https://sputnik.az/20211222/gozlenilen-premyera-taleh-yuzbeyov-salonu-aglatdi---vdeo---foto-437503238.html
Gözlənilən film: Taleh Yüzbəyov salonu ağlatdı - VİDEO - FOTO
Gözlənilən film: Taleh Yüzbəyov salonu ağlatdı - VİDEO - FOTO
Sputnik Azərbaycan
Taleh Yüzbəyovun "Zəhər tuluğu" filminin qala-gecəsində tamaşaçılar göz yaşlarına hakim ola bilmədilər. 22.12.2021, Sputnik Azərbaycan
2021-12-22T23:10+0400
2021-12-22T23:10+0400
2021-12-22T23:15+0400
film
mədəniyyət
kinoteatr
aktyor
qala
heydər əliyev sarayı
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/09/435035773_0:78:1500:922_1920x0_80_0_0_791cefbc31a24a7944177b87defc86d2.jpg
BAKI, 22 dekabr — Sputnik. İllər sonra ilk dəfə “Zəhər tuluğu” filmi eyni vaxtda bütün kinoteatrlar şəbəkəsində nümayiş olunacaq. Bu, sabahdan başlayacaq. Bir neçə dəqiqə öncə isə Heydər Əliyev Sarayında filmin qala-gecəsi baş tutdu. Sputnik Azərbaycan ilk təəssüratları oxucuları ilə bölüşür.Filmdə baş rolu canlandıran Zülfiyyə Qurbanova onun uğurlu olacağına inanır: "Mən də tamaşaçılarla birlikdə ilk dəfə baxacağam. Ümid edirəm ki, digər "Zəhər tulugu" kimi bu da uğurlu olacaq".Filmin ssenari müəlliflərindən biri olan yazıçı Cəlil Cavanşir bildirir ki, pandemiya dövründə bütün qüvvələrini bu filmə yönəldiblər: "Mən inanıram ki, bu film rekorda imza atacaq. Digərləri sadəcə internet üçün çəkilmişdi. Taleh artıq o filmlərlə bu filmin uğurlu olacağına mesaj vermişdi. Çox böyük əmək sərf etmişik. Pandemiyani bu ssenarini yazmaqla dəyərləndirmişik.Xalq artisti Səidə Quliyeva bildirib ki, bu onun uzun müddətdən sonra tamaşaçılarla ilk görüşüdür: "Rolum kiçikdir. Amma çəkiliş truppası o qədər məsuliyyətli, ciddi və tələbkar idi ki, düşünürəm ki, film uğurlu olacaq. Həmişə demişəm ki, əgər filmin çəkiliş truppasi nizamlı-intizamlıdırsa, o film uğurlu olacaq. Düşünürəm ki, bizim truppa bunlara riayət edib"."Zəhər tuluğu"nun ssenari müəllifi və rejissoru Taleh Yüzbəyov bildirir ki, film cəmiyyətdə olan sosial problemlərə toxunub. Aktyor bu filmi öz yaradıcılığınin ikinci fəsli hesab edir: Filmin prodüseri Orxan Mərdan deyir ki, onlar bu işə 3 il öncə başlayıblar: "Pandemiyaya görə biz bu filmi saxlayası olduq. Artıq bütün kinoteatrları barışdırmışıq. Bütün kinoteatrlarda gedib baxa bilərlər"."Rolum kiçikdir, amma Talehin hər işi uğurlu olduğuna görə, düşürəm ki, onun filmində kiçik obraz da oynamaq olar", - deyən aktyor Rasim Cəfər "Zəhər tuluğu"nun bol kassalı olacağına inanır.Sosial dram janrında, “Zəhər tuluğu” silsiləsi əsasında çəkilən filmin qəhrəmanı Adili (Taleh Yüzbəyov) tamaşaçılar bu dəfə fərqli obrazda gördülər. Onun yaşadığı faciələrin, cəmiyyətin insanın xarakterinə müxtəlif təsirləri “Zəhər tuluğu” filmində ustalıqla işlənib. O qədər ki, salonda bir çox insanın gözləri doldu.Qeyd edək ki, filmin baş prodüseri Orxan Mərdan, quruluşçu rejissorları Teleh Yüzbəyov və Orxan Mərdan, quruluşçu operatoru İman İmanov, ssenari müəllifləri Orxan Mərdan, Taleh Yüzbəyov, Pərviz Həsənov və Cəlil Cavanşirdir.Filmdə Taleh Yüzbəyov, Ləman Mərrih, Nəzakət Heydərova, Əlixan Rəcəbov, Cavidan Novruz, Şaban İmkani, Kəmalə Onur, Zülfiyyə Qurbanova, xalq artisti Səidə Quliyeva, Tural Əhməd, əməkdar artist Rasim Cəfər, Oktay Mehdiyev, əməkdar artist Hüsniyyə Mürvətova, Könül Cəfərzadə, Emil Musayev, Nəsibə Eldarova və başqaları rol alıblar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/09/435035773_84:0:1417:1000_1920x0_80_0_0_ba0ec124251b2a52801b8a6824f4be9c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gözlənilən premyera taleh yüzbəyov salonu ağlatdı video foto zəhər tuluğu kinoteatr
gözlənilən premyera taleh yüzbəyov salonu ağlatdı video foto zəhər tuluğu kinoteatr
Gözlənilən film: Taleh Yüzbəyov salonu ağlatdı - VİDEO - FOTO
23:10 22.12.2021 (Yenilənib: 23:15 22.12.2021) Taleh Yüzbəyovun "Zəhər tuluğu" filminin qala-gecəsində tamaşaçılar göz yaşlarına hakim ola bilmədilər.
BAKI, 22 dekabr — Sputnik. İllər sonra ilk dəfə “Zəhər tuluğu” filmi eyni vaxtda bütün kinoteatrlar şəbəkəsində nümayiş olunacaq. Bu, sabahdan başlayacaq. Bir neçə dəqiqə öncə isə Heydər Əliyev Sarayında filmin qala-gecəsi baş tutdu. Sputnik Azərbaycan ilk təəssüratları oxucuları ilə bölüşür.
Filmdə baş rolu canlandıran Zülfiyyə Qurbanova onun uğurlu olacağına inanır: "Mən də tamaşaçılarla birlikdə ilk dəfə baxacağam. Ümid edirəm ki, digər "Zəhər tulugu" kimi bu da uğurlu olacaq".
Filmin ssenari müəlliflərindən biri olan yazıçı Cəlil Cavanşir bildirir ki, pandemiya dövründə bütün qüvvələrini bu filmə yönəldiblər: "Mən inanıram ki, bu film rekorda imza atacaq. Digərləri sadəcə internet üçün çəkilmişdi. Taleh artıq o filmlərlə bu filmin uğurlu olacağına mesaj vermişdi. Çox böyük əmək sərf etmişik. Pandemiyani bu ssenarini yazmaqla dəyərləndirmişik.
Xalq artisti Səidə Quliyeva bildirib ki, bu onun uzun müddətdən sonra tamaşaçılarla ilk görüşüdür: "Rolum kiçikdir. Amma çəkiliş truppası o qədər məsuliyyətli, ciddi və tələbkar idi ki, düşünürəm ki, film uğurlu olacaq. Həmişə demişəm ki, əgər filmin çəkiliş truppasi nizamlı-intizamlıdırsa, o film uğurlu olacaq. Düşünürəm ki, bizim truppa bunlara riayət edib".
"Zəhər tuluğu"nun ssenari müəllifi və rejissoru Taleh Yüzbəyov bildirir ki, film cəmiyyətdə olan sosial problemlərə toxunub. Aktyor bu filmi öz yaradıcılığınin ikinci fəsli hesab edir:
"Tammetrajlı film olaraq bu, mənim yaradıcılığımda başlanğıcdır. Uğurlu olsa, davamı gələcək. Filmin obrazı ilə mənim aramda oxşar cəhət ədalətli olmaqdır. Çox istəyərdim, hər kəsdə ədalət hissi olsun".
Filmin prodüseri Orxan Mərdan deyir ki, onlar bu işə 3 il öncə başlayıblar: "Pandemiyaya görə biz bu filmi saxlayası olduq. Artıq bütün kinoteatrları barışdırmışıq. Bütün kinoteatrlarda gedib baxa bilərlər".
"Rolum kiçikdir, amma Talehin hər işi uğurlu olduğuna görə, düşürəm ki, onun filmində kiçik obraz da oynamaq olar", - deyən aktyor Rasim Cəfər "Zəhər tuluğu"nun bol kassalı olacağına inanır.
Sosial dram janrında, “Zəhər tuluğu” silsiləsi əsasında çəkilən filmin qəhrəmanı Adili (Taleh Yüzbəyov) tamaşaçılar bu dəfə fərqli obrazda gördülər. Onun yaşadığı faciələrin, cəmiyyətin insanın xarakterinə müxtəlif təsirləri “Zəhər tuluğu” filmində ustalıqla işlənib. O qədər ki, salonda bir çox insanın gözləri doldu.
Qeyd edək ki, filmin baş prodüseri Orxan Mərdan, quruluşçu rejissorları Teleh Yüzbəyov və Orxan Mərdan, quruluşçu operatoru İman İmanov, ssenari müəllifləri Orxan Mərdan, Taleh Yüzbəyov, Pərviz Həsənov və Cəlil Cavanşirdir.
Filmdə Taleh Yüzbəyov, Ləman Mərrih, Nəzakət Heydərova, Əlixan Rəcəbov, Cavidan Novruz, Şaban İmkani, Kəmalə Onur, Zülfiyyə Qurbanova, xalq artisti Səidə Quliyeva, Tural Əhməd, əməkdar artist Rasim Cəfər, Oktay Mehdiyev, əməkdar artist Hüsniyyə Mürvətova, Könül Cəfərzadə, Emil Musayev, Nəsibə Eldarova və başqaları rol alıblar.