https://sputnik.az/20211222/deputat-minimum-emek-pensiyasi-da-artacaq-437456327.html
Deputat: Minimum əmək pensiyası da artacaq
Deputat: Minimum əmək pensiyası da artacaq
Sputnik Azərbaycan
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bu artımın nə qədər vətəndaşı əhatə edəcəyi barədə açıqlamaların veriləcəyi gözlənilir. 22.12.2021, Sputnik Azərbaycan
2021-12-22T10:00+0400
2021-12-22T10:00+0400
2021-12-22T11:27+0400
pensiya
cəmiyyət
milli məclis
artım
əmək
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796457_0:0:3073:1728_1920x0_80_0_0_0cdb075a0b29c39da33d37dd2cb07956.jpg
BAKI, 22 dekabr — Sputnik. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib.Sputnik Azərbaycan-ın məlumatına görə, iclasın gündəliyinə "Əmək pensiyaları haqqında", "İşsizlikdən sığorta haqqında", "Məşğulluq haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı məsələlər daxil edilib.Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a bildirib ki, bu gün Əmək və sosial siyasət komitəsinin iclasında Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təqdim olunan "Əmək pensiyaları haqqında" qanun layihəsi müzakirə olunub və birinci oxunuşda qəbul olunub:O bildirib ki, artım pensiyaçıların sosial təminatı baxımından vacibdir:"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bu artımın nə qədər vətəndaşı əhatə edəcəyi barədə açıqlamaların veriləcəyi gözlənilir. Növbəti illərdə də minimum pensiya məbləğinin artırılması prioritetdir. Minimum pensiya məbləğinin artırılması yeni sosial paketin tərkib hissəsi kimi həyata keçirilir".Qeyd edək ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsinə əsasən, əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunacaq. Beləliklə, əmək pensiyasının minimum məbləği gələn ildən 20 faiz artırılacaq. Hazırda əmək pensiyasının minimum məbləği 200 manatdır.Qanun layihələri müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796457_0:0:2731:2048_1920x0_80_0_0_a30efc008da804ee97829cf8d017a5ca.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
pensiya, milli məclis, artım, əmək
pensiya, milli məclis, artım, əmək
Deputat: Minimum əmək pensiyası da artacaq
10:00 22.12.2021 (Yenilənib: 11:27 22.12.2021) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bu artımın nə qədər vətəndaşı əhatə edəcəyi barədə açıqlamaların veriləcəyi gözlənilir.
BAKI, 22 dekabr — Sputnik. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, iclasın gündəliyinə "Əmək pensiyaları haqqında", "İşsizlikdən sığorta haqqında", "Məşğulluq haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı məsələlər daxil edilib.
Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a bildirib ki, bu gün Əmək və sosial siyasət komitəsinin iclasında Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təqdim olunan "Əmək pensiyaları haqqında" qanun layihəsi müzakirə olunub və birinci oxunuşda qəbul olunub:
"Təklif olunan dəyişikliklərə əsasən, gələn aydan etibarən minimum əmək pensiyası 200 manatdan 240 manatadək artırılacaq. Bu, pensiya məbləğlərində 40 manatlıq artım deməkdir".
O bildirib ki, artım pensiyaçıların sosial təminatı baxımından vacibdir:
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bu artımın nə qədər vətəndaşı əhatə edəcəyi barədə açıqlamaların veriləcəyi gözlənilir. Növbəti illərdə də minimum pensiya məbləğinin artırılması prioritetdir. Minimum pensiya məbləğinin artırılması yeni sosial paketin tərkib hissəsi kimi həyata keçirilir".
Qeyd edək ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsinə əsasən, əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunacaq. Beləliklə, əmək pensiyasının minimum məbləği gələn ildən 20 faiz artırılacaq. Hazırda əmək pensiyasının minimum məbləği 200 manatdır.
Qanun layihələri müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.