https://sputnik.az/20211222/ermenistanin-kecmis-naziri-baresinde-axtaris-elan-olunub-437480365.html
Ermənistanın keçmiş naziri barəsində axtarış elan olunub
Ermənistanın keçmiş naziri barəsində axtarış elan olunub
Sputnik Azərbaycan
Sabiq nazirlə yanaşı, Ermənistanın İsraildəki səfiri Armen Smbatyan barəsində də eyni məsələ üzrə cinayət işi başlanılıb. 22.12.2021, Sputnik Azərbaycan
2021-12-22T17:04+0400
2021-12-22T17:04+0400
2021-12-22T17:20+0400
dünya xəbərləri
elan
səfir
ermənistan
axtarış
sabiq nazir
https://cdnn1.img.sputnik.az/img/41558/17/415581713_0:83:1600:983_1920x0_80_0_0_beebfbc27f0042805eb3bb3c379ebfaf.jpg
BAKI, 22 dekabr — Sputnik. Ermənistanın keçmiş mədəniyyət və gənclərin işi üzrə naziri Asmik Poqosyan barəsində axtarış elan olunub.Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib.Məlumata görə o, qanunsuz bina alverində ittiham olunur.Qeyd edək ki, bu ilin aprelində Ermənistanın İsraildəki səfiri Armen Smbatyan barəsində də bu məsələ üzrə cinayət işi başlanılıb. Bildirilib ki, səfir vəzifə səlahiyyətlərindən sui-istifadə edərək keçmiş nazir Asmik Poqosyanla cinayət əlaqəsinə girməkdə və çirkli pulların yuyulmasında ittiham olunur. İstintaqın gedişində müəyyən edilib ki, A.Smbatyan Xarici Ölkələrdəki Ermənilərlə Mədəni Əlaqələr Cəmiyyətinin sədridir. O, cəmiyyətin sədr müavini olan keçmiş nazir A.Poqosyanın Yerevanda tarixi-mədəni əhəmiyyətli binanın yerləşdiyi ərazidə cəmiyyət üçün torpaq əldə etməsinə köməklik göstərib. Bina və ərazi formal sövdələşmə nəticəsində 550 min ABŞ dollarına Böyük Britaniyanın Virciniya adalarında keçmiş nazirin gəlininin adına qeydiyyata alınan ofşor şirkətə satılıb.Səfir 20 milyon dram (40 min ABŞ dolları) girov qoyub. Ona görə də hələlik barəsində həbs qətimkan tədbiri seçilməyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41558/17/415581713_90:0:1510:1065_1920x0_80_0_0_a21232be69874c76540c84b9091f7a2f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistanın keçmiş naziri barəsində axtarış elan olunub səfir torpaq
ermənistanın keçmiş naziri barəsində axtarış elan olunub səfir torpaq
Ermənistanın keçmiş naziri barəsində axtarış elan olunub
17:04 22.12.2021 (Yenilənib: 17:20 22.12.2021) Sabiq nazirlə yanaşı, Ermənistanın İsraildəki səfiri Armen Smbatyan barəsində də eyni məsələ üzrə cinayət işi başlanılıb.
BAKI, 22 dekabr — Sputnik. Ermənistanın keçmiş mədəniyyət və gənclərin işi üzrə naziri Asmik Poqosyan barəsində axtarış elan olunub.
Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə o, qanunsuz bina alverində ittiham olunur.
Qeyd edək ki, bu ilin aprelində Ermənistanın İsraildəki səfiri Armen Smbatyan barəsində də bu məsələ üzrə cinayət işi başlanılıb. Bildirilib ki, səfir vəzifə səlahiyyətlərindən sui-istifadə edərək keçmiş nazir Asmik Poqosyanla cinayət əlaqəsinə girməkdə və çirkli pulların yuyulmasında ittiham olunur. İstintaqın gedişində müəyyən edilib ki, A.Smbatyan Xarici Ölkələrdəki Ermənilərlə Mədəni Əlaqələr Cəmiyyətinin sədridir.
O, cəmiyyətin sədr müavini olan keçmiş nazir A.Poqosyanın Yerevanda tarixi-mədəni əhəmiyyətli binanın yerləşdiyi ərazidə cəmiyyət üçün torpaq əldə etməsinə köməklik göstərib. Bina və ərazi formal sövdələşmə nəticəsində 550 min ABŞ dollarına Böyük Britaniyanın Virciniya adalarında keçmiş nazirin gəlininin adına qeydiyyata alınan ofşor şirkətə satılıb.
Səfir 20 milyon dram (40 min ABŞ dolları) girov qoyub. Ona görə də hələlik barəsində həbs qətimkan tədbiri seçilməyib.