təbrik edib.
"Bu gün dünyanın böyük siyasi xadimləri siyahısında olan İlham Əliyev Qarabağ müharibəsində qalib gələrək ölkəsinin ərazi bütövlüyünü bərpa edib", - ekspert deyib.
Bununla yanaşı, Azərbaycanı böhrandan çıxaran, hərc-mərclik girdabından xilas edən ümummilli lider Heydər Əliyevin rolunu xüsusi vurğulayan İ.Korotçenko deyib ki, onun layiqli övladı İlham Əliyev rəhbərlikdə olduğu illər ərzində bütün sahələrdə firavan ölkə yaradıb.
"İlham Əliyev səmərəli iqtisadiyyat qurub, yeni enerji layihələri həyata keçirib. Bu gün Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatçısıdır. 44 günlük müharibə Azərbaycan Ordusunun qüdrətini, peşəkarlığını əyani göstərib, Şuşa əməliyyatı isə dünya hərb tarixinə həkk olunacaq. Azərbaycan ən mühüm siyasi proseslərin gedişatını təyin edir. Rusiya Azərbaycanın uğurlarından məmnundur. Azərbaycan bizim əsas strateji tərəfdaşımızdır", - deyə o bildirib.
Xəbər lenti
0